HEKAYƏTİ- BİN TÜYUR BİNT
MƏHƏMMƏD KƏLAĞANİ
Diŋlə imdi bir hekayət mö’təbər,
Ol Vəhəb ibn Münəbbəhdən xəbər.
Söylədi kim, İsayi-Məryəm əyan,
Ruzigariniŋ içində bir zəman.
Ol həvaridən birinə söylədi,
Farsi iqliminə sən vargil dedi.
Var oları dinə dəvət eyləgil.
Din yolı saru hidayət eyləgil.
Nuh derlərdi cəhandə ad aŋa,
Böylə ad vermiş idi ustad aŋa.
Çünki İsa böylə buyurdı sözi,
Nuh durdı ayağə ol dəm özi.
Duruban oldı rəvan ol din əri,
Gəldi ol bir şəhrə irdi axəri.
Padşahıŋ şəhri idi bu məgər,
Bir kişidən sorubən aldı xəbər.
Gördi şəhriŋ qapusində ol ulu,
Hər yaŋa oynar uşağlar subəsu.
Gəldi həvari bularıŋ qatinə,
Nazir oldı bunlarıŋ halatinə.
Çün buların lə’binə qıldı nəzər,
Dər-zəman ögrəndi anı naməvər.
Gördi hər kim oynar, qalib gəlür,
Hər birindən cümlə qırx dirhəm alur.
Dedi, ey oğlanlarım, biliŋ əyan,
Oynaram siziŋlə mən dəx bu zəman.
Oynar isəŋ ilərü gəl dedilər,
Oynayalım, necə ki köŋliŋ dilər.
Kim rəis oldı, kimi ibn vəzir,
Anlar ilə oynadı şeyxi-kəbir.
Cümləsin yuddivü aldı ağçəsin,
Cümlə qıldı anları xarü həzin.
Bir vəziriŋ oğlı anda var idi,
Hüsni, xülqi xub, xoşkirdar idi.
Dedi, ey baba, mənimlə gəl bərü,
Bizə mehman ol bu gün, ey mahru.
Dedi həvari, yeri-var, ey cəvan,
Diləgil dəstur atandan bu zəman.
Gər izn versə, səninlə varəlim,
Məsləhət nə olsa anda görəlim.
Vardı oğlan atəsinə söylədi,
Şeyxiŋ əhvalini mə’lum eylədi
Dedi şəhriŋ qapusində bu zəman.
Kim, uşaxlar birlə oynarduğ əyan,
Hazir oldı anda bir pir, ey ata,
Gör anıŋla halımuz oldı netə?
Gəlüb oynadı bizimlə ol ulu,
Cümləmizi qıldı anda qayğulu.
Yuddı bizi cümləmüzi bitəəb.
Görübən əhvalini qıldım əcəb.
Dedim aŋa, gəl mənim ilə bilə,
Gedəlim bu gecə bizim mənzilə.
Dedi var izn al ataŋdən, ey oğul,
Versə dəstur edim sözüŋ qəbul.
İzniŋ olursa, varayım bu zəman,
Gətürəm əvmüzə anı rəvan.
Pəs vəzir ayıtdı var anı, sən gətür,
Nə kişidir, görəlim munda yetür.
Çıxdı oğlan ol zəmandən yügürü,
Vardı şeyxə dedi ki, ey mahru,
Verdi dəstur uş atam, ey möhtərəm.
Dur ayağə, eyləgil rəncə qədəm.
Şeyx durdı ayağə, çün getdilər,
Ol vəziriŋ eşiginə yetdilər.
Qapuyə qoydı ayağın ol kərim,
Dedi “bismillahir-rəhmanir-rəhim”.
Dolmış idi əv içi şeytan ilə,
Həm dəxi cinnü pəri qilan ilə.
Dağılubən cümləsi qıldı fərar,
Oldı şeytanlər oradə biqərar.
Şeyxə ikram eylədi anda vəzir,
Dedi ki, xoş gəldiŋ, ey şeyxi-kəbir.
Pəs buyurdı ortəyə gəldi təam,
Süfrəyə gəldi cümlə əsbabi təmam.
Ortəyə çünki gətürdi mahəzər,
Görgil imdi şəyatinlər nedər.
Yer-yerin uçdı şəyatin ol zəman,
Ol yeməkdən yemək istərlər əyan.
Böylə idi daima adətləri,
Munlar ilə var idi ülfətləri.
Yeməgə çün şeyx iqdam eylədi,
Pəs əlin uzatdı, “bismillah” dedi.
Pəs yenə dağıldı şeytanlər qəmu,
Qaçubanı cümlə çıxdı daşxərü.
Birisiniŋ zəhrəsi yoxdur, ə yar,
Əv içində eyləyə bir dəm qərar.
Çün şəyatin getdi, yedilər təam,
Fariğ oldılar yeməkdən çün təmam,
Söylədi andan vəziri-kardan,
Dedi, ey şeyxi-büzürgi-pəhləvan.
Mən səniŋ işiŋdə heyran qalmışam,
Bu xəyal içrə pərişan olmışam.
Mən əcəb gördüm səniŋ əhvaliŋi,
Gizləmə, ayıtgil maŋa sən haliŋi.
Ol zəman ki əvimə basdun qədəm,
Əv içi dolmışdı şeytandən o dəm.
Sən gələndən soŋra dağıldı qəmu,
Hər biri bir yaŋa getdi subəsu.
Həm təamə bulmadı munlar səbil,
Dağılub oldı bular xarü xəcil
Səndən öŋdin ortəyə gəlgəc yemək,
Uş verürlərdi bizə, olmaz demək
Bizə verməzlərdi yeməkdə məcal,
Böylə keçərdi olar fi külli-hal.
Bizim ilə hər zəman anlar təam
Yemədin olmazlar idi, ey hümam.
Vardurur bir hal səndə, ey əziz,
Gəl xəbər vergil bizə, eylə təmyiz.
Gəl bizə eylə əyan əhvaliŋi,
Gəl yaşurmə şimdi bizdən haliŋi.
Qılmagil, ey şeyx, haliŋi nihan,
Söylə rövşən eyləgil bizə əyan.
Şeyx dedi ki, halimi ərz eyləyim,
Sərgüzəştim necədir, mən söyləyim.
Leyk bu şərt ilə ki, ey mö’təbər,
Verməyəsən kimsəyə hərgiz xəbər.
Ol zəman ki mən saŋa dəstur verəm,
Faş edəsəŋ sən məni, ey möhtərəm.
Əhd qıldı şeyx ilə ol dəm vəzir,
Dedi halıŋ söylə, ey şeyxü kəbir.
Şeyx ol dəm pərdeyi rəf’ eylədi,
Halini ol dəm vəzirə söylədi.
Dedi ki, İsa dedi, ey pürüsul,
Məni sizdən yaŋa göndərdi rəsul,
Sizi Taŋrıdan yaŋa irşad edəm,
Sizi islam dini ilə şad edəm.
Gəlmişəm sizdən yaŋa kim, ey vəzir,
Tərk edüb şirki, edəsiz Həqqi bir.
Həqq- təalaya ibadət qıləsiz,
Birdir Allah, anı birlə biləsiz.
Bütləri oda yaxasiz sərbəsər,
Cümləsin Həqdən biləsiz xeyrü şər.
Cümlə bütlərdən olub bizar siz,
Eyləyəsiz Taŋrıya iqrar siz.
Tərk edüb küfri, müsəlman olasız,
Həm, həqiqət, əhli-iman olasız.
Dildə “la ilahə illəllah” deyüb.
Yox şəriki, birdürür Allah deyüb.
Çün vəzir eşitdi buni ol məcal.
Gəldi imanə rəvan biqilü qal.
Əhli-beyti həp müsəlman oldılar,
Küfri qoyub əhli-iman oldılar.
Sirr ilə imanə gəldi cümləsi,
Gəzdilər munlar bu hal ilə bəsi.
Keçdi bu hal ilə bir qaç ruzigar,
Qıldılar munlar bu hal ilə qərar.
Padşah qatda vəzir bir gün nagah,
Gəldi köŋli qayğulu, halı təbah.
İztirab ilə qatı köŋli məlul,
Qatı qəmgin, natəvan, aşüftə ol.
Şeyx sordı ol vəzirə, key əmin,
Nə səbəbdəndir əcəb köŋliŋ həzin?
Söyləgil ki, böylə qəmgin nişə sən,
Kim, çəkərsən məgər eylə əndişə sən?
Söylədi şeyxə vəzir kim, ey ulu,
Padşahın atları çox səvgülü.
Bir atı var idi leykin cümlədən
Yeg sevərdi şah anı əz-canü tən.
Cümlə malı bir yaŋa, ol bir yaŋa,
Anı minüb seyr edərdi dört yaŋa
Öldi nagəh ol bədəv atı anın,
Köŋli qəmgindir bu dəm qatı anıŋ.
Dopdolu köŋli qəmü təşviş ilə,
Öturupdur ol həzar əndiş ilə.
Qayğudən köŋli açılmaz bir zəman.
Bir bəladır kim, irişdi nagəhan.
Şəhr əhli cümləsi kiçi-ulu,
Ol səbəbdən cümlə oldı qayğulu.
Şeyx dedi ki, dur var imdi, ey vəzir.
Padşahı eyləgil məndin xəbər.
Söyləgil ki, bir qonaq gəldi bizə,
Bir neçə gündür ki, ol əvimizə.
Dedi ki, sultan müti’ olsa maŋa,
Bir əcayib göstərürəm mən aŋa.
Gər mənim sözümni eylərsə qəbul,
Hər nə ki mən söyləmişəm fər’ü üsul.
