ربمایود الذین کفروا لوکانوا مسلمین
İstəyə anlar müsəlman olmağı,
Küfri qoyub əhli-iman olmağı,
Leyk sud etməz çü vəqt ötmişdürür,
Çün imansız dünyədən getmişdürur.
***
Yenə bir axir xəbərdə gəldi bu,
Mustəfadən həm yenə nəql oldı bu.
Ol zəmandə ki ola yövmül-qiyam,
Feliŋ görə cəzasın xassü amm.
Məhşər əhliniŋ içində Cəbrail,
Durmayubən tövf edə der qırx miŋ il.
Hər qulağına irə anıŋ hər zəman,
Bir avaz kim, çağıra daim rəvan.
Deyə ya mənnanü ya mənan dəxi,
Zari-zari edə əhli-duzəxi.
Çağıra ol dəm ayda, ya zülcəlal,
Bu idi virdi dilində mahü sal.
Ümmətimdən ola ol,-dedi,- rəsul,
Söyləyim vəsfini, olmazsaŋ məlul.
Cəbrail çün bu nidayi eşidə,
Mustəfa ilə dilər bir iş edə.
Ərşə seyran edə uçub badi-pər,
Ərşə irəndə sücudə qoya sər.
Deyə, ey qəffarü həyyü zülcəlal,
Vey kərimü padşahi-bimisal.
Qırx miŋ ildür eşidürəm mən yəqin,
Kim, gəlir bir ün cəhənnəmdən həzin.
Deyər ol mənnanü mənnan ol zəman,
Qırx miŋ ildür budurur virdi həman.
Kim, Məhəmməd ümmətinə, ya qəni,
Sən maŋa lütf eylə, bağışla anı.
Ya İlahi, sən bilürsən halımı,
Ol Məhəmməd deyən mənim əhvalımı.
Aramızda necə dostlux vardurur.
Kim, mənimlə neçəsi ol yardurur.
İstərəm ki, ümməti həqqində mən
İşləyəm bir yaxşılıq, ey zülmənən.
Dustluq ta oradə ola əyan,
Razi ola məndən ol fəxri-cəhan.
Sən maŋa bağışla anı, ya İlah,
Əhməd ilə ta ki olam nikxah.
Həqq deyə qıldım səni aŋa şəfi’,
Var, çıxargil, olmasun kimsə məni’.
Ol qulumnı mən saŋa bağışlədim,
Hacətin bu isə, anı işlədim.
Yeri-var Malik yanına bu zəman,
Kim, çıxarsun anı duzəxdən rəvan.
Saŋa dapşursun, apargil cənnətə,
Anı irgür cənnət içrə ne’mətə.
Varə çün Malik yanına Cəbrail,
Ayda, ya Malik, sözümni diŋləgil.
Şol filani Həqq bağışladı maŋa,
Kim, məni ivərdi uş səndin yaŋa.
Şimdi var, anı çıxargil nardən,
Anı qurtargil bu ahü zardən.
Girə Malik çün cəhənnəm içinə,
Araya miŋ il anı dönə-dönə.
Kim, min eldən soŋra çıxa daşxəru,
Ayda Cəbrailə kim, ey səvgülü.
Söyləyə, ya Cəbrail, bilgil əyan,
Ol cəhənnəm əhliniŋ halı yəman.
Cuş edüb qaynar cəhənnəm subəsu,
Daşı qızurmış dəmür nisbət qəmu.
Həm dəmürdə daşə dönmiş bəd əz-in,
Adəmi qızmış dəmür nisbət yəqin.
Gəzdim od içində miŋ ildir təmam,
Anı bula bulmadım iş oldı xam.
Ərşə getdi yenə ol dəm Cəbrail,
Səcdə qıla deyə, ya Rəbbi-cəlil.
Deyə ya cəbbar, Malik ol quli,
Bulmadı gəzdi, keçürdi miŋ ili.
Nerdədür anıŋ məkanı, ey kərim.
Anı bildirgil bizə sən ey rəhim.
Pəs deyə ol fəzli çox Pərvərdigar,
Sən yeri ol malıŋ yanına var.
Ol filan əv ki cəhənnəmdə həman,
Vardurur Malik bilür anı əyan.
Həm ol əv içrə filan çahıŋ yenə,
Malikə söylə ki, varsun qə’rinə.
Ol quyi içrə filan bucaq ki var,
Söyləgil ki, anda dutmuşdur qərar.
