ƏL-HƏDİSÜL-XAMİS VƏS-SƏLASUN
حين ياوي الي فراشه استغفر الله العظیم الذی لااله الاهو الحی القیوم واتوب الیه ثلث مرات غفر الله له ذنوبه وان کانت مثل زبد البحر وان کانت مثل عدد ورق الاشجار وان کانت مثل عدد رمل عالج وان کانت مثل ایام الدنیا 35
Bu, otuz beşincidir əz-ərbəin,
Diŋlər isəŋ söyləyim, ya müslimin.
Bu hədisiŋ ravisidir Bu Səid,
Sidq ilə diŋlə muni sən, ya səid.
Mustəfadən nəql qıldı ol dəxi,
Mustəfa böylə buyurmış, ey əxi.
Döşəginə hər kişi qılqac qərar,
Bu duayi oxısa, ey doğru yar.
Gər peyapey oxısa üç kəz muni,
Yarlığaya Taŋrı anıŋ cürmini.
Ol kişiniŋ cürmi olursa əgər,
Bu dəŋizlər köpügincə sərbəsər,
Gər ağaclar yaprağınca ola həm,
Dəxi qumü-qayır sanı, ey pürkərəm,
Dəxi dünya gögləriniŋ sağışı,
Cürmi olsa yarlığaya ol kişi.
Həm Səid oğlı Məhəmməd söylədi,
Ol dəxi böylə rəvayət eylədi.
Cameində der Buxaranıŋ məgər,
Bir müərrif var idi xoş mö’təbər.
Bir ulu saleh kişi idi müttəqi.
Var idi canında xoş din rövnəqi.
Dedi bir gecə düşimdə, ey əmin,
Ta ki gördüm Mustəfayi mən yəqin.
Kim yüzi on dört gecəlik ay kibi,
Bəlq urub rövşən qılurdı aləmi.
Mustəfayə pəs səlam etdim rəvan,
Öpdüm anıŋ ayağını ol zəman.
Pəs Əbubəkr ilə ol Ömər dəxi
Anıŋ ilə bilə idi, ey əxi.
Anlarıŋ dəx öpdüm ayağını yenə,
Cümlə ikram eyləyüb dönə-dönə.
Pəs rəsulüllaha sordum ol zəman,
Dedim, ey Taŋrı həbibi, mehriban.
Bu hədisi nəql qılmış Bu Səid,
Kim, eşitmişdir anı İbn əl-Vəlid.
Böylə dedi ki, Məhəmməd Mustəfa
İki aləm mehtəri sahibvəfa.
Böylə buyurmışdırır ki, bir kişi
Döşəginə girsə erkək, gər dişi,
Gərçi olsa cürmi anıŋ, ey ulu,
Yeddi dəryanıŋ köpügincə qamu.
Dəxi səhralər qumi sanınca həm,
Ölür isə, yarlığar ol zülkərəm.
Yaprağınca həm ağaclarıŋ yəqin,
Cürmi olsa yarlığaya ol həmin.
Pəs dedi ki, ya rəsulüllah, degil,
Sənmi demişsən muni bir söyləgil.
Pəs işarət qıldı başilə rəsul,
Mən demişəm dedi ol sahibüsul.
Dostları ilə paylaş: |