HəZİNİ “HƏDİSİ-ƏRBƏİN” TƏRCÜMƏSİ



Yüklə 3,06 Mb.
səhifə6/170
tarix07.01.2022
ölçüsü3,06 Mb.
#82669
1   2   3   4   5   6   7   8   9   ...   170
HEKAYƏTİ-ÜXRA
Munuŋ ustə bir hekayət diŋləgil,

Qəlbiŋi saf eylə, ibrət aŋləgil,

Var idi Musa zəmani bir kişi,

Dünyadə fisqü fücur idi işi.

Çün əcəl irdi o şəxsə nagəhan,

Dünyadən nəql etdi üxrayə rəvan.

Anı gördilər kərih ol dəm məgər,

Qoymayub qəbrə, yabanə atdilər.

Dedilər kim, fasiq idi bu, əyan,

Muni möminlərlə qoymaxlıq yaman.

Yumağı, dəfn etməgi tərk etdilər,

Götürüb bir məzbələyə atdilər.

Musayə vəhy etdi ol dəm müstəan,

Eylədi bu şəxsiŋ əhvalın bəyan.

Dedi, ya Musa, uru dur şimdi tez,

Var, həbibim dəfn qıl, yugil təmiz.

Ol güruhi-övliyanıŋ biridir,

Surətə öldi, həqiqət diridir.

Anı yuyub, qılmadı kimsə kəfən,

Qoymadılar qəbrə həm, dur şimdi sən.

Var, anı yuyub kəfənlə, sən rəvan,

Qıl nəmazın, dəxi dəfn etdir həman.

Vardı Musa istəyü getdi anı,

Ol arayə kim, demişdi ol qəni.

Pəs anı ol küçədən sordı məgər,

Ya müsəlmanlar, maŋa veriŋ xəbər.

Küçəŋizdə öldimi bir əhli-hal,

Kim, vəliyyüllah ola ol bu məcal.

Dedilər ol qövm aŋa kim, ya rəsul,

Ol sifətlü kimsə mundə bilmiş ol.

Ölməmişdir bil, yəqin, ey pakdin,

Yegrəgin bilür İlahülaləmin.

Pəs yenə Musa dedi kim, hərçi var,

Kimsənə öldimi, eyliŋ aşikar.

Dedilər dün mundə öldi bir kişi,

Dünyadə fisqü fücur idi işi.

Görmədük layiq yuyub dəfn eyləmək,

Mundən ötri çəkmədük aŋa əmək.

Süriyib yabanə atmışuz anı,

Böylədür əhvalı, ey canlar canı.

Dedi Musa: Maŋa anı göstəriŋ,

Nerdədir anıŋ məkanı, göstəriŋ.

Andan ötri Həqq maŋa vəhy eylədi,

Var, həbibimdir, anı götür,-dedi.

Musayə göstərdilər ol mürdəni,

Oldı heyran çün baxub gördi ani.

Dedi: Ya Rəbb, maŋa əmr eylədiŋ,

Var, həbibimdir, anı götür,-dediŋ.

Qövmi anıŋ fisqini isbat edür,

Ya İlahi, bu, necə halətdürür?

Lütf edüb bildir maŋa əhvalıŋı,

Necədir, ta biləm anıŋ halıŋı.

Musayə vəhy etdi Rəbbülaləmin,

Anlarıŋ şahidliği həqdir yəqin.

Anlarıŋ dedügitəkdir ol həman,

Diŋlə baqisin, saŋa edəm əyan,

Haləti-nə’zə gəlicək ol kişi.

Pəs şəfi' etdi özinə üç işi,

Gər qamu mücrimləri qılsə sual,

Yarlığardım cümləsin biqilu qal.

Kəndü nəfsin istədi ol xud həman,

Necə rəhm etməyim aŋa ol zəman?

Dedi, ya Rəbb, ol üç nədir, degil,

Həqq dedi: Musa, qulaq ur, diŋləgil.

Çün əcəl yetdi, nida qıldı maŋa,

Dedi kim, sən xud bilürsəŋ, ey Xuda.

Fisq edərdim gərçi mən fi külli-hal,

Leyk cəm’ olmışdı məndə üç xisal.

Biri bu kim, fisqə gər məşğul idim,

Gərçi bu nəfsiŋ əlində qul idim.

Fisq edərdim, leyk ikrah eyləyüb,

Qılduğım iş cümləsi şərdür deyüb.

Ya İlahi, fisq edən dəmdə mənim,

Var idi yanımda həm üç həmdəmim.

Biri həva, biri yavuz həmnişin,

Bir dəxi şeytanə olmışdım qərin.

Bu üçi saldı məni mə'siyyətə,

Kim, məni qoymadı munlar xizmətə.

Sən bilürsən halımı xud, padişah,

Bu sözümə pəs nə hacətdir güvah?

Həm ikinci fisq edərdim gərçi mən,

Fisq içində işlər idim hərçi mən.

Mən sevərdim leyk saleh qulları,

Köŋlümə xoş gəlmiş idi yolları.

Anlarıŋlan durub-oturmax maŋa,

Fisq əhlindən yegrək idi, ey Xuda.

Dünyadə salehləri, ya müstəan,

Yeg sevərdim fisq əhlindən əyan.

Gəlsə ta kim yanimə iki kişi.

Birisi saleh, birinin fisq işi.

Salehiŋ yaxşı dutardım hörmətin,

Bitürərdim əvvəl anıŋ hacətin.

Hörmətinə anlarıŋ, ey padşah,

Əfv qılgil cürmimi sən, ya İlah.

Həm üçinci söylədim kim, ya kərim,

Yarlığar olsan məni sən, ya rəhim,

Ənbiyavü övliya məsrur olur,

Həm dəxi şeytan zəifü xar olur.

Yox əgər qılsaŋ, əzab ilən cəza,

Qəmlü olur ənbiyavü övliya.

Ol ləin şeytan yenə xəndan olur,

Kim, anıŋ xəndanı səd çəndan olur.

Mən bilürəm, ya İlahi, sən yəqin,

Ənbiyavü övliyanın şadisin.

Nik sevərsəŋ şadlığından iblisiŋ,

İşi şərrü məkrü hiylə təlbisiŋ.

Pəs mənim cürmimni bu dəm, ey rəhim,

Əfv edüb, ərzani qıl darünnəim.

Bilgil, ey Musa, muni şimdi, yəqin,

Kim, vəsilə budur ortadə həmin.

Bu səbəbdən anı azad eylədim,

Lütfim ilən ruhini şad eylədim.

Dedi, ya Musa, yəqin bil muni sən,

Diləsəm ki, aləmi bu dəmdə mən.

Cürmini əfv eyləyəm, qılam əta,

Lütfimə inkar edən eylər xəta.

Xassə kim, bir kimsə suçini bilə,

Yüz sürüb dərgahimdə zari qıla.

Ol çün öz cürmini iqrar eylədi,

Bildi öz suçini izhar eylədi.

Lütfim ilə rəhmət etdim mən aŋa,

İşlə, ya Musa, dedügimni saŋa.

Dur, rəvan əmrümi yerinə yetür,

Yu, təmüz dut, qap rəvan, anı götür.

Dəfn qılgil kim, həbibimdir ol qul,

Kim, anın qılsa nəmazın bilmiş ol,

Yarlığaram cürmini, əfv eylərəm,

Rəhmətim xanilə anı toylərəm.

Durdı Musa, yudı xoş e’zaz ilə,

Qıldılar qövmi nəmazını bilə.

Öz əlilən qəbrinə qoydı anı,

Mənzilinə getdi, ey canlar canı.

Hörmətinə anlarıŋ, ey zülmənən,

Cürmimi əfv eyləyüb bağışla sən.

Həm oların himmətindən ey qəni,

Lütfiŋ ilə binəsib etmə məni.






Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   170




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin