HəZİNİ “HƏDİSİ-ƏRBƏİN” TƏRCÜMƏSİ



Yüklə 3,06 Mb.
səhifə32/170
tarix07.01.2022
ölçüsü3,06 Mb.
#82669
1   ...   28   29   30   31   32   33   34   35   ...   170
ƏL-HƏDİSÜS-SALİS ƏŞƏR
فرأی اناسا یکثرون الکلام فقال اما انکم لواکثرتم ذکرهاذم اللذات لشغلکم عمااری فا کثروا ذکرهاذم اللذات یعنی الموت فان لم یأت علی القبور یوم الا یتکلم بستة کلمات فیقول انا بیت القربة وانابیت الوحدة وانا بیت الوحشة وانابیت الظلمة وانا بیت التراب وانا بیت الدود فاذادفن العبد المومن قال له القبر مرحبا واهلاوسهلاا ما انک کنت لا حب من یمشی علی آخره 13

Ərbəindən on üçünci muni bil,

Qəlbiŋi saf eylə, şimdi guş qıl.

Bu Səiddəndir rəvayət bu xəbər,

Eşq ilə diŋlə muni, ey mö’təbər,

Dedi bir gün ol Məhəmməd Mustəfa,

Məscidə girdi nəgahin basəfa.

Gördi ki, söylər qəmusi yer-yerin,

Cümlə dünya sözinə məşğul həmin.

Söylədi ki, anlərə noldı sizə,

Barı nolmışdurur siziŋ əqliŋizə?

Görərəm bu hal içində mən sizi,

Başdən aparmuşdurur dünya sözi.

“Hadimül-ləzat” ediŋ siz kəlam,

Yə’ni munuŋ zikrin eyliŋ sübhü şam.

Ol aparur cümlə ol ləzzətləri,

Candə qoyar ol yögüş həsrətləri.

Siz həqiqət biliŋiz, ey xassü amm,

Qəbriŋüz söylər sizə hər gün kəlam.

Pəs aydır ki, uş mənəm qürbət əvi,

Yalŋızlıx mənzili, həm vəhşət əvi.

Der mənim adımdurur beytüt-türab,

Həm qurtü quş əvi dəx, ey şəbab.

Dəxi dedi ol Rəsulüllah yenə,

Xansı mömin qul ki, girsə qəbrinə,

Qəbri aŋa der ki, xoş gəldiŋ maŋa,

Mərhəba, hər dəm həzaran mərhəba.

Arxam üstində gəzən dəmlərdə həm,

Həm sevərdim mən səni, ey möhtərəm.

Çün bu gün mehman irişdiŋ sən maŋa,

Nə qıluram şimdi gör mən dəx saŋa?

Çünki arxamdə gəzən dəmlərdə mən,

Razi idim səndən, ey xəlqi-həsən.

Mən dəx əldən gəldügincə bu zəman,

Razi qılam kim, olasəŋ şadman.

Qəbrinə vüs’ət verə anıŋ Xuda,

Göz yetən yerədəkin olur ziya.

Qəbrinə cənnət qapusi açıla,

Hurilər aŋa gələ, munis ola.

Mö’miniŋ sözini bildiŋ, diŋlə sən,

Şimdi kafirlər sözini aŋlə sən.

Qəbrinə çün qoyələr kafirləri,

Nə der qəbri, eşit, ey din əri.

Deyə “la əhlən” saŋa, ya mərhəba,

Ey utanmaz kafiri- əhli-xəta.

Sən gəzən dəmlərdə arxamdə mənim.

Bil yəqin ki, olmış idiŋ düşmənim.

Olmış idiŋ asi çün Allahə sən,

Səndən olmamış idim həm razi mən.

Çünki sən məndin yaŋa gəldiŋ bu dəm,

Gör ki, mən dəxi saŋa şimdi nedəm?

Pəs anıŋ qəbri qavışa ol zəman,

Sındura sümuklərin anıŋ rəvan.

Keçə qaburğələri ol dəm qamu,

Heybətindən bir-birindən arxuru.

Bu hədisi söyləyən dəmdə rəsul,

Gör necə qılmış işarət anda ol.

Bir-birindən əlləriniŋ barmağın

Bil keçürdi ol rəsulül-müttəqin.

Söylədi ol dəm yenə fəxri-cəhan,

Qəbrinə anıŋ gəlür yetmiş ilan.

Yer yüzinə çıxsa gər anıŋ biri,

Dəm urıcax qalmaya kimsə diri.

Yer yüzində bitməyə hərgiz nəbat,

Qalmaya heç nəstə əndər-kainat.

Sanca anı qəbr içində yer-yerin,

Məhşər olınca yəqin bil həmçinin.

Pəs yenə ol fəxri-aləm söylədi,

Bir çəməndir qəbr cənnətdən dedi.

Həm çəməndən dəxi bir hüfrədürür,

Diŋlə bu sözdin muradı kim, nədür.

Qəbri aŋa geŋ olur subəsu,

Hər kimiŋ ki, ola ə’mali əyü,

Qəbri aŋa gülşən olur, ey nikxu.

Hər kimiŋ ki, ola ə’mali yaman,

Qəbri anıŋçün cəhənnəmdir əyan.

Ya İlahi, rəhmət ilə qıl nəzər,

Qəbrimizi eyləmə nari-səqər.



Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   170




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin