تاخذه سنة و لا نوم له لا
Anlara Musa xəbər verdi məgər,
Gördügini rəmz içində müxtəsər
Dedilər kim, neçün uymaz ol əcəb,
Uymaduğına anıŋ nədir səbəb?
Həqq-təala Musaya əmr eylədi,
Var, əliŋə iki şişə al dedi.
Qıl ikisiŋ dəxi su ilə dolu,
Hər birin dut bir əliŋdə, ey ulu.
Vardı Musa, aldı iki şişəni,
Doldurubən su ilə dutdı anı.
Verdi uyxu Həqq-təala çeşminə,
Necə oldı halı, gəl diŋlə yenə.
Sındı ol dəm şişələr düşdi yerə,
Həqq xitab etdi yenə ol sərvərə.
Ümmətüŋə sən yeri-var söyləgil,
Bu misali anlarə şərh eyləgil.
Gər uyarsə der Xudayi-bizəval,
Həyyü qəyyumü qədimü zülcəlal,
Aləmü adəm qamu olur həlak,
İnsü cinnü həm səmək birlə səmak.
Pəs muni anlara təmsil eyləgil,
Gördügüŋ kimi əyan et, söyləgil.
Həqq-təala bu Məhəmməd ümmətin
Kəndü lütfindən ögüpdür, bil, yəqin.
Ümmətiŋ yaxşısı dedi ol Çələb,
Bizə fəzl etdi yenə ol fərdi-Rəbb.
İstəməzlər mö’cüzat, həm məsəl,
Nə dəlil istər, nə hüccət, nə iləl.
Mustəfadən bu dəmədəkin yəqin,
Olmadı tədbirü təğyir uşbu din.
Ya İlahi, sən yəqindən qılma dur,
Qılma Əhməddən cüda yövmün-nüşur.
Dostları ilə paylaş: |