Mən anıŋ atın yenə qılam diri,
Ola heyran kim eşitsə bu sirri.
Çün vəzir eşitdi muni, oldı şad,
Binəvadır, sanasan dapdı murad.
Qalxuban getdi sultandin yaŋa,
Dedi, ey sultan, bəşarətdir saŋa.
Sözümi sultan qəbul etsə əgər,
Atını diri qılam,-der,- nəzər.
Padşah eşitdi, şad oldı əzim,
Dedi kim, anı gətürgil görəyim.
Hər nə kim dersə, qəbul etdim anı,
Anca olsun kim, sevindirsün məni.
Pəs rəvan oldı vəzir gerü yenə,
Yügürübən gəldi şeyxiŋ yaninə.
Dedi kim, sultan müti’ oldı saŋa,
Var gətür,-dedi anı məndin yaŋa.
Hər nə söylərsən, anı eylər qəbul,
Gəl anı şad eyləgil, ey pürusul.
Şeyx ayağə durdı, getdi dər-zəman,
Padşah eşiginə yetdi rəvan.
Qapudən girmək dilədi çün o dəm,
Dedi “bismillah”, pəs basdı qədəm.
Yenə cinni ilə şeytandən qamu,
Padşahıŋ dəx əvində dopdolu.
Şeyx çün girdi, dağıldı cümləsi,
Qalmadı şeytanıŋ anda birisi.
Ayağa durdı məlik şeyxi görüb,
Dürlü ikram eylədi, halın sorub.
Dedi,ey şeyxi-büzürgü mö’təbər,
Kim, bizə sizdən irişdi bir xəbər.
Sizi derlər ölüni diri qılur,
Bu işiŋ möhtaciyəm mən, Həqq bilür.
Zatıŋızda var isə gər bu kəmal,
Xoş dəmidir, bizə göstər bu məcal.
İki gündürür atım ölmüşdürür,
Xatirim andan məlul olmışdurur.
Gər maŋa dedi müt’i olsan, şaha,
Sizi mən edəm bu qəmlərdən rəha.
Taŋrı iznilə qılam anı diri,
Tez ola kim, aŋlayasan bu sirri.
Dedi sultan, nə buyurursan maŋa,
Mən müt’iəm əmrinə öŋdin soŋa.
Şeyx aydır ki, varmı övladıŋ səniŋ,
Dəxi ata-ana əcdadıŋ səniŋ?
Dedi sultan, yoxdurur oğlum mənüm,
Bir atam var, bir xatunum, bir özüm.
Bu ikidən özgə yoxdur kimsənəm,
Əhli-beytim bu ikidir, bil mənəm.
Dedi şeyx anları hazır eyləgil
Həm rəiyyət dəxi gəlsün söyləgil.
Padşəh anları çağırdı rəvan,
Həm rəiyyət dəxi gəldi dər zəman.
Çünki hazır oldı anda xassü amm,
Oldı ol yerdə bir ulu izdiham.
Şeyx durdı gəldi ol dəm ilərü,
Dutdı atıŋ bir ayağın, ey ulu.
Dedi “la ilahə illəllah” rəvan,
Dedi sultanə yenə kim söyləgil,
Xatunuŋla ataŋa əmr eyləgil.
Hər biri dutsun anıŋ bir ayağın,
Birisini dəxi sən dutgil həmin.
Şeyx necə dedi, eylə etdilər,
Hər birisi bir ayağın dutdılar.
Pəs buyurdı padşahə ol zəman,
Söyləgil “la ilahə illəllah” rəvan.
Həm dedi “la ilahə illəllah” pəs,
Ol ayağ qıldı təhərrük dər-nəfəs.
Dedi atasına sən dəx söyləgil,
Hər nə sultan dedi, sən dəx degil.
Ol dəxi tövhid qıldı sidq ilə,
Ol ayağ təprəndi həm qüdrət bilə.
Övrətə dəxi buyurdı söyləgil,
Şimdi “la ilahə illəllah” degil.
Ol dəxi tövhidi çünki söylədi.
Dört ayağı cümlə təhrik eylədi
Dört ayağdur dəprənür cismi ölü,
Dedi bir iş dəxi qaldı, ey ulu.
Şimdi buyurgil qamu qövmü həşəm,
Böylə desünlər olar dəxi bu dəm.
Çün muni deyə qamu qövmüŋ bilə,
Taŋrınıŋ əmrilə atıŋ dirilə.
Qövminə sultan rəvan əmr eylədi,
Cümlə “la ilahə illəllah” dedi
Taŋrı əmrilə ayağə durdı at,
Zahir oldı anda bir xoş mö’cüzat.
Ulu-kiçi həp müsəlman oldılar,
Canü dildən əhli-iman oldılar.
Mö’cüzat əhli-həqqiçün? ey Xuda.
Soŋ nəfəs imanı qıl bizə əta.
Dostları ilə paylaş: |