استغفر الله العظیم الذی لااله الا هو الحی القیوم و اتوب الیه
ƏL-HƏDİSÜS-SADİS VƏS-SƏLASUN
شهدالله انه لااله الا هو الی قوله ان الدین عندالله الاسلام وقل اللهم مالك الملك الي قوله بغیر حساب لماارادالله تعالی ان ینزلها تعلقن بالعرش فقلن اتهبطنا الی ارضك 36
Bu, otuz altıncı dər- çihil gənc,
Guş qıl, ta görməyəsən dərdü rənc.
Ravisi anıŋ Əliyyül-Murtəza,
Söylədi ol kim, buyurdı Mustəfa.
Fatihə ilən Ayətül-kürsi, ey can,
İki ayət Ali-İmrandan əyan
Biri “şəhidallah” ayəti anıŋ,
Sidq ilə diŋlə, səfa bula canıŋ.
Həm “qul əlləhümmə” birisi dəxi,
Diŋləgil nədir işarət, ey əxi.
Munları çünkim Xudavəndi-cəhan,
Qadirü qəhharü həyyü cavidan.
Dilədi ki, yer yüzinə endürə,
Qullarını taətinə qandurə.
Ərşə yapuşdı qamusi yer-yerin,
Dedilər ki, ya İlahülaləmin,
Bizi istərsən bu dəm, ey padşah,
Yer yüzinə endürəsən, ya İlah,
Asi qullarıŋ dilində biz təmam,
Ertə-gecə oxınavuz sübhü şam.
Həqq dedi əzmi-cəlalim həqqiçün,
Qüdrətim sün’ü kəmalim həqqiçün,
Sizi hər kim ki oxursa ruzü şəb,
Hər nəmazıŋ axırında bitəəb,
Cənnəti məskən qılam mən ol qula,
Vəh nə cənnət, bəlkə didarim bula.
Gündə yetmiş kərrə dəxi həm yenə,
Kim nəzər qılam aŋa dönə-dönə.
Gündə yetmiş hacətin edəm rəva,
Ola qüfran bil gecəsi mütləqa.
Həm ədusini anıŋ məqhur edəm,
Həm bəlalərni mən anda dur edəm.
Hər işində mən aŋa nüsrət qılam,
Dünyəvü üqbadə həm rəhmət qılam.
Ya İlahi, bizə Qur’an hörməti,
Dünyəvü üqbadə qılgil rəhməti.
Dostları ilə paylaş: |