Rusiyah olmaq: "Bilməyüb mən işləmişəm bir günah, Həzrətində həqqin olumrusiyah". Müasir ədəbi dilimizdə bu ifadənin əvəzində fars mənşəli mürəkkəb روسیاه sözünün türkcə qarşılığı olan "üzüqara" tərkibinin iştirakı ilə düzəlmiş "üzü qara olmaq" sabit söz birləşməsi işlənir. Bu beytdə də Həzini daha bir sabit söz birləşməsindən ("günah işlətmək") istifadə etmişdir ki,sonuncu heç bir dəyişiksiz müasir ədəbi dilimizdə də işlənir. Yeri gəlmişkən qeyd edək ki, Həzini "işlətmək" felinin iştirakı ilə düzəlmiş daha bir frazeoloji vahid işlətmişdir: "Ya İlahül-aləmin, lütfişləgil, Anların suçin mana bağışlagil". Bu ifadə müasir ədəbi dilimizdə "lütf etmək (qılmaq, göstərmək)" şəklində işlənir.