HəZİNİ “HƏDİSİ-ƏRBƏİN” TƏRCÜMƏSİ


وقال علیه السلام قلو لا اله الله محمد رسول الله



Yüklə 3,06 Mb.
səhifə48/170
tarix07.01.2022
ölçüsü3,06 Mb.
#82669
1   ...   44   45   46   47   48   49   50   51   ...   170
وقال علیه السلام قلو لا اله الله محمد رسول الله

Məkkə qövmi bu sözü eşitdi çün,

Cümlə qəmgin oldı, qaldı sərnigun.

Var idi şəhr içrə bir əv ki, ulu,

Dari-nədvə ad verürlərdi qamu.

Yəni ki canğı əvi derlər aŋa,

Danışuq yeri idi öŋdin soŋa.

Eşidüb muni qamusi durdılar,

Məşvərət qılmağa anda vardılar.

Dedilər: Görün Məhəmməd neylədi?

Uş nübüvvət də'visini eylədi.

Ol bizim mə'budimiz sögir, qaxır.

Kim, bizi bir özgə taŋrıya oxır.

Üç yüz altmış büt ki, şimdi bizim var,

Cümləsini qılmaq istər xarü zar.

Cağırur ki, bu qamusini qoyıŋ,

Siz gəliŋ bu mən dedügimə uyıŋ.

Pəs dedilər: Söyliŋ axır nedəlim?

Biz bu işə necə tədbir edəlim?

Kim, rəisi-Məkkə şəhriniŋ qamu,

Hazir idi cümləsi qıldı qülüvv.

Söyləyim bir-bir eşitgil adların.

Anda idi ol Şəbbə adlu ləin,

Həm Rəbiə Ütbəvü dəxi Vəlid,

Dəxi Səfvan,həm yenə Zəhri-pəlid.

Həm dəxi Kə'b ibn Əşrəf, ey əxi,

Əsvəd ibn Yəğut biri dəxi.

Həm biriniŋ dəx Kənanədir adı,

Ol Rəbiə oğlıdır ravi dedi.

Kim, qamu rüəsayi-Məkkədir bular,

Uş bulardır şəhr içində ulular.

Söylədilər kim, Məhəmmədiŋ əcəb,

Böglə dedüginə nə ola səbəb?

Böylə deməkdən muradı nə ola?

Böylə neçün çağırur sağ-sola?

Ol bizim bütimizə neçün sögər?

Həm öziniŋ Taŋrısın böylə ögər.

Kimsəyə göstərməz anı kim, nədür,

Ol qızıl-altunmıdır, nə nəsnədür?

Der ki, üç yüz altmışıŋ tərkin uriŋ,

Bu bilinməz nəsnəyə qarşu duriŋ.

Birisi durdi ayağə söylədi,

Anıŋ içün munca nə qüssə dedi.

Ol Məhəmməd bir fəqir-ac kişidür,

Binəvalığ daim anıŋ işidür.

Anıŋ içün böylə dedi kim,bu gün

Verəsiz bir parə mal, ola sükun.

Dedilər bu necə sözdür ki, dediŋ,

Bu, uşax sözidürür kim, söylədiŋ.

Ol Məhəmməd bir yavuz sahirdürür,

Az zəmanda çox kişilər azdurur.

Dünyəda bir müddət ol diri dura,

Sehr edübən çox xəlayiq azdura.

Derilübən bir ulu, ənbuh ola,

Aləm içrə dopdolu ənduh ola.

Dəf’ qılmazsız muni gər bu məcal,

Kim bilür kim, necə olur soŋra hal?

Pəs Vəlidə söylədilər kim, degil,

Sən munuŋ tədbirini şərh eyləgil.

Dedi ki, nə söyləyim muŋa cəvab,

Gər bəcidd dutmazsız, iş olur xərab.

Döndi aydır ki, gəliŋ üç gün təmam,

Siz maŋa möhlət veriŋ, ey xassü amm.

Görəyim heç çarə olurmı aŋa,

Var ümmidim ki, bu iş, bütdən oŋa.

Bu söz ilən olar yenə getdilər,

Üç güniŋ səbrin müqərrər etdilər.

Çünki munlar işlü işinə gedər,

Diŋlə imdi ol Vəlidi kim, nedər.

İki büt düzdirmiş idi ol lə'in,

Nə sifətlüdir deyim, diŋlə yəqin.

Qızıl-altundan düzülmişdi qamu,

Həm cəvahir dürri-mərcan dopdolu.

Həm geydürmişdi aŋa dürlü libas,

Gör nə tərtib eyləmiş ol nasipas.

İki zərrin kürsiyi düzmiş yenə,

Hər birin qoymış biriniŋ üstinə.

Vardı ta ki, anlara edə tapu,

Girübən qıldı sücud,örtdi qapu.

Üç gün, üç dün qarşulərində durub,

Qıldı tapu, yüzini yerə urub.

Üç günədən yemədi hərgiz təam,

Bütlərə qıldı təzərrö’ sübhü şam.

Çün üçinci gün təmam oldu, Vəlid

Gör nə dedi bütlərinə ol pəlid.

Dedi üç gündüz ki, sizə tapərəm,

Qarşuŋizdə dəmbədəm yer öpərəm.

Bu qədər qulluğimə eyliŋ kərəm,

Siz maŋa doğru xəbər veriŋ görəm.

Ol Məhəmməd halını eyliŋ əyan,

Həqmidür, ya batilmidür, eyliŋ bəyan.

Gör ki, şeytan neylədi ol dəm aŋa,

Necə məğbun eylədi, deyim saŋa.

Ol şəyatindən birisi ol zəman,

Məsğər idi adı həm bəllü-bəyan.

Ol bütüŋ girdi biriniŋ ağzinə,

Gör ki, nə söylər anı diŋləyənə.

Ağzın açdı, büt dilindən söylədi,

Ol Məhəmməd bir yalancıdır,-dedi.

Aŋa inanmıŋ ki, peyğəmbər dəgül,

Hər nə dersə, sözini qılmıŋ qəbul.

Çün Vəlid muni eşitdi, oldı şad,

Pəs dedi ki, hasil oldı uş murad.

Daşxaru çıxdı, dedi kafirlərə,

Bu sözi məlum qıldı yeksərə.

Pəs dedilər, ya Vəlid, oturma, dur

Kim, bu işdə həm bizə layiq budur.

Cümlə meydanə yığıla xasü amm,

Uşbu şəhrin bay- yoxsuli təmam.

Ol Məhəmməd qarşusində söyləyə,

Ta yalanın xəlqə mə'lum eyləyə.

Gün eşidə bu sözi ola xəcil,

Etməyə dəxi bizimlən qalü qil.

Müstəfayə dedilər uşbu sözi,



Fikrə vardı bir dəm anda kəndözi.


Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   170




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin