Tana qalmaq- heyrətlənmək, bərk təəccüblənmək:
Qissəni ərz etdi ol xatun,
Eşidüb sərrafanı, qaldı tana...
“Götürüb uçdı rəvan, suyi-həva,
Gördi İrrahim anı, qaldı tana". Qeyd edək li, birinci nümunə tərcümənin Bursa nüxsəsində yoxdur. İkinci nümunə isə hər iki nüsxədə olsa da, "tana" sözünün ilk hərfi Bakı nüsxəsində ط (ta) hərfi ilə yazılmış, Bursa nüsxəsinin katibi isə onu د (dal) hərfi ilə yazmışdır: "qaldı dana". Bu frazeoloji birləşmənin birinci- isim hissəsi "tan" istər türk dillərinin əski qatlarını əks etdirən məşhur qaynaqlarda (bax:70, 532), istərsə də orta çağlara aid yazılı abidələrdə (198;76,110) "heyrət", "təəccüb" mənalarında işləmişdir. "Tana qalmaq" birləşməsinə XV əsr Azərbaycan tərcümə abidəsi "Əsrarnamə"də də rast gəlirik (50,100). Maraqlıdır ki, bu ifadə dilimizin Qazax şivəsində "dona qalmaq" şəklində eyni mənada işlənir ( 57,155).
Rəhmət xanilə anı toylədim. Bu fel qədim türk mətnlərində "ziyafət," "şülən," "şadlıq məclisi" mənasında işlənmiş "toy" ismindən düzəlmişdir (bax: 70, 572). "Toylamaq" sözü Azərbaycan yazılı abidələrindən "Dastani-Əhməd Hərami"də (16, 57), Süli Fəqihin və Mustafa Zəririn "Yusif və Züleyxa"məsnəvilərində (29 ,28;41,307) işlənmişdır.