HəZİNİ “HƏDİSİ-ƏRBƏİN” TƏRCÜMƏSİ



Yüklə 3,06 Mb.
səhifə30/170
tarix07.01.2022
ölçüsü3,06 Mb.
#82669
1   ...   26   27   28   29   30   31   32   33   ...   170
ƏL-HƏDİSÜS-SANİ ƏŞƏR
ونزعنا مافی صدورهم من غل قال النبی علیه السلام اذاکان یوم القیمة یًوتی سریر من یاقوتة حمراء عشرین میلاَ فی عشرین لیس فیه صدع ولافصل معلق بقدرةالله الجبار جل جلاله فیجلس علیه ابوبکر الصدیق رضی الله تعالی عنه ثم یوًتی سریر من یاقوتة صفرا ء علی صفة السر یر الاول فیجلس علیه عمر بن الخطاب رضی الله تعالی عنه ثم یوتی سریر من یاقوتة خضراء علی صفة الاول فیجلس علیه عثمان ابن عفان رضی الله تعالی عنه ثم یوتی سریر بیضا علی صفة الاول فیجلس علیه علی بن ابی طالب کرم الله وجهه 12
Dedi Salmandan rəvayət bir xəbər,

Dinlə muni sidq ilə, ey mötəbər.

İbn Abbasdan dedi kim, bir sual

Mən eşitdim söylədi ol bu məcal.

Kim, bu ayət mə’nisini sordılar,

Nədürür bu sözdə məqsud dedilər.

Söylədi “Fürqan” içində ol qəfur

Kim, “nəz əna” dedi, həm“ma fissüdur”.

İbn Abbas anlara verdi xəbər,

Dedi kim, diŋliŋ cəvabi-mötəbər.

Bir böyük təxti gətürələr rəvan,

Kim, yaqutdən ola, bil ol təxt əyan.

Geŋligi igirmi ağac ola həm,

Bəlkə, artuq ola ol, olmaya kəm.

Olmaya bir vəsl anda bil yəqin,

Cümlə qüdrətdən ola, ey pakdin.



(Ol Əli ibn Əbi Talibey yar,

Keçüb anıŋ üstinə qıla qərar.

Pəs gətürələr ki, bir təxtində həm

Yaşılü yaqutdən ola möhtərəm.

Geŋligi ola bunuŋ dəx ol qədər

Keçüb üstə otura Abbas məgər.

Bu dəxi yenə ola anlarcə həm,

Ol dəxi kimiŋdürür, diŋlə bu dəm,

Keçüb üstə otura anıŋ Həsən,

Mömin isəŋ, diŋləgil muni də sən.

Həm yenə bir təxt dəxi, ey xacə,

Ola ağ yaqutdan ol qayət uca.

Ola anlarcə böyükligi anıŋ

Yaxşı diŋlə kim, səfa bulsun canın.)

Ol əmirülmöminiŋ– şiri-Xuda

Keçübən otura Murtəza aŋa.

Muni bildiŋ şimdi sən diŋlə yenə,

Nədürür məqsud anı aŋləyənə.

Təxtləri Həqq əmrilə ol zəman

Götürübən ərşə iltərlər rəvan.

Çünki varub anda edərlər qərar,

Pəs yenə əmr eylər ol dəm Kirdigar

Kim, tikərlər anda bir xeyməyi-əzim,

Anı dəx dürdən yaratmış ol qədim.

Diŋlə şimdi sən ululuğın anıŋ,

Söyləyim, ta kim səfa bula canıŋ.

Kim, ola ol xeymə bir növə ulu,

Yer-gög əhli içinə girsə qamu,

Dəxi hər nə xəlq edüpdür ol Xuda,

İçinə girsə anıŋ, ey xubliqa,

Bir bucağında ola anıŋ həmin,

Gör yenə neylər İlahülaləmin?

Pəs gələ həzrətdən ol dəm dört qədəh,

Diŋlə muni, ola canıŋ pürfərəh.

Ala Siddiq ol qədəhiŋ birisin,

Ala birin dəx Ömər anda yəqin.

Həm yenə Osman ala birin dəxi,

Birisin dəx şiri-Rəhman, ey dəxi.

(Əli ala ol qədəhiŋ birisin,

Ala Abbas dəxi anıŋ birisin.

Həm ala birin yenə Həsən dəxi,

Birisin də ala Hüseyn dəxi.)

Ol qədəhlərdən içələr yer-yerin,

Suvarurlar cənnət əhlin bəd əz-in.

Budurur bilgil ol ayətdən murad

Kim, “nəz əna” dedi ol Rəbbül-ibad.

Buyurur ol dəmdə Rəbbülaləmin,

Kim, açarlar ol cəhənnəm qapusin.

Götürürlər kafir ögindən hicab,

Həm rəvasilər ögindən dəx niqab.

Pəs görələr baxub anlar ol zəman,

Ol səhabə mənzilin bəllü bəyan.

Biz bulara anda inkar eylədük,

Kəndümizi munda dər-nar eylədük

Kim, sevənlər munda oldılar kərim,

Sevməyənlər uş yanar əndər-həcim.

Damu ağzına çəkərlər sədd-bənd,

Pəs yanarlar anlar anda ta əbəd.

Pəs dedi sultani-cəm’i-ənbiya,

Sədrü bədri-aləmi-sahibvəfa.

Hər kişidə olsa bir zərrə iman,

Mən şəfaət eylərəm aŋa əyan.

Ol cəhənnəmdən çıxub azad olur,

Rəf ’olub ənduh anda şad olur.

Ya İlahi, lütfiŋ ilə, qıl mədəd,

Asi qullarə sən, ey fərdi-əhəd,

Qılma məhrum ol şəfaətdən bizi,

Anlarıŋlan eyləgil həşrimizi.


Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   170




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin