HEKAYƏTİ-ÜXRA
Bu hədisiŋ üstinə, ey mö’təbər,
Diŋlə imdi, söyləyim mən bir xəbər.
Dedi ol Əbu Bəkr sölər, bil əyan,
Guş qılgil bir dəm, ey arami-can.
Dedi Osman kim, bin Əffandurur,
Şöhrəti kim, Camei-Qurandurur.
Kim, cəhənnəm vəsfini eşitsə ol,
Ağlamazdı heç olmazdı məlul.
Ya qiyamətdən eşitsə ol xəbər,
Ağlamazdı bil yəqin ol mö’təbər.
Leyk qəbri aŋsələr yanında gər,
Qayğulu olub qılurdı giryələr.
Dedilər kim, ya əmirülmöminin,
Söylə hikmət munda nədir, ey əmin?
Sən cəhənnəm vəsfin eşitsəŋ əgər,
Qəm yeməzsəŋ hərgiz əz-nari-səqər?
Deyələr yaxud saŋa məhşər sözin,
Eşidəndə anı olmazsaŋ həzin?
Aŋsələr qəbr yanuŋdə aşikar,
Kim, sən ağlarsaŋ həman dəm zar-zar.
Söylədi pəs ol əmirülmöminin,
Dedi: Hikmət budurur, ya müslimin,
Ol zəmandə ki, qopar yövmül-qiyam,
Hazır olur anda cümlə xassü amm.
Həm cəhənnəmdə dəxi biliŋ qamu,
Hazır olur anda həp əhli-damu.
Xəlq ilən bilə oluram ol zəman,
Anlarıŋlan oluram yaxşı-yaman.
El ilən olur qamu hər iş ki var,
Pəs anıŋçün olmazam mən zar-zar.
Olmazam qəmgin aŋa, həm sərnigun,
El ilən olan qəra gündür dügün.
Qəbr içində leyk tənha oluram,
Yalŋuzü vəhşət içində qaluram.
Yalquz anda qövmü qərdaşdən irağ,
Vəh nə bir munis var anda, nə çirağ.
Qəbr içində oluram zülmətdə mən,
Əqrəbü ilan ilə vəhşətdə mən.
Qəbr aŋandə mən anıŋçün ağlaram,
Canımı həsrət odilə dağlaram.
Həm yenə miftahi qəbrin bil yəqin,
Olur İsrafil əlində yövmüd-din.
Kim, anı açmaz əli yövmün-nüşur,
Yəni miftahi anıŋdır nəfxüs-sur.
Bu idi anıŋ sözi ki hər zəman,
Siz yəqin biliŋ məni, ey mərdüman.
Hər kimə ki bu cəhan zindan olur,
Qəbri anıŋ rahəti-rizvan olur.
Hər kimiŋ ki dünyə olsa cənnəti,
Qəbri dolar bil əzabü möhnəti.
Kim ki tərk etdisə dünya şöhrətin,
Ol dapar, əlbəttə, üqba dövlətin.
Dedi xeyrün-nas: Öldür dünyəni,
Tərk edə tərk etmədin dünya anı.
Xaliqi görməzdin öŋdin öl həman,
Bu ola fikri anıŋ kim hər zəman,
Həqq rizasin dəmbədəm edə tələb,
Ta ola anıŋ nicatinə səbəb.
Girmədin qəbrini mə’mur eyləyə,
Ta cəhənnəmdən özin dur eyləyə.
Ya İlahi, lütfiŋ ilə qıl mədəd,
Asi qullara sən, ey fərdi-əhəd.
Sən cəhənnəmdən bizi dur eyləgil,
Axirət darində məsrur eyləgil.
Dostları ilə paylaş: |