HəZİNİ “HƏDİSİ-ƏRBƏİN” TƏRCÜMƏSİ


ƏL-HƏDİSÜS-SANİ VƏL-İŞRUN



Yüklə 3,06 Mb.
səhifə55/170
tarix07.01.2022
ölçüsü3,06 Mb.
#82669
1   ...   51   52   53   54   55   56   57   58   ...   170
ƏL-HƏDİSÜS-SANİ VƏL-İŞRUN
خرج علي بن ابي طالب کرم الله وجهه ذات یوم من البیت فاستقبله سلمان القارسی رضی الله تعالی عنه فقال له علی کیف اصبحت یااباعبدالله قال اصبحت یاامیر المومنین بین غموم اربعة قال وماذلک رحمک الله تعالی قال غم العیال یطلبون الخبز وغم الخالق یامر بالطاعة وغم الشیطان یامرنی بالمعصیة وغم ملک الموت یطلب روحی 22
Guş qılgil bir dəm imdi sidq ilə,

Ta gətürüm bu hədisi dəx dilə.

Bu, igirmi ikidür əz-ərbəin,

Diŋlə muni sidq ilən, ey pakdin.

Ol Səid ibn Müsəbbəb söylədi,

Kim, Əlidən ol rəvayət eylədi.

Der Əli ibn Əbi Talib məgər,

Çıxdı əvdən bir səbah, qıldı güzər.

Yolda ta ki uğradı Salman aŋa,

Çün salam etdi rəvan əz-can aŋa.

Halını sordı Əli anıŋ rəvan,

Dedi əhvalıŋ nədir, eylə əyan.

Söyləgil necə sabahlandıŋ bu gün,

Qəmlümisəŋ ya fərəh, ey rəhnəmün.

Dedi Salman, ya əmirülmöminin,

Ni sorarsaŋ halımı, ey pakdin?

Mən sabah durdum yerimdən, ya əmir,

Dört qəmiŋ ara yerində nagüzir.

Der əmirülmöminin: Ol dört nədir?

Çəkdügin əndişə birlə dört nədir?

Dedi: Əvvəlki qəmim fikri-əyal,

Qut istər məndən anlar mah-sal.

Dəxi Allah qorxusınıŋ fikridür,

Bu fikir dün-gün köŋlimiŋ fikridür.

Əmri-taət maŋa ola ruzü şəb,

Dutmasam əmrin, nola halım əcəb?!

Bir yaŋa şeytan oxır məsiyyətə,

Varmağa qoymaz məni ol taətə.

Qorxaram Həqdən məni ol dur edər,

Ol məni məğbun, həm məqhur edər.

Bir yaŋadan gəxi Əzrail qəmi,

Canıma ol saldı dürlü matəmi.

Canımıŋ qəsdindədir, eylər tələb.

Ol saətdə nola halım, ey əcəb?

Uşbu dört qəm birlə diltəng olmışam,

Bu cəhətdən qatı bədrəng olmışam.

Dedi: Ya Salmaŋ, bəşarətdir saŋa,

Uşbu qəmlər xub işarətdir saŋa.

Hər birində vardurur bir mərtəbə,

Uğradıŋ bu işdə yaxşı hikmətə.

Sən təki mən dəxi bir gün nagəhan,

Mustəfa yanına vardım, bil əyan.

Ya Əli, der, necədir halıŋ səniŋ?

Söyləgil, ta bilim əhvalıŋ səniŋ.

Necə durmışsan yeriŋdən bu səbah

Qəmlümisən, yoxsa kim dapdıŋ fəlah?

Mən dedim ki, degil, ey xeyrül-bəşər,

Durmışam dört qəm bilə mən bu səhər.

Bir bu kim, əvmizdə yoxdur çoxü az,

Sudan özgə nəstə ola qutü saz.

Bir qəm dəx taəti-Həqdir, yəqin,

Aqibət fikridürür bir dəx həmin.

Dəxi Əzrail qəmidür bir qəmim,

Bilməzəm ki, necə ola ol dəmim?

Dedi peyğəmbər bəşarətdir, ya Əli,

Qılma qəmgin köŋliŋi sən, ya vəli.

Kim, hicab olur əvdə qəmi-əyal,

Pərdədir oddan aŋa fi külli-hal.

Qəmi-taət həm saŋa verür əman,

Bil yəqin, məhşər əzabından əyan.

Aqibət fikri-ğəzadır, bil yenə,

Bu qəmiŋ içində şadi qıl yenə.

Yetmiş iliŋ taətindən bil yəqin,

Əfzəl olur aqibət fikri həmin.

Qəmi-Əzrail kəffarətdir yenə,

Qılduğiŋ cürm zünubiŋ cəm’inə.

Ya Əli, bil qullarıŋ rizqi həman

Həqq-təala üstədir bəllü-bəyan.

Nəf’i-zərri yoxdurur qəmiŋ saŋa,

Rizq içün bu qılduğin həmmiŋ saŋa.

Bu qədər var kim saŋa əcrü səvab,

Andan ötrü yazılur min külli-bab.

Şakir ol, dedi Həqqə sən, həm müti,

Həqq qatında mənziliŋ ola rəfi’.

Yutici ol, ta olasaŋ Həqqə sədiq,

Rəhmətinə ta səni qıla qəriq.

Mən dedim ki, şükrdən nədir murad?

Mən necə şükr eyləyim, ey xoşnəhad?

Der: Müsəlman olduğuŋçün şükr qıl,

Sən özüŋə bu şükrini fərz qıl.

Mən dedim ki, pəs müti olmax nədir?

Söylə, ta kim bilim, ey sözi dürr.

Dedi: “La holul”dən degil müdam,

Houli-Həqq cümlə andandır təmam.

Pəs dedim ki, yutmək muradı, ya rəsul,

Söylə, ta bilim nədir, ey pürüsul.

Dedi çünkim köŋliŋə gələ qəzəb,

Yudə görgil sən anı ba lütfi-Rəbb.

Kim, qəzəb yudmax yəqin bil, ya Əli,

Taŋrı xəşmin söndürür bil, ya Əli.

Ağır eylər ol tərazuni əyan,

Həm saŋa ruzi qılur darül-cinan.

Dedi Salman, ya əmirülmöminin,

Dəf’ qılsun Həqq səniŋ köŋliŋ qəmin,

Olmış idim mən bu qəmlərdən zəbun,

Şad qıldıŋ sən məni, ey rəhnəmun.

Xassə kim qıldıŋ qəmi əhli-əyal,

Qatı diltəng eyləmişdi bu məcal.

Dedi, ya Salman, eşitdim mən, yəqin,

Mustafadən bu hədisi həmçinin.

Kim əyal içün yeməzsə qəm həm,

Kisvəti-qutundən ötrü bişü kəm.

Bəlkə cənnətdən aŋa yoxdur nəsib,

Böylə buyurmuşdurur, sən bil həbib.

Dedi Salman demədimi ol rəsul

Bu hədisi pəs, əya sahibüsul,

Kim əyal əyəsi olan bulmaz fəlah,

Ta əbəd bulmaz demişdir həm nəcah.

Pəs Əli dedi ki, ya Salman, eşit,

Ol degil iş kim, dersəŋ fikr et.

Andadır ol kim, ola kəsbiŋ həram.

Gər həlal olsa, nə qəm, ey niknam.

Kim əyali rizqi içün qəm yesə,

Kim cinan müştaq olur ol kimsəyə.

Kəsb edərsə hər kişi mali-həlal,

Rəhm eylər aŋa həyyi-zülcəlal.


HEKAYƏT
Munuŋ üstə bir hekayət var əyan,

Diŋlə imdi, söyləyim mən bu zəman.

Mustəfa qatına gəldi bir kişi,

Söyləyim kim, necə olmışdı işi.

Ya rəsulüllah, dedi ol binəva.

Bir günah etdim, maŋa qılgil dəva.

Mustəfa aydır: Günahın söyləgil,

Görim varmı dəva, şərh eyləgil.

Söyləyə bilmən dedi, mən, ya rəsul,

Eylərəm səndən həya, ey pürüsul.

Dedi məndən utanursaŋ bu zəman,

Cürmiŋi deməkligə sən, ya filan.

Qılmadıŋ pəs neçün Allahdan həya?

O günahı işlədiŋ, ey mübtəla,

Hazir idi xud görərdi ol səni,

Neçün ol cürmi qılurdıŋ, ey dəni?

Dur yanımdan çıx mənim bu dəmdə zud,

Yağmaya ta üstimizə gögdən od.

Durdi kişi, çıxdı getdi qorxulu,

Ağladı növmid oluban qayğulu.

Ol zəmanda gəldi Cəbrail əmin,

Söylədi kim, ya rəsulül-müttəqin.

Neçün ol asini növmid eylədiŋ?

Qorxudub sən munca tə’kid eylədiŋ?

Ol günahın vardurur kəffarəti,

Ol qulumnı bundax incitmə qatı.

Necə kim çox eyləmiş olsa günah,

Var kəffarət olmaya pəs rusiyah.

Mustəfa dedi aŋa, ya Cəbrail,

Nədürür ana kəffarət söyləgil.

Dedi bir oğlı anıŋ vardır səbi,

Gər əvinə varduğı dəm, ya nəbi,

Qarşusinə gəlsə ol oğlan həman,

Gər yüzindən öpsə anıŋ ol zəman.

Dəxi bir nəstə əlinə versə həm,

Qılsa şadi, xatirindən getsə qəm.

Yemiş ola, yoxsa qeyr nəstənə,

Şad olub köŋli anıŋlan əglənə.

Ol səbiçüq çünki andan şad ola,

Köŋli ol dəm qayğudən azad ola.

Cürminə bilgil kəffarətdir anıŋ,

Canına mundan bəşarətdir anıŋ.

Pəs biliŋiz uşağı şad eyləmək,

Həm anıŋ rizqi içün qayğu yemək,

Kim, zünub içün kəffarətdir qamu,

Dəxi oddan qurtulur, ey nikxu.

Həm kəlamında buyurmişdür Çələb,

Ol dəxi yenə bəşarətdir əcəb.

Ne’məti-əsbab, mülkü malıŋız,

Dəxi övladınız, həm timsalıŋız.

Sənin içüŋ fitnədir dedi kərim,

Leyk Həqq qatındadır əcri-əzim:




Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   170




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin