HəZİNİ “HƏDİSİ-ƏRBƏİN” TƏRCÜMƏSİ


ƏL-HƏDİSÜS-SABE’ VƏL-SƏLASUN



Yüklə 3,06 Mb.
səhifə86/170
tarix07.01.2022
ölçüsü3,06 Mb.
#82669
1   ...   82   83   84   85   86   87   88   89   ...   170
ƏL-HƏDİSÜS-SABE’ VƏL-SƏLASUN
اذاجلس احدکم فی مجلس فلایبر حن حتی یقول ثلث مرات سبحانک اللهم وبحمدک اشهدان لااله الاانت اغفرلی وتب علی ان کان فی مجلس خیرکان کالطابع علیه وان کان فی مجلس لغوکان کفارة لماکان فی ذلک المجلس37

Ərbəiniŋ gəlgil, ey arami-can,

Bu otuz yedincisidir, bu həman.

Bu Hərirə ravisi oldı anıŋ,

Guş qılgil kim, səfa bula canıŋ.

Bu Hərirə dedi, ey sahibvəfa,

Böylə buyurdı Məhəmməd Mustəfa.

Məclis olub oturasız siz xaçan,

Söyləyəsiz ortadə yaxşı-yaman.

Böylə layiqdir sizə, ya müslimin,

Yeriŋizdən durmayasız siz yəqin.

Ta ki uç kəz bu duayı edəsiz,

Oxıyub andan durasız gedəsiz.

Məclisiŋ soŋunda üç kərrə əgər

Oxısa bil muzdini, ey mö’təbər.

Məclisi-xeyr olsa gər ol, ey hümam,

Yə’ni söylənmiş isə yaxşı kəlam.

Bu dua mehri olur anıŋ yəqin,

Böylə buyurdı rəsuli-pakdin.

Məclisi-şərr olsa ol, diŋləyənə,

Yə’ni anda föhşü qiybət söylənə.

Bu dua olur kəffarət ol sözə,

Yaxşı diŋliŋ kim, bəşarətdi sizə.


Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   170




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin