افمن حق علیه کلمة العذاب
افانت تنقذ من فی النار
Kim munuŋ məfhumi budur qalibə,
Bir işarətdir, dəlildir talibə.
Kimə Həqq oldı isə nari-səqər,
Kimdürür kim, anı oddan mən’ edər?
Oxıdı bu ayəti ol həmçinin,
Gəlmədi ol başlara hərgiz yəqin.
Vardı bir yerdə dəxi qıldı qərar,
Oldı kafir, getdi məğbun şərmsar.
Əhli-iman gəzdi dünyadə məgər,
Getdügində oldı fin-nari-səqər.
Sən Məhəmməd ümmətini, ya İlah,
Saxlayub axir nəfəsdə, ol pənah.
ƏL-HƏDİSÜT-TASE’ VƏL-İŞRUN
مروا ابجنازة فاثنوا علیها خیر افقال النبی علیه السلام وجبت له ثم مروابجنازة اخری فاثنواعلیها شر افقال النبی علیه السلام وجبت له وقال عمر بن الخطاب ماوجبت فقال النبی علیه السلام هذا اثنیتم علیه خیرا وجبت له الجنة وهذا اثتیتم علیه شرا وجبت له النار فقال النبی علیه الصلاة والسلام انتم شهداء الله فی الارض 29
Bu, igirmi doquz oldı bu dəmin,
Ərbəindən bil yəqin, ey mərdi-din.
Pəs Ənəs dedi ki, günlərdə məgər,
Bir cənazə nagəhan gəldi keçər.
Bir neçə şəxs anıŋ ardınca durub,
Xeyir söz söylədilər canğı qurub.
Yaxşılığın söyləyüb aŋa dua,
Pəs qılurdı edübən mədhü səna.
Çün eşitdi bu sözi anda rəsul,
Pəs dedi kim, vacib oldı bu qəbul.
Bu söz üzrə bir cənazə dəx əyan,
Gəldi keçər ol aradan həmçinan.
Pəs anıŋ yavuzlığından söyləyüb,
Kim, durarlardı anıŋ şərrin deyüb,
Dedi Əhməd vacib oldı bu dəxi,
Pəs Əli sordı rəsuldən, ey əxi,
Ya nəbi, nədir, dedi vacib olan,
Bu sözüŋ rəmzin bizə qılgil bəyan.
Pəs rəsulüllah dedi kim, diŋləgil,
Söyləyim rəmzin anıŋ, sən aŋləgil.
Ol ki, xeyrindən anı yad etdiŋiz,
Yaxşı sözlər aŋa bünyad etdiŋiz.
Vacib oldı cənnətü hurü qüsur,
Bil yəqin ol qul içün yövmün-nüşur.
Ol cənazə kim, anıŋ ardınca siz
Duruban şər sözini derdiŋiz,
Pəs cəhənnəm vacib oldı ol qula,
Olmasə Həqq fəzli, xaçan qurtula?
Taŋrınıŋ şahidlərisiz çünki siz,
Eylə olur kim, şəhadət qıldıŋız.
İbn Əsvəd dəxi bir söz söylədi,
Ömərül-Xəttab ilə bilə dedi.
Mustəfa yanına varmışduq məgər,
Böylə dedi anda ol xeyrül-bəşər:
Bir kişi ölsə dedi, biliŋ yəqin,
Üç kişi olsa güvah aŋa həmin.
Pəs şəhadət versələr saleh deyü,
Vacib eylər cənnəti ol fərdi-Hu.
Mən dedim ki, ya rəsulüllah, degil,
İki kişiniŋ güvahlığın degil.
Ol zəmandə pəs yenə dedi rəsul,
Olur ikiniŋ sözi dəxi qəbul.
Pəs Ənəs dedi rəsuldən sormədim,
Mən bu işiŋ təhqiqinə irmədim.
Şahid olsa bir kişi necə olur?
Bilmədim ki, Mustəfa nə buyurur?
Dostları ilə paylaş: |