یوم تبدل الارض غیر الارض والسموات وبرزوا لله الوا حد القهار
Yenə ol xatun kişi dedi rəvan,
Ya Məhəmməd, bir dəxi mundan yəman.
Uşbu göglər kim, müəlləqdir həva
Durar üstimdə mənim, ya Mustəfa.
Bu günahımnı bilüpdir həm olar,
Şahid olurlar maŋa ruzi-şümar.
Yenə peyğəmbər dedi kim, qəm yemə,
Gög bu ənva ilə qalmaz ol dəmə.
یوم نطوی السماء کطی السجل للکتب
Dedi xatun kim, kəramən katibin
Cürmimi anlar yazıpdır, ey əmin.
Dəftərimə yazılıpdır sərbəsər,
Çarə nədir muŋa ya, xeyrül-bəşər?
Qəm yemə dedi anıŋçün dəxi sən,
Söyləyim dərmanın anıŋ yenə mən.
Həqq kəlamində yenə verür xəbər,
Kim səvab işlər günahi məhv edər.
Dostları ilə paylaş: |