ƏL-HƏDİSÜS-SAMİN VƏS-SƏLASUN
اذا اجتمع اهل النار فی النار ومعهم من شا الله تعالی من اهل القبلة قال الکفار للمسلمین الم تکونوا مسلمین قالوا بلی قالوا فمااغنی عنکم اسلامکم وقدصرتم معنا فی النار قالوا کانت لنار ذنوب فاخذنابها فسمع الله ما قالوا فامر باخراج من کان من اهل القبلة فاخرجوافلمارای الکفارذلك قالواياليتنا كنامسلمين
فنخرج كماخرجو اثم قرا رسول الله صلی الله تعالی علیه و سلم 38
Ərbəindəndir otuz səkkizi bu,
Guş qılgil sidq ilə, ey nikxu.
Ol Səid ibn Əbi Bərdə, ə yar,
Ravisidir bu hədisiŋ guş dar,
Atasından nəql edər ol dəx əyan.
Bu dəxi nəql etdi əz-fəxri-cəhan.
Dedi kim, dedi rəsuli-Kirdigar.
Duzəx içrə cəm’ olanda əhli-nar,
Duzəxə kim girə kafirlər qəmu,
Nə’rəvü zari qılalar subəsu.
Əhli-islamıŋ dəxi asilərin,
Həm bıraxalar damuyə yer-yerin.
Kafir ol gündə müsəlmanə deyə,
Munda siz neçün gəlübsiz söyləyə.
Siz müsəlman idiŋiz pəs, ey əcəb,
Oda yanmağıŋız imdi nə səbəb?
Deyələr kim, biz müsəlmanlar idüq,
Həqq bilir kim, əhli-imanlar idüq.
Aydalar kim, bəs siziŋ imanıŋız,
Əhli-iman söylənən ol namıŋız,
Sizi oddan nişə qurtarmadı bəs?
Sizə ümmid olmadımı heç kəs?
Aydalar biliŋ müsəlmanuz qamu.
Biz, həqiqət, əhli-imanuz qamu.
İşləmişdük leyk biz çox günah,
Həqq qatında olmış idüq rusiyah.
Şimdi bu, anıŋ cəzasıdır bu gün,
Nar əlində olmışüz böylə zəbun.
Munlarıŋ sözin eşidə çün İlah,
Lütf ilə rəhm eyləyə ol padşah.
Malikə əmr edə ol dəm Kirdigar,
Var, cəhənnəmdən iman əhlin çıxar.
Əhli-iman çün cəhənnəmdən çıxa,
Küfr əhli munlara qarşu baxa.
Munlarıŋ çün çıxduğını görələr,
Başlarına əllərilə uralar.
Zarü əfğan edə anda cümləsi,
Qıla bu növə təmənna hər kəsi.
Nola olayduq sizintək biz dəxi,
Olmayayduq ta əbəd biz duzəxi.
Munlar ilə çıxa idüq nardən,
Qurtulayduq böylə ahü zardən.
Uşbu söz bu ayətin təfsiridür,
Kim, buyurmışdur muni ol sözi dürr:
Dostları ilə paylaş: |