Bu sözi çünkim eşidə Cəbrail,
Varə Malik qatdə baəmri-cəlil.
Ayda, ya Malik, təəllül eyləmə,
Var, anı təəmmül eyləmə.
Var, anı oddan çıxargil bu zəman,
Eşidə Malik ola ol dəm rəvan.
Çün varə ol mənzilə anı görə,
Lütf ilə pəs anıŋ əhvalın sorə.
Başi aşağə görə kim, qayğulu,
Cismi əqrəblə, ilandır dopdolu.
Dəxi boynunda anın əğlal ola,
Həm səlasil ilə dəx ənkal ola.
Bir-birindən duta çün Malik anı,
Görə qarə kömür olmış ol təni.
Anı təhrik edə, çün silkə rəvan,
Tökülə əqrəblər, mar ol zəman.
Silkə anı bir dəxi Malik gerü,
Gedə əğlalü səlasil qəmu.
Ol zəmanda baxa Malik yüzinə,
Doldurub həsrət yaşını gözinə.
Ayda Malikə: Yenə gəldin degil,
Gəldügiŋi bilim, sən söyləgil.
Sən qılurmısaŋ mənimçün fəthi-bab,
Yoxsa arturmağamı gəldiŋ əzab.
Dedi qılurmısaŋ əzabımı ziyad,
Qurtarub edərmisəŋ sən məni şad?
Ayda Malik kim, muni mən bilmədim,
Mən saŋa bəlkə özümdən gəlmədim.
Söyləyə kim, Cəbrail istər səni,
Səni aparmağə göndərmiş məni.
Muni deyə, pəs əlin duta həman,
Cəbrail yaninə iltə dər-zəman.
Cəbrail duta əlindən həm yenə,
Pəs gətürə anı ərşin yaninə.
Muni hər kim görərsə söyləyə,
Xəlq içində böylə mə’lum eyləyə.
Aydalar bu, ol kişidir qırx miŋ il
Kim, cəhənnəm içrə ol xarü zəlil.
Oda yanub yürəgi biryan edər,
Sözi ya hənnan, ya mənnan edər.
Ərş yanında qıla bir dəm qərar,
Ola Cəbrail ana munisü yar.
Hörmətü izzət nida edə aŋa,
Ayda, ya qulım, qulağ urgil maŋa.
Mən sizə göndərməmişmidim kəlam,
Sən anı eşitmədiŋmi sübhü şam.
Sizə həm göndərməmişmidim rəsul,
Deməmişmidi sizə fər’ü üsul.
Əmri-mə’ruf etmədimi, söyləgil,
Nəhyi-münkir etmədimi, söyləgil.
Ayda, ya Rəbb, ivərdiŋ cümləsin,
Şərmsarəm, ya İlahülaləmin.
Şum nəfsim zülm qıldı kim, maŋa,
Kim, ibadət edə bilmədim saŋa.
İki ismiŋ hörmətiçün, ey qəni,
Qırx miŋ ildür çağıruram səni.
Çağıruram od içində aŋləyüb,
Dildə, ya mənnanü ya mənan deyüb.
Rəhm edüb bağışla cürmim, ya İlah,
Həzrətiŋdə gərçi oldum rusiyah.
Yarlığadım deyə ol dəmdə qəni,
Cəbrailə həm bağışladım səni.
Çün saŋa qıldı şəfaət Cəbrail,
Səni bağışladım aŋa bəllü bil.
Cəbrail duta əlini dər-zəman,
Anı cənnətdən yaŋa iltə rəvan.
Nəhri-heyvanə varuban qüsl edə,
Duzəxi simasi cismindən gedə.
Cəbrail duta yenə anıŋ əlin,
Mustəfayə iltə ol Ruhüləmin.
Mustəfayə deyə ol dəm Cəbrail,
Səniŋ içün işlədim bu işi bil.
Ol Həsəni-Bəsri imamül-müslimin.
Bu hədisə çün nəzər qıldı yəqin,
Əl götürdi dedi, ya Pərvərdigar,
Yazmış olsaŋ sən məni gər əhli-nar.
Əvvəl kişi qılgil məni sən, ey kərim,
Qırx miŋ il oda yakasan, ey rəhim.
Qırx miŋ ildən sonra rəhm etdin aŋa,
Göndərərsən anı cənnətdən yaŋa.
Rəhmətiŋlə, ya İlahülaləmin,
Nari-duzəxdən bizi qılgil əmin.
Dostları ilə paylaş: |