HəZİNİ “HƏDİSİ-ƏRBƏİN” TƏRCÜMƏSİ


ƏL-HƏDİSÜR-RABE’ VƏL-İŞRUN



Yüklə 3,06 Mb.
səhifə58/170
tarix07.01.2022
ölçüsü3,06 Mb.
#82669
1   ...   54   55   56   57   58   59   60   61   ...   170
ƏL-HƏDİSÜR-RABE’ VƏL-İŞRUN
اذا کان یوم القیمة نادی مناد این المرایون واین المخلصون قوموا وهاتوا اعمالکم وخذوا اجورکم من سید کم قال النبی علیه السلام لایصیب للمرابین من اعمالکم شییا الا حسرة وند امة وشقاوة ثم قال النبی علیه السلام یا ابن آدم الاخلاص الا خلاص وقال النبی علیه السلام ان اخوف مااخاف علی امتی الشرک الاصغر قالوا 24
Bistü çarüm ərbəindən muni bil,

Diŋləyüb guş etmək içün sə’y qıl.

Həm Ənəsdəndir yenə bu dəx sərih,

Kim, munuŋ ustadı andandır səhih.

Mustəfadən nəql edübən soylədi,

Bizə bu növə rəvayət eylədi.

Ol zəmandə kim, qopə yövmül-qiyam,

Kim, münadi çağıra baxassü amm.

Xanı ol taət qılanlar Taŋrıya,

Anlarıŋ var idi qəlbində riya.

Xanda varmış yenə müxlis bəndələr?

Xanı təsdiq ilə köŋli zindələr?

Anları oxur Xudayi-bizəval,

Derilüb gəlsün qamusi bu məcal.

Kim, gətürsün hər kəsi ə’malini,

Hazir etsün cümləsi əf’alini.

Hər kəsi mövladən alsun ücrətin,

Qılduğı fe’liŋ cəzavü qiymətin.

Dedi peyğəmbər ki, ol dəmdə əyan,

Ol riyalu qullərə bilgil həman,

Hasil olmaz taətindən, ey əmin,

Leyk həsrətlə nədamətdir yəqin.

Həm şəqavətdir yenə andan bitən,

Ol riyalu cism ilə candan bitən.

Dedi peyğəmbər yenə ol dəm məgər,

Ya bəni-Adəm, sizə doğru xəbər.

Söylədi ixlas ilə ol zinhar

Kim, riyadən dur oluŋ leylü nəhar.

Həm yenə dedi rəsuli-müctəba,

Aləmiŋ fəxrivü xətmi-ənbiya

Qorxaram ki, şirki-əsğər qılalar,

Kim, olar yanmağa layiq olalar.

Söylədilər Mustəfayə ol zəman

Nədir ol şirki-əsğər, qıl bəyan.

Söylədi ki, şirki-əsğərdür riya,

Kim, riyalu qul yaramaz Taŋrıya.

Daŋla çün ola qiyamət saəti,

Ortaya gələ olarıŋ taəti,

Çünki müxlislər oları görələr,

Gülüşüb anlarə təsğir edələr.

Ya İlahi, lütfiŋ ilə qıl mədəd,

Kim, bizi qurtar riyadən, ey səməd.

Eylə müxlis qullarıŋlan həmnişin,

Ruzi-məhşər, ya İlahülaləmin.






Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   170




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin