HEKAYƏTİ-ÜXRA
Gəl, yenə sən müstəme’ ol, ey bəşər,
Munuŋ üstə bir dəxi diŋlə xəbər.
Ol Əbu Mənsur şeyxi-namdar,
Matərid dedilər aŋa aşikar.
Verdi ustadı sözindən ol xəbər,
Söylədi bu növ ilən ol mö’təbər.
Çünki ustadına irişdi əcəl,
Səksənə irmişdi ömri ol məhəl.
Ol Əbu Mənsurə əmr etdi yeri,
Dedi dur bazarə var, ey din əri.
Sən mənim içün ki, bir qul satun al,
Məncə ola ömri anıŋ bu məcal.
Al gətür anı ki, azad eyləyim,
Mən özümçün ol günə zad eyləyim.
Durdı Bu Mənsur, anı qıldı tələb,
Gəzdi çox yerləri, bəs çəkdi təəb.
Hər kimə sorsa verür idi cəvab,
Ol bulunmaz heç yerə, qılma itab.
Xandadır səksən yaşar qul bu zəman?
Olmamış ola azad ol natəvan.
Pəs Əbi Mənsur gəlib verdi cəvab,
Ol bulunmaz, heç yerə qılma şitab.
Çün eşitdi, səcdəyə qoydı başın,
Gözlərindən həm rəvan etdi yaşın.
Yüzini torpağə sürtdi, söylədi,
Xaliqə ərzü niyaz qəsd eylədi.
Dedi: Ey qəffarü həyyü zülcəlal,
Ey rəhim vey qəfuri-bimisal.
Qullarıŋ səksən yaşar quli yəqin,
Görmədilər layiq azad olmadın.
Dedilər: Qulmı olur səksən yaşar?
Sən kərimsəŋ cümlədən, ey Kirdigar.
Sən qamudən mehribansaŋ, ey kərim,
Əfvedici sənsən, ey Rəbbi-rəhim.
Necə layiq görəsən bu dəm məni,
Qılmayəsən oddan azad, ey qəni?
Zarisinə rəhm edüb Pərvərdigar,
Yarlığaram, dedi ol dəm aşikar.
Məni səni lütfimlə azad eylədim,
Rəhmət ilə ruhini şad eylədim.
Qullaruŋa lütf qılgil, ey Xuda,
Qıl xilas oddan bəeşqi-Mustəfa.
Rəhmətiŋdən binəsib etmə bizi,
Xass qullarıŋla qıl həşrimizi.
Dostları ilə paylaş: |