ففروا الی الله انی لکمنه نذیر مبین
Ayəti çünkim oxıdı ol kişi,
Gör Fəziliŋ kim netə oldı işi?
Çün “fəfirrüva” ayətini oxıdı,
Eylə sandı canə çünkim ox idi.
Növhə urdı, yenə fəryad eylədi,
Əqli başdən getdi, seyran eylədi.
Yenə ox dəgmiş sağındı ol qulam,
İstədi əndamını anıŋ təmam
Qul anıŋ cismində ox bulmədi,
Xacəsinə nə toxındı, bilmədi.
Pəs Fəziliŋ gəldi əqli başinə.
Cismini qərq etdi göz yaşinə.
Həm yenə ol dəm qulinə söylədi,
Kim, maŋa Taŋrı oxı dəgdi, dedi.
Bu söz üstündəydi bunlər həman,
Birisi dəxi yenə atdı rəvan.
Oxudı bu ayəti ol dəm məgər,
Nə’rə urdı ol zəman ol şiri-nər.
Oxıdı çünkim uşbu ayətin,
Gəl gör imdi ol Xudanıŋ hikmətin.
Dostları ilə paylaş: |