ƏL-HƏDİSÜS - SAMİN ƏŞƏR
هل علمتم من اعجب الخلق ایمانا فقالوا ایمان الملا یکة یا رسول الله فقال وکیف لاتوَ من الملایکة وهم یعاینون الا مر قالوا النبیون یا رسول الله فقال وکیف لایومن النبیون والروح ینزل علیهم بالامر من السماء قالوا اصحابک یارسول الله فقال وکیف لایومن اصحابی وهم یرون من المعجزات منی وانا انبیهم بما اتزل علی ولکن اعجب الناس ایمانا قوم یجيوون من بعدی یومنون بی ولم یرونی ویصد قونی ولم یرونی قاوَ ليك اخوانی 18
Ərbəindən on səkizincisi bu,
Diŋlə muni sidq ilə, ey nikxu.
İbn Abbasdandurur uşbu xəbər,
Müstəfadən nəql edər ol mö’təbər.
Söylədi ki, dedi bir gün Mustəfa,
Ol cəhanın fəxri, xətmül-ənbiya.
Kimiŋ imanı əcəbdir, söyləŋiz,
Qullarında Taŋrınıŋ şəhr eyləŋiz.
Dedi əshabi: Əcəbdir, ya rəsul,
Ol məlaiklər imanı pürüsul.
Eylə inanmış Xudayə kim, olar,
Zərrə şəkk etməzlər, ey xeyrül-bəşər.
Mustəfa dedi ki, söyliŋ nə səbəb
Kim, olur imanı anlarıŋ əcəb?
Nurini Həqqiŋ görərlər bihesab,
Bihicab olur olara həm xitab.
Necə şəkk edə olar pəs Taŋrıya?
Həqqiŋ əmrin pəs olar necə saya?
Pəs dedilər: Ənbiyadır,ənbiya,
Anlarıŋ imanı olur biriya.
Kim, əcayib anlarıŋ imanıdur,
Xəlqə Allahı həm olar tanıdur.
Dedi Peyğəmbər yenə kim,nə səbəb
Kim olur imanı anların əcəb?
Hər nə əmri ki, buyurur ol cəlil,
Ənbiyayə iltür anı Cəbrail.
Pəs əcəb olmaz olardə dəx iman,
Həqdən olur anlarə hər iş əyan.
Dedilər anlar yenə kim, ya Çələb,
Ola pəs əshabin imanı əcəb?
Hər nə əmri sən desən, ya Mustəfa,
Cümlə sidq ilə inanurlar aŋa.
Dedi anlarə rəsul ol dəm əyan,
Nə səbəbdəndir əcəb, eyliŋ bəyan.
Neçə ayətlər bilə həm bəyyənat,
Həm görərlər dürlü-dürlü mö'cüzat.
Pəs dedi anlar: Buyurgil, ya rəsul,
Bizə mə’lum eyləgil, kimlərdür ol.
Dedi: Anlardur ki, görməzlər məni,
Nə səhabəmdən görərlər kimsəni.
Nə kəramət görələr,nə mö'cüzat,
Enməyə həm anlarə gögdən bərat.
Likən imanə gələlər sidq ilə,
Milləti Həqqə uyalər sidq ilə.
Hər rəvayət məndin eşitsə olar,
Can qulağilən anı guş edələr.
Eşidəndə cümlə təsdiq edələr,
Qamu can içində təhqiq edələr.
Din içində qərdaşumdurlar olar,
Həm şəfiəm anlarə daŋla ki, var.
HEKAYƏT
Munuŋ ustə bir hekayət diŋləgil,
Gəl rəsuliŋ mö'cüzatıŋ aŋləgil.
Məkkə kafirləri bir gün durdılar,
Ol Əbu Cəhliŋ əvinə vardılar.
Məşvərət qılmağa getdilər qamu,
Mustəfa fikrindədir kiçi-ulu.
Dedilər: Muna nə tədbir edəvüz?
Necə hiylə, necə təzvir edəvüz?
Olavuz şərrindən anıŋ ta əmin,
Tezrək etmək gərək munuŋ qəmin.
Bu söz üstində idi munlar qamu,
Tarüq adlu bir kişi girdi icərü.
Dedi: Öldürmək anı asan ola,
Gər qamuŋiz mən dedügini qıla.
Dedilər: Cümlə müti’ olduq saŋa,
Sən əgər bir çarə eylərsəŋ aŋa.
Dedilər: Anı necə öldürəsən?
Sən bizi şad eyləyüb güldürəsən.
Söylədi: Hər gün görərəm kim, varub,
Kə’bəniŋ divarinə arxa urub,
Ol oturur nik bizdən bixəbər,
Ruzigari uşbu növ ilə keçər.
Dursa-varsa bir kişi uşbu zəman,
Kə'bəniŋ üstünə çıxsa nagəhan,
Bir böyük daşi alub getsə bilə,
Salsə anıŋ başi üstə zərb ilə,
Ol daşıŋ zərbindən ol ola həlak,
Aləm anıŋ fitnəsindən ola pak.
Bu sözi çünkim qamu eşitdilər,
Cümləsi ol fikrə təhsin etdilər,
Dedilər ki, şimdi munda kim ola,
Varuban başinə anıŋ daş sala.
İçlərində bir kişi dəx var idi
Kim,Şəhab idi anıŋ bəllü adı.
Der: Maŋa dəstur verürsiz gər bu dəm,
Edəyəm mən anı dünyadən ədəm.
Şad olub cümlə dedilər yeri-var,
Anı öldür, bizi qayğudən çıxar.
Vardı bir pünhan yerdən ol zəman.
Kə'bəniŋ üstinə ol çıxdı rəvan.
Daşı bu necə götürdi ol yenə,
Ta ki salaydı rəsuliŋ üstinə.
Çün daşi saldı aşağə ol kişi,
Gör ki, necə oldı təqdiriŋ işi?
Kə'bə divarindən ol dəm nagəhan,
Bir ulu daş çıxdı, diŋlə ey cəvan.
Dutdı ol daşi həvadə bir zəman,
Ta yerindən durdi ol fəxri-cəhan.
Çün yerindən Mustəfa qıldı güzər,
Xoş geŋcə yerə düşdi ol həcər.
Kə’bə daşi getdi yenə yerinə,
Qıl təəccüb Taŋrınıŋ təqdirinə.
Çün Şəhab ol mö’cüzi gördi əyan,
Düşdi peyğəmbər əyağinə rəvan.
Gəldi Tarüq dəxi anıŋla bilə,
Ol dəxi oldı müsəlman sidq ilə.
Necə munuŋ kimi mö'cüz gördilər,
Anlar imanə güc ilə gəldilər.
Bu zəmandə pəs yəqin biliŋ əyan,
Sidqlən hər kim gətürürsə iman,
Kəndözini Həqqiŋ əmrinə verə,
Ol qapudə yüzini yerə sürə.
Munuŋ imani olərdən xub olur,
Həqq qatində taəti məqbul olur.
Dostları ilə paylaş: |