Anca - qədər, bu qədər, bu cür, belə,beləcə:
Anca qıldı ol zəman fəryadü zar.
Cümlə ağladı mələklər biqərar ( ) Öncə qeyd edək ki, bu söz tərcümənin hər iki nüsxəsində yanlış olaraq اینحه (incə) şəklində yazılmışdır ( 21a; 38b). Görünür, katiblər bu qədim sözün mənasını bilmədikləri üçün onu bu şəkildə köçürmüşlər.
"Anca" türk dillərinin əski qatlarını əks etdirən leksik vahidlərindəndir: qədim türk mətnlərində (bax : 70,43), Qütbün "Xosrov və Şirin" tərcüməsində ( 75 , 242) qeydə alınmışdır. Bu söz Azərbaycan yazılı abidələrindən Nəsimi divanında (39, 49), Mustafa Zərinin "Yusif və Züleyxa" məsnəvisində (41,220), eləcə də Şirazinin "Gülşəni - raz" tərcüməsində (49,107) işlənmişdir. Qeyd edək ki, Mustafa Zəririn məsnəvisinin Bakı nəşrinin sonunda verilən əski türk sözləri lüğətinə "anca" sözü daxil edilməmişdir. V. Radlov bu leksemi "ança" şəklində qeydə almışdır (80, 241).