|
|
səhifə | 104/170 | tarix | 07.01.2022 | ölçüsü | 3,06 Mb. | | #82669 |
| On birinci hədisdə belə bir fikir aşılanır ki, kim Allah yolunda bir şey bağışlasa, Yaradan ona əlli əvəzini verər.
On ikinci hədis iman haqqındadır. Burada deyilir ki, iman sahibi olan kəs cəhənnəm əzabından qurtulur.
On üçüncü hədisin məzmununa görə hər bir insan qəbirdə rahat uyumaq üçün bu dünyanı yox, axirəti düşünməlidir.
On dördcü hədisdə belə bir fikir vurğulanır ki, bu dünyada pis, ya yaxşı əməl sahibi axirətdə hökmən onun sorğu – hesabını çəkəcəkdir.
On beşinci hədisə görə hər bir kəsin bu dünyadakı əməlləri ölüsünə bəlli olur.
On altıncı hədis “İxlas” surəsini oxumağın faydası haqqındadır. Hədisdə deyilir ki, kim bu surəni on dəfə sidqlə oxusa, heç bir günaha batmaz.
On yeddinci hədis bəla və möhnətə səbir edən bəndələr haqqındadır. Hədisin məzmununa görə Allah belə bəndələrinə lütfünü əsirgəməz.
On səkkizinci hədisdə insanlarla müqayisədə mələklərdə imanın daha çox olması vurqulanır.
Dostları ilə paylaş: |
|
|