انیبوا الی ربکم و اسلمواله**
Ayətiŋ mə’nası bu kim, Taŋrıya
Dönübən oluŋ müsəlman biriya.
Nə’rə urdı, eşidüb biixtiyar,
Getdi əqli, oldı ol dəm biqərar.
Bir-iki dəm keçdi, çün ol dəm yenə,
Pəs Fəziliŋ gəldi əqli başinə.
Taŋrıdan çün xövf irişdi caninə,
Ləşkərin çağırdı ol dəm yaninə.
Pəs dedi kim, şahid oluŋ siz maŋa,
Tövbə qıldım, döndüm Allahdan yaŋa.
Tövbə ediŋ siz dəxi, dönüŋ gerü,
Cürminizi əfv edə ol fərdi-Hu.
Qılduğim işə peşiman olmışam,
Qatı bədhalü pərişan olmışam.
Canimə düşdi Allahıŋ qorxusi,
Rahətimni kəsdi cürmim qayğusi.
Tövbə qıldı sidq ilə ol pəhləvan,
Oldı sonra kişvəri-əhli-iman.
Kə’bə qəsdin eyləyüb getdi rəvan,
Keçdi cürmindən Xuda həm ol zəman.
Kə’bəyə çünkim təvəccöh etdi ol,
Bir neçə mənzil məgər kim getdi yol,
Pəs aŋa ikram ilə verdi səlam,
Der saŋa olsun bəşarət, ey hümam.
Ya Fəzil, uyxuda gördüm bu gecə,
Bir münadi çağırur, eşit necə.
Taŋrıya döndi Fəzil, oldı səid,
Oldı tövbə ilə günahdən bəid.
Gəldi Bağdadə yaxun çün ol səid,
Qarşuladı anı Harunərrəşid.
Taŋrınıŋ xövfi irişdi caninə,
Ayəti-rəhmət oxıdı şə’ninə.
Xidmətini qıldı Həqqin ixtiyar,
Həqq qatında oldı kəndi bəxtiyar.
Oldı Allahdan cüda ikən qərib,
Oldı məhbubi-mühibb, həm nəcib.
Urdı nə’rə ol Fəzili-namdar,
Dedi kim, ey fəzli çox Pərvərdigar,
Bu, nə əltafü kərəmdir, ey kərim?
Bu, nə fəzldür, bu, nə lütfi-əmim?
Neçə yıllardır ki, asiyəm saŋa,
Dutmamışam yüzümi səndin yaŋa.
Bir yüzi qarə günəhkar bəndəyəm,
Bəndeyi-şərməndəvü əfkəndəyəm.
Şimdi qırx yıl oldı ki, üsyan ilə,
Qulluğından qaçmışam tüğyan ilə.
Rusiyahəm, gəldim imdi xidmətə,
Dutmışam şimdi yüzümi xidmətə.
Ya İlahi, uş mənəm bir asi qul,
Şimdi gəldi qulluğa, eylə qəbul.
Çün bu sözi söylədi ol bu zəman,
Kə’bəniŋ yolın dutub oldı rəvan.
Barha ol Kə’bəni qıldı təvaf,
Pəs xilas olub günəhdən oldı saf.
Çünki tövfiq ola Həqdən bir qula,
Asi ikən ol kişi məqbun ola.
Qullaruŋi, ey kərimi-zülmənən,
Xatiməsin eyləgil tövfiq ilən.
Dostları ilə paylaş: |