HəZİNİ “HƏDİSİ-ƏRBƏİN” TƏRCÜMƏSİ



Yüklə 3,06 Mb.
səhifə24/170
tarix07.01.2022
ölçüsü3,06 Mb.
#82669
1   ...   20   21   22   23   24   25   26   27   ...   170
SİFƏTİ-CƏHƏNNƏM
Şimdi layiq budurur, ey mötəbər,

Söyləyəm bu dəm cəhənnəmdən xəbər.

İstima’ eylə ikisin dəx, ə yar,

İstəgil, xansın qılursaŋ ixtiyar.

Ol Ənəs kim İbn Malik dedilər.

Bizə andan böylə irişdi xəbər.

Dedi bu ayət enəndə Mustəfa

Qatı-qatı ağladı ol Muctəba.

Həqq,- dedi,- damuyə və’də eylədi,

Dolduraram mən sizi andən,-dedi.

Ağlar idi Mustəfa, əshabi həm,

Cümləsiniŋ köŋli idi pürələm.

Gərçi əshab ağlar idi zar-zar,

Leyk bilməzlərdi hali aşkar

Kim, nə ayət endiribdür Cəbrail,

Ağlaşurlardı olub heyran-zəlil.

Edəməzdi kimsənə hali sual,

Otururlardı qamu köŋli məlal.

Adətiydi Mustəfanıŋ, ey ulu,

Xatiri olan məhəldə qayğulu,

Fatiməni göricək olurdı şad,

Olur idi xatiri qəmdən azad.

Durdi, getdi Əbdürrəhmən bin Övf,

Fatiməni qıla bu işdən vüquf.

Bir rəvayət Ömərdir dedilər,

Böylədir bəzi rəvayəti-mö’təbər.

Vardı, xoş ikram ilə verdi səlam,

Fatimə aldı səlamını təmam.

Fatimə dedi ki, kimsən, ya bəşər,

Əbdürrəhmənəm,- deyüb verdi xəbər.

Dedi: Mundə nişə gəldiŋ, söyləgil,

Hacətiŋi sən maŋa ərz eyləgil.

Əbdürrəhmən dedi: Ya fəxrün-nisa,

Bilməzəm mən kim, nə duydı Mustəfa?

Bilməzəm nə endürübdür Cəbrail?

Ağlayub göz yaşını eylər səbil.

Fatimə aydır: Gerü dur bu zəman,

Əgnimə rəxtim alayım, ey cəvan.

Ta rəsuliŋ xizmətinə varayım,

Anıŋ əhvalını bir-bir sorayım.

Fatimə çün geydi rəxtin ol zəman,

Nə idi rəxti, eşit qılım bəyan.

Əski şəlmə parəsiydi köŋləgi,

Geydi anı ol xatunlarıŋ bəgi.

Xurma yaprağından ol fəxrün-nisa,

On iki yerdə yamamışdı aŋa.

Əbdürrəhmən gördi bu haldə anı,

Ah qıldı, dərd ilə yandı canı.

Pəs əl urdı ol mübarək başına,

Qərq qıldı çeşmini göz yaşına.

Dedi: Vaveyla, dəriğa, ah-ah,

Dərd ilən halım mənim oldı təbah.

Qeysərü kəsra geyər diba, hərir,

Bu, necə halətdürür, ya dəstgir?!

Mustəfa fərzəndinə, ey zülmənən,

Əski şəlmədən verürsəŋ pirəhən?

On iki yerdə yəma urmış aŋa,

Xurma yaprağından ol fəxrün-nisa.

Çün rəsuliŋ qatda gəldi Fatimə,

Gördi düşmiş Mustəfa qatı qəmə.

Fatimə dedi ki, ya xeyrül-bəşər,

Əbdürrəhmən rəxtimi əcəb deyər.

Ol Xudanıŋ həqqi içün, ya ata,

Kim, səni qıldı cəhanə müqtəda.

Vardurur əvmizdə beş ildir yəqin,

Bil əyan, bir qoç dərisi, ey əmin.

Yem yeyər üstə dəvəmiz gündüzin,

Döşəgimiz gecə dəx oldur həmin.

Yasduğumız bir dəridür həmçinan,

Xurma yaprağıdur içində əyan.

Mustəfa dedi ki, dinmə, ya Ömər,

Fatimə içün qəm yemə, ey mö’təbər.

Etmiş ola Həqq anıŋ şayəd yerin,

Cənnət içrə bagüruhi-sabiqin.

Fatimə gəldi, oturdı ol zəman,

Dedi: Ey Taŋrı həbibi, mehriban.

Nişə böylə ağladıŋ, qatı-qatı?

Bizə mə’lum eyləgil bu hikməti.

Mustəfa dedi aŋa: Ey düxtərim,

Çeşmimiŋ nurivü həm nikəxtərim.

Cəbrail ayət gətürdi bu zəman,

Ol cəhənnəm vəsfini qıldı bəyan

Der ki, damunuŋ yeddi qapusi var,

Hər biriniŋdür əzabı səd həzar.

Dedi Zəhrə: Ya nəbi, sən bu zəman,

Bir qapusi vəsfini eylə bəyan.

Mustəfa dedi ki, bir dəm diŋləgil,

Söyləyim, dutgil qulağıŋ, aŋləgil.

Gör ki, nə vardur, saŋa edim bəyan,

Anıŋ yuxaru qapusında bil əyan.

Var ulu dağlar ki, oddandur qamu,

Sanı yetmiş miŋdürür, ey mahru.

Dəxi yetmiş miŋ dərə oddan yəqin,

Yenə hər dağda vardır səhmgin.

Hər dərə içində yetmiş miŋ dəxi

Şəhr vardır cümlə oddan, ey əxi.

Vardurur hər şəhr içində biqüsur,

Yenə yetmiş miŋ dəxi köşkü qusur.

Vardurur hər qəsr içində, bigüman,

Yenə yetmiş miŋ dəxi oddan əyan.

Vardurur anda bilgil, ya əxi,

Nardən sənduq yetmiş miŋ dəxi.

Var hər sənduq içində bihesab,

Dəxi yetmiş miŋ dəxi oddan əzab.

Hər birisi biri-birindən bətər,

Budurur vəsfi, eşitdiŋ müxtəsər.

Fatimə muni eşitdi dəstinə,

Ah qıldı, düşdi yüzi istinə.

Dedi: Vaveyla aŋa kim, ey rəhim,

Ola anıŋ məskəni nari-cəhim.

Çün cəhənnəm vəsfin eşitdi Ömər,

Ah qıldı yaxubən canü cigər.

Dedi: Nolaydı məni, ey padşah,

Kaş ki bir qoç etmiş idiŋ, ya İlah,

Zibh edübən, ta yeyələrdi məni,

Dağdalardı cümlə ə’zam varini.

Doğmamış olsam noləydi anədən,

Gəlməmiş olsam nolə dünyayə mən.

Ya məni noləydi yemişdi səba,

Qılmayaydım nar zikrin istima’.

Çıxdı Salman, ol zəman aydır maŋa

Zari qılub, eyləyüb vaveyla va.

Ağlayu getdi rəvan suyi-bəqi’,

Qıldı zari anda basövti-rəfi’.

Zari qılur, seyr edər əndər qübur,

Mən nə qılam der idi yövmün-nüşur.

Der: Yüküm ağırdurur, mənzil irağ,

Ol səbəbdən vardurur canımda dağ.

Mənzilim uzağ, azuğəm çün qəlil,

Vay əgər daŋla öləm xurü xəcil.

Var yolumda dürlü-dürlü üqdələr,

Nola halım bilməzəm əndər-səqər.

Böylə deyüb ağlar idi zarü zar,

Gözlərindən yaş tökərdi bişümar.

Ol bu halətdə idi, irdi Bilal,

Dedi: Ya Salman, xəbər ver, noldı hal?

Kim, səni qayğulu gördüm bu zəman,

Munca neçündür, degil ahü fəğan.

Dedi: Vaveyla mənimçün, ya Bilal,

Həm səniŋçün dəxi yenə bu məcal.

Mustəfa verdi cəhənnəmdən xəbər

Kim, anı eşitməsün hərgiz bəşər.

Munda geydügüŋ donlardurur kətan,

Daŋla kim, nari-səqər olur əyan.

Ya Bilal, oddan olursa xəl’ətim,

Nolasıdır, bilməzəm ol halətim.

Dedi ki, veylün maŋavü həm saŋa,

Dut qulağıŋ, ya Bilal, məndin yaŋa.

Gecələrdə xoş-fərağət naz ilə,

Yaturuz döşəkdə yüz miŋ saz ilə,

Övrət ilən xoş müvafiq olubən.

Xoş yaturuz qol boyına salubən.

Daŋla şeytan ilə məqrun oluruz,

Oddan əğlal ilə məğbun oluruz.

Gər olursa suyimiz mai-həmim,

Yeygümiz zəqqumü mavamiz həcim.

Çün eşitdi bu sözi ol dəm Bilal,

Zari qıldı ol dəxi dutdı məlal.

Böylə anlar qılıcaq xövfü xətər,

Sən, əya miskin, özüŋə qıl nəzər.

Fikr qılgil sən ki, əhvalıŋ nədir?!

Gör Xudayə layiq ə’malıŋ nədir?!

Böylə keçərdi olar leylü nəhar,

Sən yatursəŋ xoş-fərağət, xacəvar.

Ya İlahi, fe’limizə baxməgil,

Sən bizi damu odına yaxməgil.

Lütfiŋ ilə qıl nəzər, ey padşah,

Xəşmiŋ odilən bizi qılma təbah.



Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   170




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin