Cəbrail gəldi, dedi : Ey nuri-pak,
Bu iş içün dutməgil köŋliŋdə bak.
Bil anıŋçün kim bu işi işlədi,
Ol Vəliddür ki, muni böylə dedi.
Məkkəniŋ kafirləri kiçi-ulu,
Gəldilər meydanə ol dəm subəsu.
Ortəyə qoydılar çün ol büti,
Neylədi, gör ol Vəlid adlu iti.
Bəzədilər anı dürlü rəxt ilə,
Ortə yerdə oturdı təxt ilə.
Pəs çağırdılar rəsuli dər-zəman,
Durdi-gəldi ol dəm ol fəxri-cəhan.
İbn Məs'ud dəxi yanınca bilə,
Gəldilər ol dəm rəsülullah ilə.
Gəldi bir yerdə oturdi Müstəfa,
Fəxri-aləm, sahibi-şər'i -hüda.
Yenə Məsğər girdi ol büt qarninə,
Söylədi pəs bir neçə hərzə yenə.
Dedi: Peyğəmbər degil, inanmaŋız,
Bir yalancıdır, muŋa aldanmaŋız.
Çünki kafirlər eşitdi, oldı şad,
Sanasaŋ ki, dapdılar kami-murad.
İbn Məs'ud oldı bu işdən xəcil,
Ya rəsulüllah, nə halətdir, degil.
Dedi: Qəmgin olmagil sən bu işə,
Tez ola kim, bizə nüsrət irişə.
Muni dedi,döndi peyğəmbər gerü,
Uğradı bir atlu anda rubəru.
Bir yaşıl don əgninə geymiş idi,
Din yolunda başini qoymiş idi.
Düşdi atından həman dəm ol hümam,
Yeriyüb peyğəmbərə verdi səlam.
Dedi peyğəmbər: Nə kişisən, degil,
Gizləmə, halıŋı dogru söyləgil.
Mən əcəbləndim səlamiŋdən səniŋ,
Bu fəsahətlü kəlamiŋdən səniŋ.
Dedi: Cin qövmindənəm mən, ya rəsul,
Söyləyim halim saŋa,ey pürusul.
Nuh peyğəmbər zəmanində yəqin,
Gəlmişəm imanə mən, bil, ey əmin.
Ayru düşdüm mən vətəndən,bil, əyan,
Nerədədir bilməzəm, edəm bəyan.
Şimdi gəldim, elimi gördüm bu gün,
Cümləsi qəmgin oturur sərnigün.
Söylədim ki, böylə qəmgin nişə siz,
Kim, cəkərsiz fikr ilə əndişə siz.
Pəs dedi ki,necə qayğu çəkməyəm?
Ağlayub sel kimi yaşım tökməyəm?
Gör ki, Məsğər adlu məl’un neylədi,
Büt dilindən necə sözlər söylədi.
Müstəfayi necə məhzun eylədi,
Uşbu qeyrət bağrımı xun eylədi.
Taŋrınıŋ düşmənlərini qıldı şad,
Dapdılar anlar bu mə'nidən murad.
Çünki andan bu sözi mən diŋlədim,
Ol səniŋlə netdügini anlədim.
Ol səbəbdən təndə qanım qıldı cuş,
Nə’rə urub eylədim mən də xüruş.
Getdim ardınca, anı qıldım həlak,
Ya rəsulüllah, anıŋçün dutma bak.
Uş qılıcım üstə qanıdır anıŋ,
Öldüginə bu nişanıdur anıŋ.
Məzbələyə atmışam başın anıŋ,
Gör necə kəm etmişəm yaşın anıŋ.
Kəlbə bəŋzər şimdi anıŋ surəti,
Cismü rəsmivü cəm’iyi- hey'əti.
Gün rəsulüllah eşitdi bu sözi,
Xürrəm oldı xatiri, güldi yüzi,
Əl götürdi, pəs aŋa qıldı dua,
Kim, aŋa Həqq verə xeyrindən cəza.
