HEKAYƏTİ-ÜXRA
Həm Ənəsdəndir yenə uşbu xəbər,
Muni əsnadi ilən, ey mö’təbər.
Dedi bir gün Mustəfa yanında biz
Cəm’ oluban oturdux cümləmüz.
Gəldi əshabdən nəgahin bir kişi,
Diŋləgil kim, necə olmışdı işi.
İki ayağı dizindən yaralu,
Qıpqızıl qanə boyanmış, ey ulu.
Pəs aŋa ol dəmdə sordı Mustəfa,
Bu, nə halətdir ki, uğramış saŋa?
Ya Rəsul,-dedi,-qulağ ur, diŋləgil,
Söyləyim əhvalimi, sən aŋləgil.
Ol filan şəxsiŋ qapusindən məgər,
Mən keçərdim nagəh, ey xeyrül-bəşər.
Kəlbi anıŋ ayağımı dişlədi,
Üştə bu işi mənimlə işlədi.
Bir zəman aŋa otur,- dedi,- rəsul,
Necə oldı görəlim, ey pürüsul.
Gəldi bir kişi dəx əndər-zəman,
Ol dəxi əshab idi, bilgil əyan.
Yaralu ayaxları anıŋ dəxi,
Qıpqızıl qanə bulaşmış, ey əxi.
Həm aŋa dəx yenə sordı Mustəfa,
Necə oldı halətiŋ, degil maŋa.
Ya rəsulüllah,-dedi,-bilgil əyan,
Gedər idim yolumə mən, nagəhan
Ol filan şəxsiŋ qapusindən yəqin,
Ötər idim diŋləgil, ey pakdin,
Ayağımnı dişlədi anıŋ iti,
Vəh məni ol qayət incitdi qatı.
Mustəfa əshabə dedi ol zəman,
Ayağa duruŋ, oturmıŋ siz rəvan.
Durdılar cümlə ayağə ol məcal,
Diŋləgil kim, netə oldı şimdi hal.
Mustəfa aydur ki, duruŋ varəlüm,
Ol kişiniŋ kəlbini öldürəlüm.
Cümləsi tiğin ələ aldı bular,
Qamu ol dəmdə ayağə durdılar.
Çünki varub çevrə aldılar anı,
İstədilər dökələr andan qanı.
Gördi muni, durdı ol kəlb ol zəman,
Düşdi peyğəmbər ayağinə rəvan.
Dilə gəldi, söylədi ol dəm məgər,
Der: Əman vergil, əya xeyrül-bəşər.
Yazuğəm, lütf edüb öldürmə məni,
Tanırəm mən Taŋrıyı, dəxi səni.
Ya rəsulüllah, gətürmişəm iman,
Ol Xudayə, həm saŋa mən bigüman.
Tanrıyı Həqq bilmişəm, səni rəsul,
Lütf edübən rədd qılma, et qəbul.
Söylədi ol dəmdə peyğəmbər aŋa.
Neçün incitdiŋ buları, de maŋa
Dedi ol dəmdə: Ya nəbi, söyləyim
Mən saŋa halımnı mə’lum eyləyim.
Dedi: Bir kəlbəm zəifü natəvan,
Dəxi cinn qövmindənəm, bilgil əyan.
Bu işimni sən mənim görmə qərib,
Həqq maŋa əmr eyləmişdir, ya həbib.
Kim, Əbubəkr ilə sögsə Ömərə,
Həqq məni eylər həvalə anlərə.
Dişləyübən eyləyəm anı həlak,
Canı çıxa, duzəx ola cismi xak.
Sanma kim, muni özümdən işlədim,
Həqq maŋa əmr eylədi, mən dişlədim.
Nişə kim, anlar sögərdi daima,
Siddiq ilə Ömərə, ey məhliqa.
Anlarə qıldı rəsul ol dəm nəzər,
Der: Görərmisiz bu kəlbi kim, nə der?
Ağlayubən oldılar xarü xəcil.
Şad ikən oldılar ol dəm münfəil.
Dedilər əstəğfürullahül-əzim.
Ver bizə tövbə sən, ey xəlqi-əzim.
İmanə gəliŋ,- dedi,- fəxri-cəhan,
Səbbi-şeyxin küfrdir, bil əyan.
İmanə gəldilər onlar ol zəman,
Şadü xürrəm oldılar anda rəvan.
Şükr dərgahıŋa ki, ey padşah,
Olmaduq biz anlarə həm kinəxah.
Çün mühibbüz anlara əz-canü dil,
Sən olarıŋ hörmətinə, ey cəlil,
Rəhmətiŋdən bizi məhrum eyləmə,
Dünyəvü üqbadə məzmum eyləmə.
Dostları ilə paylaş: |