یا ایها الذین آمنوا قوا انفسکم واهلبکم نار اوقودها
الناس و الحجارة علیها ملایکهَ غلاظ شداد لایعصون
الله ما امرهم و یفعلون ما یوَمرون
Qullara eylər xitab ol müstəan
Kim, əya möminlər, eşidiŋ əyan.
Nəfsiŋizlən əhliŋizi der İlah,
Qorxub oddan hifz ediŋ, qılmıŋ günah.
Tutruği adəmdür damunuŋ qamu,
Dəxi daşlardır,-dedi,-ol fərdi-Hu.
Dari-mülklər anıŋ üstində yəqin,
Hər birisidür bəqayət səhmgin.
Asi olmazlar Həqq əmrinə olar,
Kim, qılurlar hər nə der ol dadgər.
Oxıdım bu ayəti çün ol zəman,
Bir ucadan nə’rə urdı nagəhan.
Bir necə hayxırdı, əpsəm oldı pəs,
Gəlmədi heç dəxi andan sonra səs.
Getdim andan yoluma ol dəm rəvan,
Sübh irişdi, aləm oldı çün əyan.
Ol yerə gəldim ki, əhvalı biləm,
Ol nə halətdir, anı mə’lum edəm.
Bir cəmaət oldı, gördüm aşikar,
Ağlaşurlar cümləsi üryanü zar.
Bir əcuzə orada eylər büka,
Gögə dutub yüzini, eylər nida
Kim, o şəxsiŋ anəsi imiş məgər,
Göz yaşını töküb edər növhələr.
Söylər idi ağlayub ol binəva,
Həqq-təala görəyim versün cəza.
Ol kişi kim, oğlum öldürdi mənim,
Odə düşmiş uş yanar canü tənim.
Oğluŋı kim öldürüpdür?-dedilər,
Anıŋ əhvalın bizə vergil xəbər.
Dedi ki, durmışdı, qılurdı nəmaz,
Eylər idi Xaliqə ərzü niyaz.
Bir kişi gecə içində nagəhan,
Oxıdı bu ayəti kim, ol zəman
Kim, içi dolu əzab idi anıŋ,
Möhnətü xövfü iqab idi anıŋ.
Ol xitabi çün eşitdi aşikar,
Düşdi can ismərlədi biixtiyar.
Dedi Mənsur ibn Əmmar ol gecə,
Düşdə gördüm ol cəvani gör necə.
Söylədim ki, Həqq səniŋlə neylədi?
Halını durdı maŋa ərz eylədi.
Dedi: Həqq verdi məratib kim, maŋa
Kim, şəhidi-Bədrə qılmışdı əta.
Bədr günində şəhid olanlara,
Ol səvabi yazmış idi anlara.
Həm məni dəx qıldı anlardan biri,
Aqil isəŋ aŋləgil sən bu sirri.
Mən aŋa sordum yenə ki, nə səbəb,
Həqq saŋa qıldı bu lütfi, ey əcəb?
Dedi ki, anlar şəhid oldı yəqin,
Cümlə kafir qılıcında, ey əmin
Taŋrı şəmşirilə mən oldum şəhid,
Ol səbəbdən ötrü mən oldum səid.
Ver səadət qullarıŋa, ey qəni,
Qılma məhrum axirətdə sən məni.
Dostları ilə paylaş: |