HEKAYƏTİ-ÜXRA
Bir hekayət vardurur yad eyləyim,
Guş qılıŋ, canü dildən söyləyim.
Haləti içində bir gün Bayəzid
Diŋləgil kim, necə qıldı ol səid.
Həzrətə dürlü münacat eylədi,
Əl götürdi ərzü hacat eylədi.
Qəlbi arındı, olub şövqi ziyad,
Diŋləgil kim, necə işlər qıldı yad.
Pərdə götrüldivü rəf’ oldı hicab,
Ərşə seyran eylədi min külli-bab.
Can gözilə qıldı çün ərşə nəzər,
Biqərar olub dedi, ey şiri-nər.
Bu məqami-Məhmudi idi, əyan,
Əhmədə xass eyləyübdür müstəan.
Şayəd ol həyyü qədimü zülcəlal,
Ol Xudavəndi-kərimü bimisal.
Ruzi-məhşər cənnət içrə ol qəni,
Eyləyə qonşı anıŋ birlə məni.
Cənnət içində anıŋla yar olam,
Hər bir işdə munisü qəmxar olam.
Muni dedi məstü mədhuş oldı çün,
Gəldi özinə nigah oldı rəhnəmun.
Ol zəmandə gəldi hatifdən nida,
Bir uca avaz ilə dedi aŋa.
Dedi ki, diŋlə sözi, ey Bayəzid,
Qonşıŋı deyim, ola fəxriŋ məzid.
Ol filan şəhriŋ içində bir ulu,
Anda bir şeyx vardurur üzi sulu.
Şeyxiŋ anda bilgilən bir qulı var,
Qonşuŋ ol olsa gərək, ey biqərar.
Ola həmsayə saŋa cənnətdə ol,
Oldurur qonşuŋ, həqiqət, bilmiş ol.
Əqli çün başinə gəldi nagəhan,
Şeyx pəs durdı ayağə dər-zəman.
Görəyim,-der,- varub ol həmsayəmi,
Başəd ola alam andan dayəmi.
Duruban qıldı həman dəm əzmi-rah,
Eylədi ol dəm təvəkkül bər İlah.
Getdi yüz fərsəng yol ol din əri,
Gəldi ol şəhrə, irişdi axəri.
Uğradı şəhriŋ, qapusində məgər,
Bir cəmaət oturur, aldı xəbər.
Xandadır,-dedi,- filan şeyxiŋ qulı,
Andan ötrü gəlmişəm munca yolı.
Hacətim vardur qatında sorəyim,
Nə buyurur ol maŋa bir görəyim.
Dedilər anı nedərsən, ey kişi,
Xanda var anıŋ saŋa yarar işi?
Bir şərabxordur, dəxi fasiqdürür,
Sormaq anı sizə nə layiqdürür.
Bir münafiq kim, işi şeytanidür,
İstəməz hər kim anı rəhmanidür.
Səndə var siması çün salehləriŋ,
Aşinasi olmagil talehləriŋ.
Çün yüzüŋdən nuri-iman görünür,
Baxıcaq ayati-rəhman görünür.
Heyf ola yad edə səniŋ adın anıŋ,
Aŋmagil, qoy rəsmü bünyadın anıŋ.
Çün olardan şeyx eşitdi bu sözi,
Heyrətə getdi həman dəm kəndözi.
Köŋli qəmgin oldı, qaldı dilfigar,
Bu, necə halətdir, ey Pərvərdigar?!
Şeyx bu işdən qatı qaldı daŋa,
Vəh məgər şeytani ola bu nida?!
Qəsd qıldı buradən gerü dönə,
Pəs əvi yolın dutub gedə yenə.
Sonra fikr etdi, dedi kim, varəyim,
Anıŋ əhvalın gözümlə görəyim.
Munca yol kəsdim, bəsi çəkdim təəb,
Mən anı görməkligə qıldım tələb.
Bu qədər zəhmət çəküb gəldim aŋa,
Görmədin dönmək anı olmaz rəva,
Şeyx gəldi şəhrə girdi ol zəman.
Ta bilə əhvalını anıŋ əyan,
Sordı şəhr əhlindən anıŋ mənzilin,
Dedi ki, veriŋ xəbər, ya müslimin.
Göstəriŋ anıŋ məqamını maŋa,
Mən bu halı eşidüb qaldım daŋa.
Verdilər anıŋ məqamını xəbər,
Dedilər kim, diŋlə, ey əhli-nəzər.
Oturur meyxanədə məstü xərab,
Gecə-gündüz nuş edər cami-şərab.
Bir neçə özi kimi fasiq dəxi,
Həmnişin olmuşdur aŋa, ey əxi.
İşləridir badə içmək ruzü şəb,
Dəmbədəm eyşü təmaşavü tərəb,
Getdi andan dəxi yenə biqərar,
Müztərəb olub bəqayət dilfigar.
