HəZİNİ “HƏDİSİ-ƏRBƏİN” TƏRCÜMƏSİ



Yüklə 3,06 Mb.
səhifə46/170
tarix07.01.2022
ölçüsü3,06 Mb.
#82669
1   ...   42   43   44   45   46   47   48   49   ...   170
ƏL-HƏDİSÜT-TASE’ ƏŞƏR
عن علی ابن ابی طالب کرم الله وجه قال بینهما نحن مع رسول الله صلی الله تعالی علیه و سلم فی اول الاسلام اذا ورد علینا رجل علی ناقة وقد اثر السیر فیه وفیها وبان علیه غشاء السفر فوقف علینا فقال ایکم محمد فاومینا الی النبی علیه السلام فقال یامحمد اتعرض علی ماامرك ربک او اشرض علیک ماامرنی به صنمی فقال له النبی علیه السلام بل اخبرک بما امرنی به ربی قال فعرض النبی علیه السلام فقال نبي الاسلام علی خمس مع شرایَط ثم قال یامحمد اناغسان بن مالك العامری 19

On doquzıncı hədisdir bu səhih,

Həm Əlidəndir rəvayət bu sərih.

Dedi ki, bir gün rəsulüllah ilə,

Otururduq cümlə yanında bilə.

Dini-islam yeŋlə olmışdı zühur,

Aləmə yayılmamışdı uşbu nur.

Kim ki gəlmişdi imanə sidq ilə,

Otururlardı rəsulüllah ilə.

Bir kişi oldı nəgahin aşikar.

Bir cəmazə mayəyə olmış səvar.

Azmiş idi həm dəvəsi, həm özi,

Toza bulaşmış idi yüzi-gözi.

Bildük anı biz iraxdan gəldügin,

Bilmədük anı biz axdan (?) gəldügin.

Yanimizdə çünki durdı bir zəman,

Sözə gəldi bə'd əz-in, açdı zəban.

Pəs dedi kim, siz maŋa doğru deyiŋ

Kim, Məhəmməd xansıŋızdır, söyləyiŋ.

Uş mənəm,-dedi,- Məhəmməd, bəllü bil,

Məndə nədir hacətiŋ, ərz eyləgil.

Söylədi ki, sənmi eylərsən bəyan,

Taŋrınıŋ əmrin maŋa uşbu zəman.

Yoxsa mən bütlər sözini söyləyim,

Nə buyurmışdır maŋa, ərz eyləyim.

Dedi peyğəmbər aŋa kim, ya igit,

Mən deyim Taŋrınıŋ əmrin, sən eşit.

Şərti-imanı bəyan etdi rəsul,

Rükni-islami, füru'ü həm üsul.

Çün təmam etdi sözini Mustəfa

Dedi kim, sən dəx bəyan etgil maŋa.

Nə buyurmışdır sana büt, ya əxi,

Cümləsin şərh eylə bir-bir sən dəxi.

Diŋlə,-dedi,- ya rəsul, mən söyləyim,

Sərgüzəştimi saŋa şərh eyləyim.

Bil ki, Qəssan ibn Malikdir adım,

Amiri qövmindənəm, doğru dedim.

Vardurur bir xacımız bizim ulu,

Qızıl-altundan mürəssə'dür dolu.

Həm aŋa qonmışdurur lə'lü göhər,

Bütlər içrə yoxdur andan mö'təbər.

Hər rəcəb ayında adətdir bizə,

Hər çi var, ulu-kiçi cümləmizə,

Eylərüz hər yildə bir qurban aŋa,

Bizdə adət böylədir öŋdin soŋa.

Qarşusində səcdə qılıb, yer öpüp,

Dürlü hacət dilərüz aŋa tapup.

Ya rəsul, çün böylə bildin bu işi,

Adı Üssam bizdə vardır bir kişi.

Vardı bir gün eylədi qurban aŋa,

Həm dapu qıldı bir az andan yaŋa.

Dedi, qurban eylədim çünkim rəvan,

Büt içindən bir avaz oldı əyan.

Dedi, ey Üssam,iman oldı zühur,

Getdi zülmət, aşkarə oldı nur.

Kafirüŋ qanı döküldi bişümar,

Küfr əhli cümlə oldı tarümar.

Dini-islam zahir oldı uşbu gün,

Bəlkə oldı cümlə bütlər sərnigun,

Gün Üssam eşitdi bütdən bu sözi.

Nə’rə urdı, yaş ilə doldi gözi.

Gəldi, bizə halını verdi xəbər.

Oldı köŋli cümləniŋ zirü zəbər.

Bir neçə gündən eşitdük nagəhan,

Məkkədə bir kimsə olmışdır əyan.

Dedilər, eylər nübüvvət də'visin,

Ənbiyanıŋ xatəmiəm der yəqin.

Bir neçə gün keçdi munuŋ üstinə.

Tarüq adlu bir kişi vardı yenə.

Vardı, anda yenə qurban eylədi,

Qıldı səcdə, dürlü ehsan eylədi.

Büt içindən gəldi yenə bir avaz,

Dedi kim, ya Tarüq, oldi iş diraz.

Göndərildi doğru peyğəmbər bu gün,

Ta ki xəlq içində ola rəhnəmun.

Vəhy göndərmişdir aŋa ol cəlil,

Hamili-vəhyidür anıŋ Cəbrail.

Bu sözi Tarüq eşitdi anda çün,

Zari qıldı, qayğulu oldı zəbun.

Gəldi, bizə anı mə'lum eylədi,

Hər nə söz kim, büt demişdi, söylədi.

Həm sənin çavıŋ dəxi çıxdı qəvi,

Dedilər kim, çıxdı şahi-mə'nəvi.

Kim dedi doğrudur, kimi yalan.

Bir- iki gün böylə keçdi, bil əyan.

Mən dəxi durdum yenə, ya Mustəfa,

Adətimcə eylədim qurban aŋa.

Çünki mən qurbanı kəsdim ol zəman,

Oldı bir avaz həm andan əyan.

Bir uca avaz ilə dedi sərih,

Dilə gəldi,söylədi rövşən,fəsih.

Dedi, ya Qəssan, həqq oldı zühur,

Aşikar oldu aləm içrə nur.

Həqq nəbi gəldi cəhanə uşbu gün,

Haşimidür, Məkkədəndür,rəhnəmun.

Dostları anıŋ səlamətliq görə,

Düşməninə çox nədamətlər irə.

Ola dünyadə hidayət pişəsi,

Dinə də'vət ola həp əndişəsi.

Ol şəfi’ ola qiyamətdə yenə,

Əvvəl-axir cümlə iman əhlinə.

Muni dedi, qopdi, yerdən ol zəman,

Düşdi yerə sərnigun ol nagəhan.

Böylə görgəc durdum ol dəm biqərar,

Bir dəvəniŋ üstinə oldum səvar.

Munca zəhmətlər çəküb gəldim saŋa,

Sərgüzəştim uşbudur, ya Mustəfa.

Çün rəsulüllah bu sözi qıldı guş,

Xoş təalallah deyüb qıldı xüruş.

Dedi Qəssan: Ya Məhəmməd, uşbu dəm,

Bir sözüm var, leyk dəstur istərəm.

Üç beyt mədh etmişəm dedi sana,

Dilərəm ki, söyləyəm, ya Mustəfa.

Verdi peyğəmbər icazət ol zəman,

Dedi üc beyti ərəbcə xoş-əyan.

Pəs aŋa imani ərz etdi rəsul,

Durdi sidq ilə məsəlman oldı ol.



Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   170




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin