HEKAYƏTİ-ÜXRA
Bu hədisin ravisi, ey mötəbər,
Bil ki, Siddiqdəndürür aŋla xəbər.
Gör ki, islaminə nə düşdi səbəb,
Sən muni bilməkligə eylə tələb.
Tacir idi, Şamə getmişdi məgər,
Gecə yaturkən nagah bir düş görər.
Görər uyxusində ki, şəmsü qəmər,
İkisi dəx daməni altda girər.
Alur anları əlinə ol zəman,
Köksinə basar oluban mehriban.
Həm ridasını olarə geydürər,
Oyanur ol dəmdə uyxudən durər.
Durdı yerindən səbahi ol əziz,
Bir müəbbir istədi edə təmyiz.
Bir kişiyə vaqiəsin söylədi,
Bu düşin tə’birini buyur, dedi.
Söylədi rahib: Nə yerlüsən özüŋ?
Həm qəbilən dəxi kimdürür sənüŋ?
Söylədi kim, Məkkədir yerim əyan,
Həm Bəni-Haşimidən bəllü-bəyan.
Sənətiŋ nədir dedi şimdi bu dəm?
Dedi: Tacirlikdir işim dəmbədəm.
Pəs dedi: Çıxar zəmanıŋda səniŋ,
Bir kişi, adı Məhəmməddir anıŋ.
Bil ki, Haşimidən qopar ol sərvəri,
Ol olur axirzəman peyğəmbəri.
Olmasaydı ol, yaratmazdı Xuda,
Ərşü kürsi, həm dəxi ərzü səma.
Nə peyğəmbər yaradurdı, nə mələk,
Ənbiyanıŋ seyyididür, dutma şəkk.
Sən girərsən dininə anıŋ yəqin,
Həm vəzir olursəŋ aŋa, ey əmin.
Həm xəlifəsi olursəŋ sən anıŋ,
Vaqiəniŋ tə’biri uşbudur səniŋ.
Mən anıŋ vəsfini Tövratdə əyan,
Dəxi İncilü Zəbur içrə bəyan
Görmişəm, aŋa gətürmişəm iman,
Uş anıŋ dinindəyəm uşbu zəman.
Qorxaram nəsranilərdən leyk mən,
Örnəmişəm islamı, bil şimdi sən.
Çünki bu sözi eşitdi ol ulu,
Qəlbi nərm oldivü nur oldı dolu.
Oldı müştaq ol rəsuli görməgə,
Ta əvərdi xizmətinə irməgə.
Məkkəyə çün gəldi Siddiq ol zəman,
Mustəfayi istədi, dapdı rəvan.
Oldı görgəc yüziniŋ şövqi ziyad,
Gün gələ mehri olurdı izdiyad.
Eyləməzdi ansızın bir dəm qərar,
Keçdi munuŋ üstə bir qaç ruzigar.
Pəs Məhəmməd söylədi bir gün aŋa,
Munca kim gəlüb gedərsəŋ sən maŋa.
Munca kim söhbət qılursaŋ, ey əcəb,
Sən müsəlman olmaduğıŋ nə səbəb?
Nişə bilməzsəŋ məni sən Həqq rəsul,
Yanıma sən kim gəlürsəŋ böylə bol.
Dedi: Sən olsaŋ nəbi, ey paki-zat,
Səndən, əlbəttə, gərək bir mö’cüzat.
Söylədi yetməzmi bu mö’cüz saŋa,
Şamdə gördüŋ vaqiə, ey xubliqa.
Anı tə’bir eylədi rahib əyan,
Dedi ki, aŋa gətürmişəm iman.
Çünki bu sözi eşitdi ol yəqin,
Durdı xoş iman gətürdi bəd əz-in.
Söylədi ol dəmdə kim, birdir Xuda,
Sən rəsulisəŋ aŋıŋ, ya Mustəfa.
Əvvəl iman ol gətürdi Əhmədə,
Ər kişilərdən yəqin bil, ey dədə.
Leyk övrətlərdən imanə gələn
Əvvəl Xədicə idi yəqin bil muni sən.
Hörmətinə anlarıŋ sən, ey Xuda,
Ayırma anlardən bizi yövmül-cəza.
Dostları ilə paylaş: |