Şe’r
اسرع سیرنا فی طلب محمد بسهل وحزن وبلاد من الرمّل
لانصرخیرالناس نصراً موَزراً واعقد حبلاً من حبالک فی حبلی واشهد ان الله حق وجدا اد ین به ما اذقلت قد می نعلی HEKAYƏTİ-ÜXRA
Çünki muni böylə bildiŋ, ey əxi,
Diŋlə imdi sidq ilə bir söz dəxi.
Kimlər idi ol imanə gələn,
Diŋlə bir-bir söyləyim təqrir ilən.
Çünki vəhy endi rəsulə,bil yəqin,
Gəldi imanə Xədicə bəd əz-in.
Andan əvvəl ol Əbuzər bixəfa,
Gəldi andan ol Əliyyül-Mürtəza.
Bir kənizək gəldi andan,ey hümam,
Diŋlər isən, söyləyim anı bənam.
Dürr idi anıŋ adı sən bəllü bil,
Həmzəniŋ cariyəsiydi aŋləgil.
Gəldi Cə'fəri-Təyyar bə'd əz-an,
Soŋra andan həm Züheyr idi əyan.
Pəs Zübeyr imanə gəldi həm yenə,
On kişidir ki,bular gəldi dinə
Pəs Übeydə ibn Cərrah, ey əxi,
Gəldi andan sonra həm Təlhə dəxi.
Pəs Übeydə ibn Cərrah, ey əxi,
Gəldi andan sonra həm Təlhə dəxi.
Çün bular imanə gəldilər böylə,
Bir neçə gün gəzdilər seyyid ilə.
Qılmadılar kafir içrə aşikar,
Böylə keçdi bunlarıŋla ruzigar.
Bə'd əz-an həzrətdən ayıtdı Cəbrail,
Dedi, ya Əhməd, səlam ayıtdı cəlil.
Dedi: Buyurdı Xuda oturma, dur,
Dini-islamı cəhanə qıl zühur.
Bir uca yerə çıxubən söyləgil,
Aləmi imanə də'vət eyləgil.
Çıxdı ol dəmdə qübbəyə Mustəfa,
Bir uca avaz ilə qıldı səla.
Dedi: Söyliŋ siz ki, Taŋrı birdürür,
Ol cəm’iyi-işlərə qadirdürür.
Dəxi həm söyliŋ Məhəmməd Taŋrınıŋ
Qulidür, həm həqq rəsulidür anıŋ.
Dostları ilə paylaş: |