SƏBƏBİ-NÜZULİ-SURƏTÜL-İXLAS
Diŋlə imdi eşq ilə, ey pürüsul,
Nə səbəb oldı ki, bu oldı nüzul.
Nə səbəb oldı ki, muni ol Xuda
Gögdən endürdi yerə ol məhliqa.
Der Əbi ibn Kəəb, ey möhtərəm,
Dəxi Cabir ibn Abdullah həm.
Dəxi Şə’bi Əkrəmə, ey pakdin,
Həm yenə Bul-Aliyə dəx, ey əmin.
Gögdən endürdi yerə ol məhliqa,
Böylə qıldılar rəvayət, ey ulu.
Məkkəniŋ kafirləri kiçi-ulu,
Bir arayə cümləsi yığıldılar,
Mustəfayə bu sualı qıldılar.
Ayıtdılar: Taŋrı sifatin söyləgil,
Nə sifətlüdir bizə şərh eyləgil.
Kim, qızıl altunmıdır, yoxsa gümiş,
Ya nüqrəmidir, dəmürmi, nə imiş?
Kim, bizim mə’budimiz bilgil yəqin,
Munciləyin nəstələrdəndir həmin.
Oldı peyğəmbər bir az anda sükut,
Ki, nə ayət göndərə ol layəmut.
Peyki-həzrət gəldi gögdən ol zəman,
Qıldı Allahıŋ sifatini bəyan.
Ya Məhəmməd, “qül hüvə Allahü əhəd”,
Söyləgil sən dəxi Allahüs-səməd.
Soyləgil, yəni ki Taŋrım birdürür,
Ol cəm’iyi-işlərə qadirdürür.
Yeməz-içməz, kimsəyə möhtaci yox,
Leyk olur xəlq aŋa möhtac çox.
“Ləm yəlid” oldur və “ləm yuləd” yəqin.
“Ləm yəkün ləhu küfüvən” bil həmçinin.
Kimsənə andan doğmamış, ol kimsədən,
Dəxi misli-ziddi yox, bil muni sən.
Bir rəvayət dəxi, ey mö’təbər,
Böylə dedi raviyani-mazixəbər.
Ol zəman ki, sədrü-bədri-Mustəfa
Məkkədən çıxdı qaçub ol rəhnəma.
Həqq buyurdı ki, Mədinəyə gedə,
Varubən xəlqi dinə də’vət edə.
Çünki kafirlər bu halı bildilər,
Cəm’ olub bir yerdə canğı qıldılar.
Dedilər qaçmış Məhəmməd bu gecə,
Tez muŋa tədbir edin igit-qocə.
Bir kişi kim döndərə anı gerü,
Aramızda ol bizim olur ulu.
Yüz bədəv mayə verəlim biz aŋa,
Tüki qızıl, qözi qarə, xoşliqa.
Yüz bədəv at verəlim, yüz qaravaş,
Həm bu miqdarlu dəxi axca, qumaş.
Gər ələ girməz olursə bu məcal.
Kim bilür, soŋra anıŋla nola hal?
Bir kişi durdı ayağə ol zəman,
Adı anıŋ Süraqə idi əyan.
Dedi ki, ardından anıŋ yetəyim,
Öldürəyim, yaxud diri dutəyim.
Ha deyincə anı munda yetürəm.
Gər budur məqsudiŋiz mən bitürəm.
Yer-yerin xətt yazdılar aŋa qamu,
Verməgə ol malı bil, kiçi-ulu.
Durdı ol dəm atına oldı səvar,
Görəlim ki, şimdi neylər Kirdigar?
Gedər idi ol yola xeyrül-bəşər,
Bubəkr bilə idi dəxi məgər.
Bir qəraltu oldı zahir bu zəman,
Əŋsəmizdən yetər imdi nagəhan.
Dedi Bubəkr: Ya rəsulüllah, degil,
Şimdi nə tədbir edəlim, söyləgil.
Kim Süraqə nisbətidir bu səvar,
Ənsəmizdən yetdi bu dəm aşikar.
Bir buyur, ya Mustəfa kim nedəlim?
Biz muŋa şimdi nə tədbir edəlim?
Mustəfa ol dəmdə latəhəzzüŋ dedi,
Dedi: Ya Siddiq, qorxma sən,-dedi.
Kim, bizimləndir İlahülaləmin,
Qorxma, bu dəmdə bizə olur müin.
Uşbu bu sözdə ikən nagəhan,
Ol Süraqə yetdi xəşm ilə rəvan.
Çəkdi tiğini rəvan, təpdi atın,
Mustəfanıŋ üstinə baxəşmü kin.
Tiğini qaldurdı basuyi-həva,
Mustəfayı çalmağa ol nasəza.
Atınıŋ ayağı dizinədəkin
Yerə batdı dər-zəman, bilgil yəqin.
Pəs dedi kim, ələman, ya Mustəfa,
Taŋrıŋ içün sən maŋa qılgil dəva.
Sən məni mundan xilas eylə həmin
Qılmayam dəxi səninlə büğzü kin.
Qıldı anıŋçün dua ol dəm rəsul,
Həzrəti-Həqq eylədi anı qəbul.
Çün xilas oldı, yenə qəsd eylədi,
Ta iki bölməkligə qəsd eylədi.
Atınıŋ yer dutdı yenə ayağin,
Ta yetincə göbəginə, ey əmin.
Çün belinədək yerə girdi atı,
Qalmadı təprənməgə heç taqəti.
Mustəfadan dilədi yenə əman,
Der: Əman, ya seyyidi-axirzəman.
Qıl dua bu dəm yenə, ya Mustəfa,
Əhdim üstə eyləyim bu kəz vəfa.
Tək bu işdən xilas eylə məni,
Həqq bilür incitməyəm dəxi səni.
Qıldı ol dəmdə dua sədrül-əmin,
Atınıŋ ayağını qoydı zəmin.
Hasil, üç növbət ol fe’li yəman,
Qəsd qıldı Mustəfayə ol zəman.
Çünki qıldı ol təmam üç növbəti,
Gördi bu işi zəbun oldı qatı.
Sıçrayub düşdi atından ol zəman,
Mustəfanıŋ ayağın öpdi rəvan.
Pəs dedi ki, sən maŋa vergil xəbər,
Taŋrınıŋ vəsfindəŋ ey xeyrül-bəşər.
Necə nəsnədir səniŋ Taŋrıŋ, degil,
Nə sifətlüdür, maŋa şərh eyləgil.
Kim, munuŋ kimi möcüz verür saŋa,
Ya gümişimdür, əyan eylə maŋa.
Mustəfa başını saldı bir zəman,
Kim, nə ayət göndərə ol müstəan.
Bir zəmandən soŋra gəldi Cəbrail,
Dedi ki, ya Mustəfa, olma xəcil.
Oxıdı pəs: “Qül hüvə Allahüs-əhəd”,
Ver cəvabın söylə: “Allahüs-səməd”.
Sözini çünki təmam etdi rəsul,
Pəs Süraqə eşidüb qıldı qəbul.
Dedi islamı maŋa ərz eyləgil,
Necə demək gərək, anı söyləgil.
Mustəfa imanı ərz etdi aŋa,
Xoş müsəlman oldı ol öŋdin soŋa.
Qayıdub getdi yolinə ol zəman.
Mustəfa dəx yolinə oldı rəvan.
Dostları ilə paylaş: |