ƏL-HƏDİSÜS-SADİS VƏL-İŞRUN
السخی قریب من الله قریب من الناس قریب من الجنة بعید من النار والبخیل بعید من الله بعید من الخلق بعید من الجنة قریب من النار والجاهل السخی احب الی الله تعالی من عالم بخیل 26
Guş qılgil əz-hədisi-ərbəin,
Bu, igirmi altısıdır, ey əmin.
Fatimədir ravisi munuŋ sərih,
Həm rəsuldəndir yenə nəqli-səhih.
Dedi kim, dedi nəbiyyül-Mustəfa,
Seyyidi-sadat xətmül-ənbiya.
Kim, səxi qul cənnətə olur qərib,
Həm xəlayiqlər qatindədir həbib.
Əhli-cənnətdəndürür həm ol səid,
Həm cəhənnəmdən dəxi olur bəid.
Taŋrıdan dedi iraqdır ol bəxil,
Həm xəlayiqlər yanındadur zəlil.
Məskəni anıŋ yenə həm nar olur,
Nar içində işi ahü zar olur.
Xansı cahil kim, səxadur pişəsi,
Kim, səxavətdür anıŋ əndişəsi.
Səvgülüdür Həqq yanında eylə bil.
Xansı aləmdən kim ola ol bəxil.
Həm yenə söylər Məhəmməd Mustəfa,
Cənnət içrə bir ağacdurur səxa.
Yayılıpdır dünyayə şaxi anıŋ,
Bil ki, məqsudi nədir dəxi anıŋ.
Kim anıŋ bir budağına yapışa,
Bilgil ol eylər səxavətni pişə.
Ol budağ bil anı yeydir cənnətə,
Aparur anı fəravan ne’mətə.
Həm bəxil dəxi cəhənnəmdə yəqin.
Bir ağacdır ol rəsuli-pakdin.
Yayılıpdır şaxi dünyayə anıŋ,
Kim, dutarsa bir budağın anıŋ,
Yedübən anı aparur suyi-nar
Pəs cəhənnəm içrə qalur xarü zar.
Dostları ilə paylaş: |