ƏL-HƏDİSÜS-SAMİN
یجلس علی کل باب من المسجد یوم الجمعة سبعون ملکایکتبون الناس باسمایهم 8
Ey əzizim, cəm’ qılgil əqlü huş,
Gəl səkkizinci hədisi eylə guş.
Ol Əli ibn Əbi Talib yəqin,
Dedi eşitdim rəsuldən, ey əmin.
Cümə güni dedi çün bang verilə,
Məscidə ol dəm cəmaət derilə.
Bir qapusində anıŋ yetmiş mələk,
Gəlübən andə oturur, dutma şəkk.
Gözədürlər məscidə varanləri,
Adlu adilə yazarlar anləri.
Bir kişi gəlsə nəmazə, ey hümam,
Minbər üstə oturan dəmdə imam.
Olmaz ol güniŋ əcrindən qəlil,
Muni Əhməd buyurupdur böylə bil.
Oldurur əcri anıŋ kim aŋladıŋ,
Anı altıncı hədisdə diŋlədiŋ.
İki cümə arasında hər xəta
İşləsə, cümə kəffarətdir aŋa.
Çünki muni aŋladıŋ, ey mötəbər,
Diŋlə imdi verim bir dəx xəbər.
Dedi Allah: Ya məlaiklər, biliŋ,
Bu işi siz cəm’iŋiz mə’lum qılıŋ.
Yer yüzində yaraduram mən yəqin,
Bir xəlifə kim, ola anda əmin.
Pəs mələklər dedi kim, ey zülmənən,
Yer yüzində yaradırsaŋ nişə sən,
Bir güruhi kim, fəsad əhli ola?
Yer yüzində qan töküb üsyan qıla?
Biz saŋa təsbihü təhlil edərüz,
Dəxi təqdis ilə təclil edərüz.
Sən yaratma ol güruhi, ey qəni,
Biz yetərüz birləməkligə səni.
Xəşmə gəldi nagəhan ol fərdi-Rəbb,
Eylədi ol dəmdə anlarə qəzəb.
Dedi: Siz mən bildigim bilməzsiŋiz,
Söləmiŋ pəs, şimdi durun dipdiŋiz.
Pəs mələklər qorxusından ol zəman,
Yeddi kəz ərşi təvaf etdi rəvan.
Həqq-təala anlarə əmr eylədi,
Yer yüzində siz bir əv yapıŋ dedi.
Adəmiŋ oğlanları qılsa xəta,
Yeddi kərrə ol təvaf etsün aŋa.
Cürmini əfv eyləyəm ta anlarıŋ,
Çizginüb ana təvaf edənləriŋ.
Pəs Xudanıŋ buyruğıni dutdılar,
Yer yüzində Kəbə bünyad etdilər.
Çün nübüvvət Nuhə yetdi, ey ulu,
Dutmış idi aləmi kafir qamu.
Nuh Həqdən dilədi, qopdı tufan,
Həqq götürdi anı suyi-asiman.
Vardı dördünci gögə, qıldı qərar,
Ol məkanda dur dedi Pərvərdigar.
Beytül-mə’mur oldı pəs adı anıŋ,
Adına layiq bu bünyadı anıŋ.
Həqq yaratdı bir minarə ol zəman,
Beytül-məmurun yanında, ey cəvan.
Ol minarəniŋ uzunlığı yəqin,
Beş yüz illik yoldur, bilgil həmin.
Çünki muni bildin, imdi diŋlə sən,
Köŋliŋi cəm’ eylə, yaxşı aŋlə sən.
Çünki cümə güni ola, Cəbrail
Ol minarə üstə çıxar, bəllü bil.
Bir uca avaz ilə oxur əzan,
Cəm’ olur anda məlaik ol zəman.
Minbəriŋ üstinə İsrafil enə,
Pəs çıxub xütbə oxur dönə-dönə.
Həm Mikail olur anlarə imam.
Pəs sələvatə durub eylərlər qiyam.
Çün nəmazdən kim olur anlar fərağ,
Diŋlə imdi kim, nə derlər, dut qulağ.
Ol zəmandə Cəbrail eylər xitab,
Pəs der kim, nədir əcrü səvab.
Bu əzandən hasil oldısa maŋa,
Mən bağışladım bəeşqi-Mustəfa,
Yer yüzində oxuyanlərə əzan.
Pəs yenə sən diŋlə imdi bu zəman.
Söylər İsrafil xütbəlixdən maŋa,
Hasil olsa nə qədər fəzlü əta.
Yer yüzindəki xətiblərə qamu,
Dedigim bağışladım mən, ey ulu.
Pəs Mikail der imamətdən Xuda
Nə qədər əcrü əta yazar maŋa.
Cümə günində olanlarə imam
Der bağışladım olarə vəssəlam.
Pəs der cümlə məlaik basəvab,
Nə qədər bu cümədən əcrü səvab.
Bizə hasil olsa, biliŋ bu zəman,
Biz qamu bağışlaruz anı əyan.
Cümə güni kim imam ilə bilə,
Ol gəlüb cümə namazı qıla,
Uşbu dedügim qamu əcrü səvab,
Diŋlədügüŋ bu sual ilə cəvab,
Uş Məhəmməd ümmətiniŋdir qamu,
Qeyrinə yoxdur nəsib, bil, ey əmu.
Şükr dərgahıŋa kim, ey dadgər,
Bizi qıldıŋ ümməti-xüyrül-bəşər.
Ol məlaik hörmətinə, ya İlah,
Qılma məhşərdə bizi sən rusiyah.
Dostları ilə paylaş: |