Gəzdi kuyü küçəyi ol naməvər,
Hər kimə ki uğradı, sordı xəbər,
Anca gəzdi, dapdı anıŋ mənzilin.
Diŋlə əhvalın sən anıŋ bəd əz-in,
Şeyx çün girdi qapudən içərü,
Gördi ol dəm ol qulamı rubəru.
Biləsincə qırx kişi məstü xərab,
Arə yerdə şahidü şəm’ü şərab.
Qarşulərində müğənni saz edər,
Çəngü ney kanun ilə avaz edər.
Məclis əhliniŋ qamu köŋli fərəh,
Əldə saqi gəzdürür gülgün qədəh,
Şeyx bu halı görüb döndi gerü,
Müztərəb oldı qatı ol mahru.
Gördi muni, qayğulu oldı əzim,
Doldı köŋli qüssəvü təşvişü bim.
Şeyxiŋ əhvalını gördi ol səid,
Ayağə durdı, aydur, ey Bayəzid,
Bu qədər yol zəxmin çəkdin ki ta,
Görəsəŋ həmsayəni, ey məhliqa.
Nə rəvadır ki, bizimlə, ey ulu,
Qılmayasan bir-iki dəm göftügu.
Qaçma bizdən, gəlgil, ey arami-can,
Edəlim söhbət səniŋlə bu zəman.
Çün muni eşitdi şeyxi-ruzigar,
Yenə qayıtdı həman dəm biqərar.
Vardı, girdi ol qulamıŋ yanına,
Çox təəccüb qaldı anıŋ halına.
Şeyx girdi içərü, verdi səlam,
Bir-birinə eylədi ənami-amm.
Pürsis edər bir-birinin halini,
Ruzigarini, qamu əf’alini.
Əhli-məclis bunlara heyran olur,
Munlarıŋ işində sərgərdan olur.
Pəs qulamə sordı ol dəm Bayəzid,
Bu nə halətdir, maŋa ayıt, ey səid.
Kim xəbər verdi məni, söylə saŋa,
Həm bu halı dəxi əyan eylə maŋa.
Qul aydır bizi saŋa hər kim dedi,
Pəs səni dəxi maŋa ol söylədi.
Həm bu halı dəxi diŋlə söyləyim,
Munda hikmət necədir, şərh eyləyim.
Gəldi hatifdən nida bir gün maŋa,
Bayəzid qonşı olur dedi saŋa.
Oldurur cənnətdə həmsayəŋ səniŋ,
Olsun anıŋ eşqi sərmayəŋ səniŋ.
Fikr qıldım mən özümlən, ey səid,
Çün maŋa həmsayə olur Bayəzid,
Bu, necə himmət ola dedim həman,
Cənnətə yalğuz girəm, ey pəhləvan.
Bir neçə kişi gərək olam rəfiq,
Kim dilədi “ərrəfiq sümmüt-təriq”.
Məclis əhlin kim, görərsən, ey ulu,
Oturupdur məstü layəql qamu.
Bular idi əvvəla səksən kişi,
Böylə idi anlarıŋ cümlə işi.
Qırxını qıldım bu işdən mən fəlah,
Uş olupdurlar qamu əhli-səlah.
Tövbə qıldılar əlümdən cümləsi,
Həm məratib dəxi buldılar bəsi.
Şimdi taət eyləməkdir işləri,
Həqq rizasidir həman təşvişləri.
Kim, bu qırxı həm səninçün qoymışam,
Anıŋ içün sən gəlincə durmışam.
Munlara sən tövbə vergil, ey əziz,
İşləri ta kim səlah ola təmiz.
Bu ikisi söyləşürlər rubəru,
Çevrədə anlar baxarlar subəsu.
Bunlarıŋ əhvalını çün bildilər,
Cümləsi ol dəm ayağə durdılar.
Bildilər kim, budur ol sultani-din,
Bayəziddir mə’dəni-sidqi-yəqin.
Cam sındı, yerə töküldi şərab,
Tövbə qılmağə edərdi şitab.
Çəngü mey getdi həman dəm aradaŋ,
Anlarə tövfiq verdi Yaradan.
Bayəzidiŋ qarşusinə gəldilər,
Cümləsi ol dəmdə tövbə qıldılar.
Anlarə tövfiq verdi Kirdigar,
Guşeyi-zöhd etdi cümlə ixtiyar.
İşlərinə həp nədamət qıldılar,
Himməti-mərdani gör, ey pürüsul,
İki ikən səksən iki oldı ol.
Səksən iki kişi dəraviş kim, bular,
Cənnəti-ə’ladə qonşı oldılar.
Kamil ilə hər kim ola həmnişin,
Ola kəmalindən əsər bulur yəqin.
Sən olarıŋ hörmətinə, ya İlah,
Qılmagil məhşərdə bizi rusiyah.
Dostları ilə paylaş: |