HəZİNİ “HƏDİSİ-ƏRBƏİN” TƏRCÜMƏSİ



Yüklə 3,06 Mb.
səhifə64/170
tarix07.01.2022
ölçüsü3,06 Mb.
#82669
1   ...   60   61   62   63   64   65   66   67   ...   170
HEKAYƏTİ-ÜXRA
Bir hekayət diŋləgil məndən yenə,

Söyləyim mən bu hədisiŋ üstinə.

Dinlə Bəhrami-Məcusidən xəbər,

Həqq yanında necə oldı mö’təbər?

Şol mübarək oğlını Abdullah bənam,

Həcc edərdim, dedi bir gün ol hümam.

Mən Xətimi-İsmaildə bir gecə,

Uymış idim gör ki, iş oldı necə.

Düşdə gördüm ol rəsulüllahi mən,

Ol münəvvər yüzlü bədrmahi mən.

Pəs dedi ol dəm maŋa xeyrül-bəşər,

Qayıdub Bağdadə gər qılsaŋ güzər,

Eylə Bəhrami-Məcusini tələb,

Şol filan küçə içində bitəəb.

Var, aŋa məndən səlam ayıtgil bənam,

Halını ikram ilən sorgil təmam.

Söyləgil ki, razidir səndən Xuda,

Razidir dəxi Məhəmməd Mustəfa

Pəs oyandım uyxudən ol dəmdə mən,

Bu düş içün qatı qaldım qəmdə mən.

Söylədim, bu vaqiə şeytanidür,

Böylə düşi kim der rəhmanidür?

Ol zəmandə durdım, aldım dəstəmaz,

Xaliqə qıldım namaz ilə niyaz.

Kə’bəni dəxi yenə qıldım təvaf,

Həqq ilə qıldım çü yaramni saf.

Bir yerə gəldim yenə qıldım qərar,

Çeşmümə uyxu bıraxdı Kirdigar.

Düşimə girdi yenə xeyrül-bəşər,

Dedi peyğamımdan olma bixəbər

Pəs oyandım, yenə “la houlə” deyüb,

Fikrə batdım bu düş içün qəm yeyüb.

Bu fikirlən vardım uyxuyə yenə,

Gördüm üç kərrə muni dönə-dönə.

Köŋlümə düşdi mənim uşbu xəyal,

Ta biləm ki, necədir əsli-məqal?

Həcci itmam eyləyüb döndüm gerü,

Qafilə Bağdadə irdi, ey ulu.

Mən anıŋla söz açub sordum xəbər,

Dedim ey şeyxi-büzürgü mötəbər.

Söylə Bəhrami-Məcusi sənmisən?

Ol məcusilər ulusi sənmisən?

Pəs cəvab edüb, rəvan dedi nə’m,

Bəlkə Bəhrami-Məcusivəş mənəm.

Sordüm aŋa Həqq yanında çoxü az,

Nə qılubsaŋ xeyr, anı söylə baz.

Söylədi ki, bir ulu xeyr etmişəm,

Həm səvabinə anıŋ göz dutmişəm.

Xəlqə borc verməkdürür işim müdam,

Onini on ikiyə, ey niknam.

Mən bu işi bilürəm xeyrü səvab,

İstərəm ki, mundan ola fəthi-bab.

Mən dedim kim, bu həramdır, ey kişi,

Muni edən odda yanmağdır işi.

Dəxi nədir fe’liŋ, anı söyləgil,

Özgə xeyriŋ var isə, şərh eyləgil.

Dedi vardır bir ulu xeyrim dəxi,

Söyləyim, sən guş dutgil, ey əxi.

Dört qızım var idi mənim gör ki, bay

Yenə dört oğlum dəxi misli-hümay.

Qızlarımı vermişəm oğlanlara,

Xoş-ulu toy eyləmişəm anlara.

Söylədim ki, bu dəxi andan bətər,

Kim, həramdır, bəlkə küfrü şurü şər.

Dəxi xeyriŋ varmıdır, söylə maŋa,

Ta biləm, sən anı şərh eylə maŋa.

Dedi vardır bir ulu xeyrim əzim,

Ol maŋa olmış qamu işdən kərim.

Bir qızım vardır ki, bir məhbub zəban,

Verməmiş kimsəyə misalindən nişan.

Görmədim həmta aŋa bir kimsəni,

Kim, aŋa təzvic edəydim mən anı.

Pəs özümçün mən anı əqd eylədim,

Nəfsimi ol əqd birlə toylədim.

Diŋlə kim, mən anı alduğım gecə,

Şol məcusi qövmini ucdan-uca.

Cümlə də’vət eylədim, çəkdim təam,

Də’vətimə miŋ kişi gəldi təmam.

Bir ulu toy eylədim anda qatı,

Anlarə çəkdim firavan ne’məti.

Dedi xeyratım əgərçi çoxdurur,

Leyk mundan ulu xeyrim yoxdurur.

Mən dedüm ki, cümləsindən bu, yəman,

Mundə yoxdur xeyr işi, ey natəvan.

Dəxi xeyriŋ var isə, söylə maŋa,

Biləyəm halıŋı, guş edəm aŋa.

Var gümanım dəxi bir xeyrə dəxi,

Anı dəxi söyləyim, bil, ey əxi.

Ol gecə kim, yanına vardım qızıŋ,

Aŋla imdi şərhini sən bu söziŋ,

Vardurur bir qonşımız: xatun kişi,

Diŋlə imdi kim, necə oldı işi?

Ol müsəlmandır, dutar siziŋ dini,

Eşit, imdi söyləyim mən halini.

Otururdum əvdə mən xatirfəraq,

Gəldi yandurmaqlığa bizdən çirağ.

Pəs çirağin yandurub döndi rəvan,

Söndürüb gəldi qapudən ol zəman.

Yenə yandurdı, anı, döndi gerü,

Qapuyə çünki irişdi yügürü,

Yenə söndürdi, rəvan girdi içərü,

Gəldi yandurdi çiraği qayğulu.

Qayıdub qapudə söndürdi yenə,

Fikr qaldım mən anıŋ əhvalinə.

Söylədim, ya Rəbb, nə işdir, qıldı bu?

Bu xəyal ilə rəvan durdum uru.

Dedim ol dəm bu məgər casus ola,

Anıŋçün kim, baxar sağü sola.

Göndərübdür oğrılar muni əyan,

Anıŋ içün çizginür munda həman.

Çıxdım ardınca yeridim gözləyü,

Çünki girdi qapusindən içərü,

Varuban durdum qapudə ol zəman,

Ta anıŋ əhvalını biləm əyan.

Var imiş anıŋ iki-üç qız əyal,

Cümləsi olmış bəqayət sə’bhal.

Gün anasın gördi munlar cümləsi,

Ağlayub fəryad qıldılar bəsi.

Dedilər bizə gətürdiŋmi təam?

Taqətimiz getdi aclıqdan təmam.

Səbrimiz qalmadı, ya ana, bizim,

Döndi əşki-çeşmimiz qana bizim.

Qızlarından çün eşitdi bu sözi,

Ah qıldı, yaş ilə doldı gözi.

Dedi, ey uşaxlarım, qıllam həya,

Həqdən özgə kimsədən edəm rəva.

Həqq-təalədən utandım bu məcal,

Anı qoyub özgədən edəm sual.

Xassə andan kim, ola Həqq düşməni,

Səbr ediŋ, ey quzilər, qoyıŋ məni.

Eyləyincə bu məcusidən sual,

Öldügümiz yegdürür biqilü qal.

Çünki mən anıŋ sözini diŋlədim,

Cümlə əhvalın sərasər aŋlədim.

Qayıdub vardum əvimə ol zəman,

Bir təbəq aldım ələ, oldum rəvan.

Dürlü ne’mətdən anı qıldım dolu.

Anlarə anı gətürdüm, ey ulu.

Pəs dedi İbnül-Mübarək kim, aŋa,

Uşbu xeyr içün bəşarətdir saŋa.

Gördügini ol aŋa şərh eylədi,

Mustəfa hər nə demişdi, söylədi.

Əhmədiŋ dedi səlamını aŋa,

Həqq rizasiniŋ kəlamını aŋa.

Çünki Bəhram bu sözi bildi yəqin,

Dedi kim, zehi həqiqət, doğru din.

Dedi zehi mö’cüzati çox rəsul

Kim, mənim xeyr etdügimi bilmiş ol.

Pəs ki dini Mustəfanıŋ həqdürür,

Kim, sözi anıŋ qamu mütləqdürür.

Çünki xətm oldı arada bu kəlam,

Duruban imanə gəldi ol həman.

Həqq aŋa çünkim hidayət eylədi,

Tui-rəğbətlən şəhadət eylədi

Sidq ilə çünki müsəlman oldı ol,

Küfri qoyub əhli-iman oldı ol.

Bu sözüŋ üstində bağlandı nəfəs,

Can quşi seyr etdi, boş qaldı qəfəs.

Seyr qıldı mürği-ruhi cənnətə,

Qərq oldı dürlü-dürlü ne’mətə.

Dedi pəs İbnül-Mübarək ol zəman,

Yuyuban qıldım nəmazını rəvan.

Öz əlimlə dəfn qıldım mən anı,

Vasil oldı rəhməti-Həqqə canı.

Pəs dedi İbnül-Mübarək ki yəqin,

Taŋrınıŋ xəlqinə rəhm ediŋ həmin.

Taŋrınıŋ qullarına rəhm eyləyən

Oldurur rəhmətdə canın toyləyən.

Kim ki Taŋrı qullarına rəhm edər,

Dirilür düşman, dust olur gedər.

Neçələr dünyadə kafir gəzdilər,

Əhli-iman oldılar vəqti-səfər.

Xeyrü şərrə dünyadə yoxdur qərar,

Xatiməyə olisər pəs e’tibar.

Ey Xudaya, rəhmət eylə qamuyə,

Salma mö’min qullaruŋi damuyə.

Xatiməsin qullarıŋıŋ, ey Xuda,

Xeyrə xətm eylə bəhəqqi-Mustəfa.






Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   170




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin