Anı ergür cənnət içrə nemətə. "Ergürmək" sözü yalnız Bursa nüsxəsində təkcə bu beytdə işlənmişdir. Qədim türk sözlərindən olan "ergürmək" Mahmud Qaşğarinin lüğətində qeydə alınmışdır (70,177). Bu sözə Azərbaycan yazılı abidələrindən Suli Fəqihin "Yusif və Züleyxa" məsnəvisində də rast gəlirik. Qeyd edək ki, məsnəvinin Bakı nəşrində bu söz "irkürmək" (irkürən) kimi verilmiş (29,11) və kitabdakı türk sözləri lüğətinə daxil edilməmişdir. Onu da qeyd edək ki, fikrimizcə, "ergürmək" feli "ermək"/ "irmək" (çatmaq, yetişmək) felindən düzəlmişdir.
Gəzləmək- oxu yaya qoymaq:
Bağladı xoş, uz atuban gizlədi Bu felin kökündə dayanan “gəz” ismi (oxun kiriş girəcək yeri) Şirazinin “Gülşəni-raz” tərcüməsi”ndə işlənmişdir. (). “Gəzləmək” felinə isə bizə məlum qaynaqlarda rast gəlmirik.