HəZİNİ “HƏDİSİ-ƏRBƏİN” TƏRCÜMƏSİ



Yüklə 3,06 Mb.
səhifə72/170
tarix07.01.2022
ölçüsü3,06 Mb.
#82669
1   ...   68   69   70   71   72   73   74   75   ...   170
HEKAYƏTİ-TƏRRAR
Munuŋ üstə bir hekayət gəldi həm,

Guş qılgil söyləyim saŋa bu dəm.

Bir kişi var idi, bil öŋdin zəman,

Hilə ilə dirilürdi dər-cəhan.

Hilə ilən eylər idi ol məaş,

Adı tərrarlığ ilə olmışdı faş.

Böylə olmışdı anıŋ adı əyan,

Deyilurdi ana tərrari-filan

Bu idi ömrində anıŋ adəti,

Böylə keçərdi anıŋ hər saəti.

Çün bazarə varur idi ol kişi,

Aldamağ olur idi anıŋ işi,

Çün bazardə əhli-saqi görər,

Yoldaşından ismi-rəsmini sorər.

Həm sorərdi atəsiniŋ adını,

Mövludini, yerini bünyadını,

Varuban verür idi aŋa səlam,

Eylər idi səd həzaran ehtiram.

Həm görüşübən sorardı halını,

Rüzgarını, qamu əhvalını.

Aydır idi: Tanımazmısan məni?

Tanıram mən əslü fər’ ilə səni.

Yaxşı dost idüx ataŋla, ey filan,

Yaxşılığın görmişüz çox bigüman.

Ol derdi: Mən səni tanıməzəm,

Həm ataŋ nə kişidir, mən bilməzəm.

Ana tərrar aydır idi: Gəl bərü,

Tanımışam mən səni, ey mahru.

Yaxşılıq qılmış çox ataŋ atəmə,

Şükr Həqqə kim, irişdük bu dəmə.

Başəd unutmışsan ola sən bizi,

Ta ölüncə mən unutmanam sizi.

Aşbazə gedəli alayım təam,

Edəyim xidmət saŋa, ey niknam.

Qılduğıŋ yaxşılığıŋ miŋdən birin,

İstərəm qılam saŋa, ey mərdi-din.

Çünki eşidə yemək adın kişi,

Ər gərək ki, uçmaya əqli quşi.

Çün aparur anı aşpəzxanəyə,

Xoş təam alur anıŋçün kim, yeyə.

Alur idi aşü ətmək, hər təam,

Aydır idi: Yaxşıca ye, ey hümam.

Yetürə bilmən səniŋ mən xidmətiŋ,

Mundan artuxdır yanımda hörmətiŋ.

Yeməgi yeyərdi ikisi bilə,

Üzrxahlığ eyləyüb təklif ilə.

Doyururdı qarnını çünkim təmam,

Bir iki löqmə qalan dəmdə təam.

Doyurub qarnın dura idi uru,

Çıxar idi hilə ilə daşxaru.

Şəhr içində bu idi adət yəqin,

Almaz idi yemədin yemək həqqin.

Şadü xürrəm gedər idi işinə

Dəxi qonağıŋ yanında işi nə?

Bir zamandan soŋra durardı qonağ,

Daşxaru basmağa qoyardı ayağ.

Dutar idi anı aşpəz ol zəman,

Yeməgiŋ vergil bəhasini rəvan.

Aciz olub aydır idi ol kişi,

Mən özümdən etməmişəm bu işi.

Munda mən mehman oluban gəlmişəm,

Ol təami sanma özüm almışam.

Mən təam almaz idim səndən dedi,

Bir kişi munda məni ağırladı.

Dedi aşpəz: Tanımazam mən qonağ,

Ağçanı ver, daşxaruyə bas ayağ.

Tanımən mehmani ol derdi ki, mən,

Ağçayı alsam gərəkdir barı mən.

Alur idi ağçanı hər bab ilə,

Gedər idi yolinə yüz tab ilə.

Ömri bu növ ilə olmışdı təmam,

Hilə idə işi anıŋ sübhü şam.

Nagəhan bir gün aŋa irdi mərəz,

Gör ki, imdi eylədi necə qərəz.

Çün yəqin bildi ki, irişdi əcəl,

Yenə bir dürlü dəxi düzdi hiyəl.

Çağırub iki kişiyə söylədi,

Bir neçə söz anlarə ərz eylədi.

Verim der hər birinə bir dinar,

Bu işə ediŋ mənimlə e’tibar.

Ayıtdı ol dəm ki, maŋa irur əcəl,

Kim, cənazəm götürülüb gedən məhəl,

Siz cənazəmiŋ yanınca yeriŋ,

Yaxşı saleh kişi idi bu deyiŋ.

Saleh idi, zahid idi, müttəqi,

Layiq idi Taŋrıya hər rövnəqi.

Söyləyiŋ siz anca bu növ kəlam,

Dəfn edələr, ta məni qəbrə təmam.

Bir zəmandan soŋra ki, tapdı vəfat,

Savdı başından anı dəx bisəbat.

Eyləyübən təhzinin anıŋ rəvan,

Dəfninə məşğul oldılar həman.

Gəldi ol kişi ol dəm məgər,

Çünki anıŋ öldügini gördilər,

Ol cənazə götürüb oldı rəvan,

Düşdilər ardına anıŋ ol zəman.

Dedilər kim, saleh idi bu kişi,

Həqq ilə olmış idi dün-gün işi.

Saleh idi zahidü pərhizkar,

Adət idi pişəsi leylü nəhar.

Ta anı dəfn eyləyincə qəbrinə,

Böylə dedilər muni dönə-dönə.

Çün muni dəfn eyləyüb qayitdilər,

Pəs gəlüb mənzillərinə yetdilər.

Var idi anda məgər bir əhli-hal,

Bildi anda necə oldı qilu qal.

Gəldi qəbrinə anıŋ iki mələk,

Nə gətürdin,- dedi,- dünyadan, bilək.

Dilədilər aydalar aŋa sual,

Bir nida gəldi nəgahin bu məcal.

Dedi hatif ki, qulımnı tərk ediŋ,

Sormaŋız aŋa sualı, geŋ gediŋ.

Dünyədə çün hilə idi pişəsi,

Xəlqi aldamaq idi əndişəsi,

Hilə ilə gəldi üxrayə yenə,

Vay anıŋçün kim, aŋa kimsə dinə.

Yarlığadım cürmini anıŋ əyan,

İki şahid hörmətinə bu zəman

Eylə şahid kim, dutulmış ücrətə,

Fikr qılgil şimdi sən bu qüdrətə.

Fikr qılgil Kirdigarıŋ lütfini,

Kim, nə işdən rəhmət eylər ol qəni.







Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   170




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin