HEKAYƏTİ-ÜXRA
Bir hekayət diŋlə şimdi can ilə,
Bu hədis üstə gətürəm mən dilə.
Övliyalərdən biri, ey məhliqa,
Sabitül-Bünani derlərdi aŋa.
Adəti bu idi anıŋ, ey əmin,
Kim, şəbi-cümə olıcax ol yəqin,
Gedər idi ol qəbrlərdən yaŋa,
Ta münacat eylər idi ba Xuda.
Uyxu girməzdi gözinə ta səhər,
Ömri bu növ ilə keçərdi məgər.
Adətincə yenə bir gecə dəxi,
Varmış idi məqbərəyə, ey əxi.
Başını qoymışdı dizi üstinə,
Anlarıŋ halını bilmək qəsdinə.
Gördi ki, çıxdı nagah əhli-qübur,
Cümləsiniŋ xatiri xoş, pürhüzur.
Cümləsi əgninə geymiş xoş libas,
Yüzləri ağ, işləri şükrü sipas.
Hər birisiniŋ ögində bir təbəq,
Dolu ne’mətlər içində bu nəsəq.
Ol aradə var idi bir novcəvan,
Bəŋzi saru, işi ah ilən fəğan.
Axıdurdı gözlərindən qan yaş,
Eylər idi ol bu növ ilə məaş.
Sərnigun olmışdı köŋli qayğulu,
Parə-parə sövbi, canı qorxulu.
Nə təbəq vardır ögində, nə təam,
Böylə məğmum oturardı, ey hümam.
Döndi qəbrinə qübur əhli qamu,
Xürrəmü xəndan olub kiçi-ulu.
Bu igit qayıtdı məğbunü həzin,
Sordı Sabit ol igitdən bir kəzin.
Dedi aŋa: Bu, nə halətdir, degil,
Xancərudənsən, maŋa şərh eyləgil.
Munlara gəldi yögüş dürlü təam,
Şadkam olub qayıtdılar təmam.
De, saŋa neçün təbəq gəlməz, əcəb?
Böylə sən məğmun qayıtdıŋ nə səbəb?
Munlarıŋ içində sən zarü həzin,
Səndən özgə cümlə fərah, ey əmin.
Dedi: Diŋlə, ya imamül-müslimin,
Mən qəribəm munlarıŋ içrə yəqin.
Yoxdurur bir kimsənəm, yoxsul-qəni,
Xeyrü ehsan ilə yad edə məni.
Əqrəbası vardur, anları aŋar.
Xeyrü ehsan eyləyüb leylü nəhar.
Kiminiŋ atası var, ya qərdaşi,
Kiminiŋ övladı var, erkək-dişi.
Daima anlarə verürlər təam,
Ya dua ilə aŋarlar sübhü şam.
Munlarə cümə gecəsində gəlür,
Anlar anda hər nə kim ehsan qılur.
Munlarıŋ çün halını bildiŋ əyan,
Pəs mənim halımnı diŋlə bu zəman.
Hacı idim mən, gəlürdüm Kə’bədən,
Həm göturmişdim bilə anamnı mən
Kə’bəyi çünkim təvaf etdük yəqin,
Qayıdub yetdük bu şəhrə, ey əmin.
Burada irdi maŋa hökmi-İlah,
Munda qaldım mən ölüb, ey yüzi mah.
Çünki munda dəfn qıldılar məni,
Diŋləgil sən şimdi anam halını,
Bir kişiyə vardı anam, ey ulu.
Heç məni aŋmadı, qaldım qayğulu.
Çün unutmuşdur, məni yad eyləməz,
Qayğudən bir ləhzə azad eyləməz.
Dedi Sabit: Ya igit, vergil xəbər,
Xandadır anaŋ əvi, ey mö’təbər.
Varuban halını aŋa bildürəm,
Heç səni aŋarmı anaŋ, bir görəm.
Söylədi pəs ol igit ki, ya imam,
Şol filan küçədə olur, bil anam.
Adını verdi, xəbər dəxi əvin,
Gər saŋa inanmasa, ey pakdin,
Bu nişani söyləgil ol dəm aŋa,
Ol nişan ilə inanmasa saŋa,
De ki, yüz misqal gümiş vermiş saŋa,
Ol atasından miras olmış aŋa.
Şöylə həqqimdir, maŋa versün anı,
Qılmasun qəbr içrə zarinci məni.
Dedi Sabit, vardım anı istədim,
Dapdum anı, oğlınıŋ halın dedim.
Çün eşitdi, düşdi övrət biqərar,
Durdı ağladı rəvan ol zar-zar.
Sabitə dapşurdi ağçəni rəvan,
Der: Vəkil etdim səni muŋa əyan.
Bəxş qıl muni fəqirü miskinə.
Kim muni vergilən oğlum xeyrinə.
Aldı Sabit çün ulaşdırdı anı,
Oğlanıŋ xeyrinə, ey canım canı.
Oldı çün cümə gecəsi, ey hümam,
Məqbərəyə getdi yenə ol hümam.
Vardı anda çox münacat eylədi,
Ol Xudayə ərzü hacat eylədi.
Bir zəmandan soŋra gördi ol ulu,
Çıxdı qəbr əhli nəgahin subəsu,
Yüzi nurlu, başı qalxu, köŋli şad,
Olmış idi cümlə qayğudən azad.
Dedi ol dəm: Ya imamül-müslimin,
Saŋa rəhm etsün İlahülaləmin.
Halımı gördüŋ mənim, rəhm eylədiŋ,
Mən zəifi lütfiŋ ilə toylədiŋ.
Oldı məlum pəs bu işdən ol ulu,
Yavuz işdən meyyit olur qayğulu.
Xeyrü ehsan edicək şad olur,
Dillərində şadlıq bünyad olur.
Dostları ilə paylaş: |