HəZİNİ “HƏDİSİ-ƏRBƏİN” TƏRCÜMƏSİ


ان الحسنات یذهبن السيیات



Yüklə 3,06 Mb.
səhifə53/170
tarix07.01.2022
ölçüsü3,06 Mb.
#82669
1   ...   49   50   51   52   53   54   55   56   ...   170
ان الحسنات یذهبن السيیات
Həm yenə dedi Məhəmməd Mustəfa:

Kim ki tövbə qıla ba sidqü səfa,

Gər təzərrö’ eyləyüb zari qıla,

Tövbə edüb dönsə Həqqə sidq ilə,

Ol günahi etməmiş kimi həman

Əfv edər cürmini anıŋ müstəan:


قال النبی عليه السلام التایب من الذنب کمن لا ذ نب له 
Pəs yenə övrət dedi kim, ya rəsul,

Bir iş içün dəxi olmışam məlul.

Ol məlaiklər bilür həm halımı,

İşlədügim xeyrü şər əf’alımı.

Şahid olurlar qiyamətə maŋa,

Ya rəsulüllah, nə dersəŋ sən muŋa?

Der: Firiştələr unıdırlar qamu,

Öglərindən gedər ol fərdi-Hu.

Eylə kim gəlmiş hədis içrə səhih,

Mustəfanıŋ qövlidür, rövşən-sərih.

Xansı qul kim tövbə qılsa sidqlə,

Tövbəsində həm təzərrö’ çox qıla,

Tövbəsini Həqq anıŋ eylər qəbul,

Uş muni böylə buyurmış çün rəsul.

Hafiz idi ol mələklər kim, aŋa,

Kim bilürlərdi işin öŋdin soŋa.

Həqq bularıŋ xatirindən gidərə,

Unıdalar cürmin anıŋ yeksərə.

Həm der ə’zalərinə ol Xuda,

Sitrini örtüŋ munuŋ yövmül-cəza


کما ذکر فی کتاب ربیع الابرار فقال النبی ع اذاتاب العبد الی الله فتاب الله تعالی علیه و انسی الحفظة بما عملوا وقال الارض و لجوارحة اکتمواعلیه مافیه صدق
Dedi övrət bu qəmusin, ya rəsul,

Lütf edübən söylədiŋ, qıldım qəbul.

Leyk daŋla ol zəman ki, həşr ola,

Cümlə məxluqat ol dəm nəşr ola.

Anda miŋ dürlü xəcalətlər gəlür,

Bəndəyə yüz dürlü halətlər gəlür.

Həzrəti-Həqqə varanda, ya rəsul,

Necə taqət qılam anda mən füzul?

Şərmsar olub qallam mən rusiyah,

Ol gün içün ağlaram mən ah-ah.

Nişə kim, eşitmişəm səndən, yəqin,

Bu hədisi, ey güzini-mürsəlin.

Hər xaçan olsa qiyamət saəti,

Bə’s edə ol Həqq cəmiyi-milləti.

Anda mücrimlər günahın yad edə,

Ah edüb yüz zariliğ bünyad edə.

Utanalar Taŋrıdan ol dəm qəmu,

Ol xəcalətdən olalar sər füru.

Başlarından dər tökülə su kimi,

Dört yanında mövc ura çu gəmi,

Su yetə ol dəm kiminiŋ dizinə,

Göbəginə irişə kiminiŋ yenə.

Su kimsəniŋ boğazına çıxar,

Bu xəcalətlər məni oda yaxar.

Böylə dedi zari qılub ağladı,

Bağrını həsrət odilən dağladı.



Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   170




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin