کما قال النبی ع اذاکان یوم القیمهَ یذکر المذنب ذنبه فیستحیی من الله تعالی و یعرف استحیاء من الله تعالی و یبلغ
ماء العرق بعضهم الی رکبته و بعضهم الی حلقه
Ey müsəlmanlar, ol güni yad ediŋ,
Tövbə edüb naləvü fəryad ediŋ.
Qafil olmıŋ ol zəmandən, zinhar,
Yolumuzda necə dürlü üqdə var.
ƏL-HƏDİSÜL-HADİ VƏL-İŞRUN
من ادخل علی قلب اخیه المسلم فرحا وسرورا فی دار الدنیا خلق تعالی من ذلک ملکا یدفع عنه الا فات فاذا کان یوم القیمة جا معه قرینا فاذامر به هول یفزعه قال لا تخف فیقول من انت فیقول اناالفرح والسرور الذی ادخلته علی اخیک المسلم فی دار الدنیا 21
Can qulağilən yenə guş eyləgil,
Dünya şüğlini fəramuş eyləgil.
Ərbəindən bu igirmi bir olur,
Dövlət anıŋdurur mundan həzz alur.
İbn Abbasdan irişdi bu xəbər,
Ravisi oldı munuŋ xoş-mö’təbər.
Söylədi kim, dedi bir gün Mustəfa,
Məfxəri-övladi-adəm Müctəba.
Dedi bir şəxsə irişsə bir kişi,
Olsa gər ol şəxs anıŋ din qərdaşi,
Bir söz ilən köŋlini şad eyləsə,
Şadlıx köŋlində bünyad eyləsə,
Köŋliŋi bir vəch şad edsə oniŋ,
Xatirin xoş dutsa həm ol kimsəniŋ,
Ol fərəhdən yaradur ol fərdi-Hu,
Bir gözəl surət ki, ola nikxu.
Dünyədə afati andan dəf’ edər,
Hər məzərrət kim, irişə, rəf’ edər.
Ruzi-məhşərdə yenə olub qərin,
Bilə yanınca gedər ol mərdi-din.
Qorxa ol şəxs anı göndərə rəvan,
Qorxma deyü ola aŋa mehriban.
Deyə kimsəŋ, söyləgil doğru maŋa,
Nişə kim rövşən dögüldür bu maŋa.
Deyə mən ol şadiyəm, ey nikxah,
Kim, filan tarixdə varuban saŋa.
Kim filaniŋ köŋlini şad eylədiŋ,
Şol yıxux könliŋi abad eylədiŋ.
Bil məni andan yaratmışdır Xuda,
Munis olam ta bu dəmdə mən saŋa.
HEKAYƏT
Bir hekayət diŋlə imdi, ey ulu,
Kim, içi dürlü nəsihətdir qamu.
Ol əkabirdən birisi kim adı,
Kim, Mübarək oğlı Abdullah idi.
Gördi bazar içrə bir gün ol əmin,
Bir kişi bir at satar, ey mərdi-din.
Dedi: Hər kim versə qırx dirhəm maŋa,
Mən bu atı verürəm, əlbət, aŋa.
Pəs buna İbn Mübarək söylədi,
Nişə satarsaŋ muni ucız dedi?
Ol kişi aydır: Munuŋ çox eybi var,
Söyləyim bir-bir, eşitgil aşikar.
Dedi: Eybin söylə munuŋ diŋləyim,
Kim, hekayət necədurur aŋləyim.
Dedi: Gər düşman ilə cəng eyləyəm,
Mən anı qavmağa ahəng eyləyəm,
Anca durar, xəsm qurtulub qaçər,
Munciləyin yerdə çox qanım içər.
Ya ədudən qaçmağa qılsam tələb,
Dayanıb durar yerində bisəbəb.
Ta maŋa düşmən irişüb zərb edər,
Pəs munuŋlan kişi necə hərb edər?
Bir ulu eybi dəxi budur yenə,
Gər kişi busuyə girüb gizlənə,
Oxranur, kişnər, ün eylər biməhəl,
Anda vardır munca bu kari-dəğəl.
Yenə Abdullah dedi kim, ey cəvan,
Bu qədər eybi sən qılduŋ bəyan.
Bu bəhayə ol giran ola hənuz,
Anı alana ziyan ola hənuz.
Hasili, ol dəmdə Abdullah anı,
Aldı şagirdi içün ol töhfəni.
Keçdi andən soŋra bir qaç ruzigar,
Hərbi-zərb oldı nəgahin aşikar.
Çün ğəzayə getdilər ol dəm məgər,
İşlədi ol at anda çox hünər.
Ol at ilən ol kişi meydan ara,
Kəy bəhadirliğ qılur cövlan ara.
Hayqırıb meydan ara cəng eylədi,
Heybət ilən düşməni dəng eylədi.
Dedi şagirdinə Abdullah rəvan,
Munda hikmət nə idi, eylə bəyan.
Olmadı bir eyb munda aşikar,
Çox hünərlər qıldı munda bişümar.
Dedi şagirdi aŋa kim, ey ulu,
Ol eyblər var idi munda qamu.
Ol kişidən çünki aldım muni mən,
Gör qulağına nə dedim, diŋlə sən.
Söylədim ki, tövbə qıldım mən , həqqa,
Kim, günahi tərk qıldım mütləqa.
Tövbə qıldım, döndüm Allahdan yaŋa,
Olmayam asi dəxi öŋdin soŋa.
Sən dəxi gəl tərk qılgil bu zəman,
Ol eyblər kim, olur səndən əyan.
Necə ki mən cürmimi tərk eylədim,
Köŋlimi Allah ilən bərk eylədim.
Tərk qıl sən dəxi gəl eybiŋi,
Şimdi köŋliŋdən çıxar gəl reybiŋi
Bu sözi çünkim mən aŋa söylədim,
Bu sifətlər birlə təqrir eylədim.
Başi ilən ol işarət eylədi,
Hal dililən həm müt’i oldum dedi.
Başi təhrik qıldı atın üç gəzin,
Aŋladım rəmz ilə dedügi sözin.
Bildim anı mən ki, dilşad oldı ol,
Tərki-üsyan etdügiçün güldi ol.
Pəs muni bildim ki, nöqsanlıq qamu,
Atıŋ əyəsində olur, ey ulu.
Sahibini çün günəhlü bilə ol,
Pəs hünərni nə yüz ilə qılə ol?!
Pəs ki kafirlər ata olğac səvar,
Atı aŋa lə’nət oxur aşikar.
Arxasından düşənədəkin həmin,
Lə’nət oxur kafirə, bilgil yəqin.
Pəs ulağıŋ ası olduği həman,
Sahibiniŋ ola cürmindən əyan.
Sahib ki saleh olsa, şad olur,
Həm müt’i olub ana münqad olur.
Bu səbəbdən şadliqi ol Xuda
Surət edüb göndərür yövmül-cəza.
Kim, gəlür ol sahibini ol zəman,
Yoldaş olur, cənnətə iltür rəvan.
Dostları ilə paylaş: |