Dedi Əhməd: Söyləgil adıŋ maŋa,
Məskənü mövludü bünyadıŋ maŋa.
Dedi: Əbhər oğlıyam, adım Məhin,
Həm məqamımı deyim,ey pakdın.
Uş durağım Turi-Sinadır mənim,
Mənzilim oldur məqamü məskənim.
Pəs dedi ki, gəl icazət ver maŋa,
Varayım bu dəmdə bütlərdən yaŋa.
Bütləriŋ ağzına girüb söyləyim,
Pəs qamu kafirləri həcv eyləyim.
Necə Məsğər ki xəcil etdi səni,
Mən xəcil edim olarıŋ varını.
Mustəfa aydur: İcazətdir, yeri,
Var, bu gün xar eyləgil kafirləri.
Girdi içinə Hübəlin ol zəman,
Gör necə sözlər qılur şimdi bəyan.
Ol günün daŋlası kafirlər qamu,
Gəldi meydanə, dolub kiçi-ulu.
Həm rəsulüllahə e'lam etdilər,
Özlərin gör necə bədnam etdilər.
Hazir oldı məclisə çünki rəsul,
Bir neçə əshab ilə sahibüsul.
Pəs gətürdilər Hübəli arayə,
Ta ki bu işlərinə yarayə.
Dürlü xəl'ətlər aŋa geydürdilər,
Qarşusində səcdəyə baş urdilər.
Qoydılar anı yenə təxt üstinə,
Yığılıb bir neçə bədbəxt üstinə.
Səcdə qılub çox təzərrö’ etdilər,
Yüzlərini cümlə aŋa dutdilər.
Dedilər ki, ya Hübəl, söylə yenə.
Pəs bu caduyi xəcil eylə yenə.
Söylə rövşən bizə anıŋ halını,
Bu aradən kəsgil anıŋ qalını.
Dilə gəldi ol Hübəl dedi rəvan,
Kim biliŋ, ya Məkkə qövmi, pəs əyan.
Bu Məhəmməd bir rəsuli-həqdürür,
Həm dini həqdür, sözi mütləqdürür.
Özi həqdür, sözi həqdür, dini həqq,
Yoli həqdür, rəsm ilə ayini həqq.
Ol sizi doğru yolə də'vət qılur,
Kim uyarsə aŋa, oddən qurtulur.
Siz qamu batildəsiz, əcsamıŋız,
Cümlə azğun xassıŋızlan amıŋız.
Hər kişi aŋa inansa, şad olur,
Həm cəhənnəmdən dəxi azad olur.
Hər kim inanmaz, anıŋ yeri cəhim,
Yedügi zəqqum, içdügi həmim.
Siz aŋa inaŋız, təsdiq ediŋ,
Bu, nəbiyi-həqdürür, təhqiq ediŋ.
Oldurur eynül-yəqin əz-xassü amm,
Ənbiyanıŋ xatəmi xeyrül-ənam.
Muni eşitdi Əbu Cəhli-ləin,
Ayağə durdı rəvan ba xəşmü kin.
Ol büti ol dəm yerə urdi rəvan,
Soydı əgnindən libasın ol zəman.
Balta ilən parə-parə eylədi,
Layiqi-özi kimi narə eylədi.
Odə yaxdı anı Əbu Cəhli-ləin,
Pəs əvinə getdi qəmginü həzin.
Oldılar kafirlər anda şərmsar,
Əvlərinə getdi cümlə xarü zar.
Döndi mənsurü müzəffər Müstəfa,
Sadü xürrəm, köŋli yenə pürsəfa.
Şad olurlar cümlə əshabi qamu,
Xürrəm olub döndilər kiçi-ulu.
Söylədi ol dəmdə ol cinə rəsul,
Döndərəyim adıŋı, ey pürüsul.
Dedi Abdullah Əbhər ad aŋa,
Çün eşitdi, oldı ol dəm şad aŋa,
Ol zəman bir şeir inşa eylədi,
Pəs ərəb dilincə anı söylədi.
Dostları ilə paylaş: |