الم یا ن للذین امنواان تخشع قلو بهم لذکرالله
Atdı çünki Taŋrınıŋ oxın aŋa,
Pəs Fəzil eşitdivü qaldı daŋa.
Nə’rə urub çağırub biixtiyar,
Getdi ol dəm əqli, oldı biqərar.
Çünki bu halını gördi qul əyan,
Müztərəb qaldı, oldı natəvan.
Eylə sağındı ki, dəgdi ox aŋa,
Qolların gəzdurdi anda dört yaŋa.
Çünki əndamında gəzdurdi əlin,
Bulmadı oxdan əsər anda yəqin.
Qula söylər dəgməmişdir ox maŋa,
Əliŋi nə gəzdürərsən dört yaŋa?
Taŋrı oxıdır maŋa irən bu dəm,
Dəgməmişdir özgə ox, çox çəkmə qəm.
Biri dəxi atdı bir oxı yenə,
Yəni bu ayətdürür oxı yenə.
Oxı bil kim, Taŋrınıŋ oxı budur,
İstər isəŋ ayəti, oxı, budur.
Dostları ilə paylaş: |