HəZİNİ “HƏDİSİ-ƏRBƏİN” TƏRCÜMƏSİ



Yüklə 3,06 Mb.
səhifə9/170
tarix07.01.2022
ölçüsü3,06 Mb.
#82669
1   ...   5   6   7   8   9   10   11   12   ...   170
ƏL-HƏDİSÜR-RABE’
من تعلم بابا من العلم ینتفع به فی آخرته ود نیاه اعطاه الله خیرا له

من عمرالد نیا سبعة آلاف سنة صیام نهارها وقیام لیالیها مقبولا غیر مردود 4
Dinlə dördinci hədisi bu zəman,

Əqliŋi cəm’ eylə, ey arami-can.

Dedi İbrahim, eşitdim mən yəqin,

İlqimədən bu hədisi , ey əmin.

Ol dəxi dedi ki, Abdullahdən,

Böylə eşitdim mən, ey xəlqi-həsən.

Dedi: Abdullah ki, dedi Mustəfa,

Sədrü bədri-aləmi-sahibvəfa.

Kim elmdən ögrənə bir bab əgər,

Dininə, dünyasinə nəf’i dəgər.

Dünyanıŋ ömrini Həqq yazar aŋa,

Kim, yedi miŋ ildir, ey əhli-vəfa.

Gündüz oruc, gecəsi qıla nəmaz,

Etmiş ola Xaliqə ərzü niyaz.

Cümləsini qılmış ola Həqq qəbul,

Biri mərdud olmaya, ey pürüsul.

Ol qula anıŋ səvabını kərim,

Yazdurur aŋa qamu Rəbbül-rəhim.


HEKAYƏT
Bir hekayət diŋlə imdi sidq ilə,

Bu hədis ustə gətürəlüm dilə.

Mustəfa dedi kim, elmün şəhri mən,

Qapusidir ol Əliyyi-Bulhəsən.

Çün xaricilər eşitdi bu sözi,

Fikrə batdılar gecəsi, gündüzi.

Pəs Əliyə başladı anlar həsəd,

Bu hədisə bulmaq istərlərdi rədd.

Anlarıŋ ulularından on kişi

Cəm’ olubən danışurlar bu işi.

Dedilər muŋa soralum bir sual,

Hər birimiz ayru-ayru bir məcal.

Cümləmizə gər verürsə bir cəvab,

Pəs olur işi Əliniŋ nasəvab.

Yoxsa hər birimizə bir növ ilə,

Ol cəvab edüb bizi razi qıla,

Mustəfa dedügi kimi ol Əli,

Pəs qapusi ola elmiŋ ol vəli.

Gəldi anlarıŋ biri qıldı sual,

Ya Əli, der, elm yegmi, yoxsa mal?

Dedi: Maldan elm əfzəldir, yəqin,

Elmi əfzəl bilməgiŋ yegdir həmin.

Dedi: Yegligi nədəndir, söyləgil,

Gəl dil ilən anı təqrir eyləgil.

Dedi: Elm oldı mirasi-ənbiya,

Mali-Qarundən qalıpdır bivəfa.

Həm Haman, qərdaşı Şəddaddandurur,

Dəxi ol Fironi-bidaddandurur.

Ol bu söz ilə rucü etdi rəvan,

Gəldi ikincisi anda ol zəman.

Ol dəxi anciləyin qıldı sual,

Dedi: Elm əfzəlmi olur, yoxsa mal?

Dedi: Elm əfzəldürür maldan həman.

Dedi kim, nədir dəliliŋ, qıl bəyan.

Dedi: Sən malə olursan pasiban,

Elm saŋa pasibandır, bil əyan.

Bu cəvabı aldı, getdi ol dəxi,

Gəldi üçüncisi ol dəm, ey əxi.

Anlarıŋtək ol dəxi qıldı xitab

Elm əfzəldir,-deyü verdi cəvab.

Der: Dəliliŋ bu sözə nədir,degil,

Sən muni təqrir ilən şərh eyləgil.

Der Əli: Maldar olanıŋ dünyədə,

Çox olur düşmani, bilgil, ey dədə.

Çox olur dünyədə elm əhlinə yar,

Kim görərsə, özinə ol dust dutar.

Getdi ol, dördincisi gəldi rəvan,

Sordı ol dəx anlarıŋtək dər-zəman.

Dedi ki, elm ilə maldan söyləgil,

Xansısı əfzəldürür, şərh eyləgil.

Elm əfzəldürür,-dedi, sən dutma şəkk,

Pəs ki maldan elmi yeg bilmək gərək.

Dedi ki, nədir dəliliŋ bu sözə,

Anı bildir, tez əyan eylə bizə.

Dedi: Maldan vericək nöqsan olur,

Verdüginə sahibi peşman olur.

Necə kim elmi təsərrüf etsələr,

Qarşu artar, xub olur, ey mö’təbər.

Getdi ol dəx ol cəvab ilə o dəm,

Gəldi beşincisi dəxi sordı həm.

Söylədi kim, elm ilə mal, ey Əli,

Xansı əfzəldir, cəvab et, ey vəli.

Der Əli kim, elm maldan yeg olur,

Əqli olan bu sözüŋ rəmzin bilür.

Ol dəxi aydır: Dəliliŋ söyləgil,

Yegligiŋi bizə mə’lum eyləgil.

Der Əli: Bu sözə istərsəŋ dəlil,

Mal yığanı daim oxurlar bəxil.

Elm əyəsinə vəli derlər kərim,

Daim aŋa qədr edərlər, bil əzim.

Getdi ol dəx ol cəvab ilə təmam,

Gəldi altıncısı sordı, ey hümam.

Anlarıŋtək verdi aŋa dəx cəvab.

Dedi ki, göstər dəlili-basəvab.

Dedi: Malı daim oğrı aparur,

Mal gedicək əyəsi məhrum qalur.

Oğrı əsla elmə heç kar eyləməz,

Elm əyəsi oğrılardan qəm yeməz.

Getdi, ol yedincisi gəldi, durar,

Elm yegdir, yoxsa mal,-deyü sorar.

Dedi: Yegdir, elmi yeg bilmək yəqin,

Elmi yeg bilməkligiŋ yegdir həmin.

Dedi: Bu sözə dəlil göstər maŋa,

Ta ki mən varam işümə basəfa.

Der Əli: Məhşər güni mal yığanıŋ,

Cümlə istərlər hesabını anıŋ.

Elm əhli neçəyə olur şəfi’.

Neçələrin mənzilin eylər rəfi’.

Gəldi səkizinci çünki getdi ol,

Ol dəxi sordı yenə, ey pürüsul.

Elm əfzəlmi olur,-der, yoxsa mal?

Der Əli ki, elm yegdir, etmə qal.

Dedi: Göstərgil dəlil, eylə təmyiz,

Anı eşidüb gedəm mən tez-tez.

Dedi: Dursa mal bir neçə zəman,

Çüriyüb təbdil olur, bilgil əyan.

Çüriməz elm, əbtər olmaz, bəllü bil,

Ol əgər durarsa neçə yüz miŋ yil.

Getdi ol, gəldi doquzıncı rəvan,

Ya Əli,-der eyləgil bu dəm bəyan.

Elm, malıŋ xansısı əfzəldürür?

Eylə təfzil bu maŋa mücməldürür.

Elm yegdürür,- dedi,-maldan laməhal,

Malı yeg bilməkligə yoxdur mühal.

Der: Dəliliŋ varmıdır, söylə maŋa,

Ta ki mən candan müti’ olam saŋa.

Dedi: Mal qəlbi qəra eylər,yəqin,

Dilləri pürnur edər elm, ey əmin.

Getdi ol, gəldi onuncisi rəvan,

Anlarıŋtək sordı ol dəxi həman.

Dedi kim, elm ilə maldan ver cəvab,

Xansı əfzəldir, cəvab et basəvab.

Elm əfzəldir,- dedi,- aŋa Əli,

Der: Dəliliŋ varmıdır? Aydır: Bəli.

Mallu olan kişi köŋli ulalur,

Həm rübubiyyətdən ol də'vi qılur.

Əhli-elm olur təvazödə müdam,

Verdi anlarıŋ cəvabını təmam.

Anlarə dedi Əli: Ey mərdüman,

Biliŋiz kim, ömrüm olduxca həman,

Sorsaŋız bu növ ilə hər külli-bab,

Hər-biriŋizə verürəm mən cəvab.

Çünki anlar muni böylə bildilər,

Cümləsi durub imanə gəldilər.

Əhli-elmiŋ hörmətinə, ey Xuda,

Binəsib etmə bizi, yövmül-cəza.






Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   170




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin