ƏL-HƏDİSÜL-HADİ VƏS-SƏLASUN
یدفع الله تعالی بلا عن امتی بمن صلی عمن لایصلی ولو اجتمعوا علی ترک الصلوة مانظر هم الله طرفة عین ویدفع الله تعالی بمن یزکی من امتی عمن لایزکی ولو اجتمعواعلی ترک الزکوة مانظر هم الله طرفة عین وید فع الله من امتی بمن یصوم عمن لا یصوم و لو اجتمعواعلی ترک الصوم مانظر هم الله طرفة عین ویدفع الله من امتی بمن یجمع عمن لا یجمع ولواجتمعوا علی ترک الحج مانظرهم الله طرفة عین ویدفع الله من امتی بمن یجمع عمن لایجمع ولو اجتمعوا علی ترک الجمعة مانظر هم الله طرفة عین وهو قوله تعالی ولولادفع الله الناس بعضهم ببعض لفسدت الارض ولکن الله ذوفضل علی العالمین 31
Ərbəindən bu, otuz birincidir,
Diŋlə kim, bu iki aləm gəncidir.
Ravisidir İbn Abbas, ey əziz,
Guş qılgil bu sözə, edəm təmyiz.
İbn Abbas söylədi kim, Mustəfa
Buyurubdur sədrü-bədri-ənbiya.
Ümmətimə kim, enər Həqdən qəzəb,
Gör ki, rədd olduğına nədir səbəb?
Ol kişilər kim, qılur dün-gün nəmaz,
Daima olur işi ərzü niyaz.
Kim, olarıŋ hörmətinə dadgər,
Qılmayanlardan bəlani dəf edər.
Gər qəmusi eyləsə tərkü niyaz,
Cümləsi qılmaz olur isə nəmaz,
Həqq-təala anlarə qılmaz nəzər,
Cümləsini eyləyə zirü zəbər.
Ümmətimdən dəxi anlar kim, zəkat
Kim verübən edələr əhdü səbat.
Hörmətinə anlarıŋ ol padşah,
Verməyənləri dəxi eylər nigah.
Yoxsa kim qamu zəkatin verməyə,
Hərgiz anlar Həqq rizasin görməyə.
Anlarə hərgiz nəzər qılmaz Xuda,
Anlarə gögdən enər dürlü bəla.
Dəxi ol ümmətlərim sayim ola,
Kim, Allahıŋ əmrinə qayim ola,
Anlarə hörmət qılub fərdi-əhəd,
Dutmayanlərə dəxi olur mədəd.
Yoxsa gər qəmusi sayim olmaya,
Əmrinə Həqqiŋ mülayim olmaya.
Qılmaya hərgiz nəzər ol padşah,
Qəhrə verüb cümlə eylərdi təbah.
Dəxi ol ümmətlərim ki, Həcc edə,
Allahıŋ əmrini dutub yol gedə.
Həcc etməyənlərə dəxi Xuda,
Hörmətinə anlarıŋ verməz bəla.
Gər qəmu ümmətlərim Həcc etməyə,
Allahıŋ əmrin dutub getməyə,
Ümmətimə ol Xudayi-dadgər
Türfətül-eyn içrə qılmaya nəzər.
Dəxi ol ümmətlərim ki, cüməyə
Varuban əmrə itaət eyləyə,
Hörmətinə anlarıŋ həm ol qəni
Həm bəladən qurtarur cümləsini.
Ümmətim gər varı cümə qılmaya,
Taŋrıdan anlar inayət bulmaya.
Uşbu ayət mə’nisidir bu, səhih,
Buyurupdur Mustəfa rövşən sərih:
Dostları ilə paylaş: |