ƏL-HƏDİSÜS-SANİ VƏS-SƏLASUN
خیارامتی من شهد ان لااله الاالله وان محمد ارسول الله واذا احسنوا استبشرواواذا اساوا استغفر واواذا سافر واقصروا صلاتهم وافطرواصومهم وان شر ارامتی الذین ولدوا فی النعم وغدوافی النعم وهمتهم الوان الطعام والوان الشراب واذاتکلموا تشدقوا واذامشوا یتخبروا ویل للجبارین 32
Bu hədisə qıl nəzər, ey əhl-dil,
Ərbəindən otuz iki buni bil.
Guş qılgil sidq ilə, aŋla xəbər,
Ravisidir Bu Hərirə mö’təbər.
Dedi kim, dedi şəfii-insü can,
Məqsədi-məqsud cümlə künfəkan.
Ümmətimiŋ yaxşısıdır ol kişi,
Kim, şəhadət söyləmək ola işi.
Adəti ola şəhadət söyləmək,
Taŋrıyı, peyğəmbəri yad eyləmək.
Şayəd ola qılduği dəmdə səvab.
Kim, bəşarətlə irişə fəthi-bab.
Cürm edicək dəxi istiğfar edə,
Qəmlü olub tövbəyi təkrar edə.
Həm nəmazin qəsr edə qılqac səfər.
Yeyə orucın bəəmri-dadgər.
Ümmətim içində anlardır güzin
Verə bu xislətlərə ol kəndözin.
Dəxi dedi Mustəfavü Müctəba,
Əhmədi-Muxtarü xətmül-ənbiya.
Ümmətimiŋ şərlüsidir ol kişi,
Ne’məti içində ola təşvişi.
Ola daim ne’mətə himmətləri,
Yeməkü içmək ola ülfətləri.
Yeyələr məğrur olub dürlü təam,
Yemək-içmək ola işi bamüdam.
Söz deyicək məsxərəliq edələr,
Özlərini cümlədən yeg bilələr.
İşləri həm yericək kibr ola,
Sallanubən yeriyə onlar yola.
Qatı söyləmək ola həm pişəsi,
Xəlqə cövr etmək ola əndişəsi.
Hər kimiŋ ki bu sifətlüdir işi,
Ümmətimiŋ şərlüsidir ol kişi.
Bu güruhlər kim, Məhəmməd Mustəfa
Vəsf qıldı hər birin bixəfa.
Birinə mədh ilə təhsin eylədi,
Soŋına zəmm ilə nifrin eylədi
Ümmətin təhris edərdi taətə,
Ta olar məşğul olaydı xidmətə.
Ta ki bir dün Əhmədi-xeyrülbəşər,
Kim, rəcəb ayı idi anda məgər.
Keçmiş idi gecəniŋ nisfi yəqin.
Çıxdı əvdən ol rəsuli-pakdin.
Getdi məsciddən yaŋa qıldı nəzər,
Görə ki, heç oyanux varmı bəşər.
Məscidiŋ qapusinə yetdi rəvan,
İstima’ etdi qapudən bir zəman.
Gördi məscid bucağında ol Ömər
Kim nəmaz içində ağlar zar-zar.
Qəsdi bu Qur’anı xətm edə təmam,
İki rik’ət nafilədə vəssəlam.
Çünki Ömər oxıdı bu ayəti,
Bir dəm anda ağladı qatı-qatı:
Dostları ilə paylaş: |