HəZİNİ “HƏDİSİ-ƏRBƏİN” TƏRCÜMƏSİ



Yüklə 3,06 Mb.
səhifə60/170
tarix07.01.2022
ölçüsü3,06 Mb.
#82669
1   ...   56   57   58   59   60   61   62   63   ...   170
HƏDİSİ-ÜXRA
Yenə bir axir xəbərdə, ey əmin,

Böylə eşitdim, muni bilgil həmin.

Bir kişi gəldi rəsuliŋ qatinə,

Ol kitabilərdən idi bil yenə.

Ya Əbülqasim, deyübən söylədi,

Bir sualım vardurur, şərh et dedi.

Əhli-cənnət heç yemək yermi, degil,

Su içərlərmi, maŋa bir söyləgil.

Mustəfa dedi ki, yeyərlər təam,

Su içərlər dəxi, bilgil, ey hümam.

Pəs qəsəm yad eylədi ol dəm rəsul,

Ol Xudanıŋ həqqiçün, ey pürüsul,

Kim, əlindədür mənim nəfsim anıŋ,

Diŋlə sidq ilən ki, şad ola canıŋ.

Cənnət əhliniŋ birisinə Xuda,

Yüz kişiniŋ qüvvətin eylər əta.

Yemək-içmək, şəhvətü arzu-həvəs,

Hər birində yüz kişicə ola bəs.

Yeyər-içər bu qədər eylər səfa,

Bulü qayətdən aŋa irməz iza.

Kim yesə-içsə, yaxud qılsa cima’,

Dərləməkdür hacəti, qıl istima’.

Dər tökülüb çünki cismindən axar,

Müşkü ənbərtək anıŋ issi qoxar.

Mustəfa dedi yenə əhli-cinan,

Yüz igirmi səf olur, bilgil əyan.

Ümmətimdən olasıdır səksəni,

Şəkk gətürməz bu sözə, illa dəni.

Özgə ümmətlərdən ola qırx səfi,

Əql əhlinə bu söz olmaz xəfi,

Hər səfiŋ uzunluğı, bil, ey əmin,

Məşriqü məğrib arasınca yəqin.

Dünya enincə ola eni anıŋ,

Böylədür rəsm ilə eni anıŋ.

Pəs yenə dedi nəbiyyül-Mustəfa,

Cənnət əhlinə nida eylər Xuda.

Çağıra, ya cənnət əhli, ol Çələb,

Aydalar ləbbeyk, əya mə’budi-Rəbb.

Pəs deyə, ya qullarım, doğru deyiŋ,

Razi olduŋuzmı məndən, söyliŋ.

Aydalar kim, raziyüz biz, ya qəfur,

Olmışuz ənamuŋa əbdən şəkur.

Böylə ne’mət kim, bizə qıldıŋ əta,

Kim ola, olmaya razi, ey Xuda.

Pəs deyə ol padşahi-bizəval,

Şad oluŋ, ey qullarım, siz bu məhal.

Sizə mundan dəxi yeg ne’mət verəm,

Sizin ilən işləyəm fəzlü kərəm.

Aydalar, ya Rəbb, bizə şərh eyləgil,

Nə olur mundan ulu ne’mət, degil.

Həqq deyə, ey cənnət əhli, bəd əz-in,

Sizə rizvani mübah etdim yəqin.

Qılmazam şimdən gerü sizə qəzəb,

Gör necə ən’am edər ol fərdi-Rəbb?

Pəs münadilər qıla ol dəm nida,

Aydalar, ya əhli-cənnət, mərhəba.

Sizə bir dirlik verüpdür ol əhəd,

Kim, ölümi görməyəsiz ta əbəd.

Sizə bir sağlığ verüpdur ol kərim,

Olmayasız dəxi məlulü səqim.

Bir igitlik verdi sizə zülcəlal,

Olmaya pirligə dəxi intiqal.

Sizə bir ne’mət verüpdür padşah,

Əksilüb olmaya dəxi ol təbah.

Muni bilmək istəsən, ey mötəbər,

Var bu ayət mə’nisinə qıl nəzər:



Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   170




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin