و لولا دفع الله الناس بعضهم ببعض
لفسدت الارض و لکن الله ذو فضل علی
العالمین
Bə’zisindən qulların gər ol Çələb,
Bə’zisilə savməz olursa qəzəb.
Bir yüzindən əksük olmazdı fəsad,
Ol fəsaddən olmayaydı kimsə şad.
HEKAYƏT
Bir hekayət diŋlə imdi sidq ilə,
Qəlbünə verüb səfa, rövşən qıla.
Gör Fəzili İbn Abbas halını,
Necə oldı diŋləgil əhvalını.
Gör nə fe’l ilə cəhandə gəzdi ol,
Tövbəsi axir necə oldı qəbul.
Ravilərdən böylə gəlmişdir xəbər,
Kim, həramiydi Fəzil, ey mötəbər.
Adəti idi anıŋ qət’üt-təriq,
Olmış idi bəhri-üsyanə qəriq.
Karuban urub işi xun eyləmək,
Kim, müsəlmanları məğbun eyləmək.
Yığmış idi üstinə ləşkər yöğüş,
Özinə yol urmağı qılmışdı iş.
Yollar üstində gəzərdi ruzü şəb,
Karivan oyağı eylərdi tələb.
Bu idi ömrində anıŋ pişəsi,
Mundan özgə yox idi əndişəsi.
Salmış idi el içinə dəğdəğə,
Qaçar idi karivan dağdan-dağə.
Bir gecə ləşkəri ilən ol məgər,
Bir busuydə atdan düşdilər.
Qulını ol dəm çağırdı yanına,
Ta məgər kim, rahət ola canına.
Qoydı pəs başını dizi üstinə,
Uyubanı rahət olmaq qəsdinə.
Gəldi andan ötməgə bir karivan,
Gördilər munda Fəzlini nagəhan.
Fikr qıldılar ki, şimdi nedəlim,
Mundan ötüb şimdi nerə gedəlim.
Ləşkərilə busuyə girmiş həmin,
Oldılar bu işdə qayət səhmgin.
Cəm’ olub bir yerə tədbir etdilər,
Cümlə ol tədbirə dil bir etdilər.
Var idi ol karivanda üç kişi,
Əqlü tədbir etdi anlarıŋ işi.
Dedilər siz bizə veriŋ riza,
Hər birimüz atalım bir ox aŋa.
Ola kim, ox ilə edə rücu’,
Yolumizə edəvüz biz dəx şüru’.
Dönməsə ol, biz dönübən qaçəlim,
Dağü səhrayə düşübən keçəlim.
Birisi yayına oxın gəzlədi,
Bağladı xoş-uz atuban gizlədi.
Uşbu ayətdir atdı ol oxı,
Mə’nisini fikr edüb sən dəx oxı:
Dostları ilə paylaş: |