HəZİNİ “HƏDİSİ-ƏRBƏİN” TƏRCÜMƏSİ


قل هل یستوی الذین یعلمون و الذین لا



Yüklə 3,06 Mb.
səhifə80/170
tarix07.01.2022
ölçüsü3,06 Mb.
#82669
1   ...   76   77   78   79   80   81   82   83   ...   170
قل هل یستوی الذین یعلمون و الذین لا یعلمون

Uşbu ayət mə’nisin bil, ey əmir,

Bilür ilən bilməyən olurmı bir?

Muni dəxi çünki bildi Mustəfa,

Gördi biz bucağdə ol kani-səfa.

Kim Məaz anda qılur idi nəmaz,

Eylər idi ağlayub Həqqə niyaz.

Ol dəxi Qur’anı xətm etmək dilər,

Kim, iki rik’ət nəmaz içrə məgər.

Surəyi likən oxımazdı təmam,

Nisfin oxur, yaxud sülsin, ey hümam.

Oxur idi anda bu tərtib ilə,

Canü dildən ağlayub tərğib ilə.

Tökülür anıŋ dəxi yaşı yenə,

Qətrə-qətrə ol həsiriŋ üstinə.

Həm yenə gördi rəsuli-bimisal.

Bir bucağdə dəxi durmışdı Bilal,

Ağlar idi ol dəxi qılub nəmaz,

Həzrəti-Həqqə edüb ərzü niyaz.

Munlarıŋ ağladüğin gördi rəsul,

Kəndü dəxi ağladı ol yerdə bol.

Çün nəmazdən fariğ oldılar qamu,

Qayıdub getdi əvə ol mahru.

Böylə gördi munları çün Mustəfa,

Şad oldı qəmdin ol kani-səfa.

Bilmədi bunlar rəsuliŋ gəldügin,

Bunlarıŋ ərzü niyazin bildügin.

Çün səbah oldı yenə fəxri-cəhan,

Məscidə gəldi, irişdi ol zəman.

Daŋ nəmazın qıldılar anda qamu,

Mustəfa ilə bilə kiçi-ulu.

Çün rəsul ilə olar qıldı nəmaz,

Oxıyub, dəvat edüb ərzü niyaz.

Çün nəmaz ilə niyaz oldı təmam,

Dutdı əshabə yüzini ol hümam.

Pəs vəzirinə buyurdı ol rəsul,

Doğru söylə imdi, ey sahibüsul.

Oxıyandə sən bu ayəti, degil

Neçün ağlardıŋ bəyan et, söyləgil.

Ya rəsulüllah, necə ağlamayım?

Ah edüb canü cigər dağlamayım?

Həqq buyurdı qullarımıŋ nəfsini

Satun almışam dedi həyyü qəni.

Zahir olsa bir quluŋ eybi əgər,

Müştərisi sahibinə rədd edər.

Ya alandan soŋra eybini bilə,

Sahibinə rədd edər ol dəx eylə.

Qorxaram alğac məni ol padşah,

Eybümə ol müttəle ola nigah.

Eybümə vaqif olandan soŋra ol,

Pəs məni rədd edə, qılmaya qəbul.

Çünki qılmaya qəbul ol Kirdigar,

Rədd edəndən soŋra olam əhli-nar.

Munuŋ içün ağlaram mən zar-zar,

Budur əhvalım ki, dedim aşikar.

Bu söziŋ üstində gəldi Cəbrail,

Hamili-vəhyi-Xuda, peyki-cəlil.

Pəs dedi ki, ya Məhmməd, söyləgil,

Ol vəzirə sən muni ərz eyləgil.

Müştəri gər bilə qulıŋ eybini,

Külli-eyb ilən qəbul etsə anı,

Anı dəxi rədd edə bilməz yəqin,

Lazım olur ki, ala anı həmin.

Qullarının eybini ol fərdi-Hu,

Pəs yaratmadın bəllidir ol qamu.

İlərüdən çün anıŋ eybin bilə,

Pəs qəbul eylər qamu eyb ilə.

Şər’ içində böylədir bilgil yəqin,

Söyləyim şimdi eşitgil, ey əmin.

Bir kişi satun alıcaq ol qulı,

Munda görgil necədir şər’in yolı.

Doquzı mə’yub, sağ olsa biri,

Anları rədd edə bilməz müştəri.

Onını dəxi qəbul etmək gərək,

Yoxsa döndərmək gərəkdir, dutma şəkk.

Yaxşısın alub, yamanın salmağı,

Şər’ caiz görməz eylə almağı

Çünki adəm qatda olmadı rəva,

Pəs anı layiq görərmi ol Xuda?!

Həqq canibinə necə layiq olur?

Həqq yanında bu necə bayıq olur?

Kim, cəmiyi-qulları alub bilə,

Yaxşısın alub, yamanın rədd qıla.

Ənbiyavü övliyanı ol Xuda

Həm şəhidlərin dəxi, ey rəhnəma,

Asi qullarilə almışdır bilə,

Diŋləgil bu nökteyi-xoş sidq ilə.

Asiyi rədd eyləyicək ol səməd,

Anları dəxi gərək kim edə rədd.

Anları xud rədd qılmaqlıq mühal,

Pəs qəbul eylər qamu biqilü qal.

Buni eşitdi rəsuli-pakdin,

Şad olub rəf’ eylədi köŋli qəmin.

Həm yenə şad oldı əshabi qamu,

Orada hazir olan kiçi-ulu.

Mustəfa döndi Əliyə söylədi,

Söyləgil sən neçün ağladıŋ,-dedi.

Pəs dedi kim, anıŋ içün ağladım,

Bağrımı həsrət odilə dağladım.

Həqq buyurdı kim, bilür eylə yəqin,

Bilmən olmaz bərabər, ey əmin.

Atamız Adəmi-Səfiüllah var,

Qamulərdən ol bilici ixtiyar.

Bizdə anıŋ kimi qüdrət yoxdur,

Elmi anıŋ qamulardan çoxdur.

Pəs anıŋla biz necə bir oləvüz?

Lazım oldı biz ki, tövbə edəvüz.

Cəbrail dedi yenə, ya Mustəfa,

Olmasun qəmgin bu işdən Murtəza.

Bil ki, ayət mə’nisi böylə degül,

Kim, Əli fikr eyləmişdir, ya rəsul.

Bil bu ayətdən murad, ey pakdin,

Mö’min ilə kafir oldı, bil yəqin,

Kim, bilənlər əhli-iman oldılar,

Canü dildən xoş müsəlman oldılar.

Bilməyənlər bəlkə kafirlərdürür,

Dünyəvü üqbadə əbtərlərdürür.

Daŋla məhşərdə olar, ey pakdin,

İkisi olmaz bərabər, bil yəqin.

Nişə kim, kəffar qövmi sərbəsər,

Kim qoyarlar cümlə xac ögində sər.

Xaca tapmaqdır olarıŋ pişəsi,

Bütpərəstlik oldı pəs əndişəsi.

Taŋrıya çünki inanmaya olar,

Məhşərə həm dəxi münkir olalar.

Mö’min olan qullar ilə Tanrıya

Gecəvü gündüz qamusi biriya.

Durmadın dilində zikri-Allah ola,

Virdi- “la ilahə illəllah” ola.

Çünki xeyri işləyəndə şad ola,

Qayqudən ol dəmdə bil azad ola.

Həm günah edəndə istiğfar edə,

Çox nədamət birlə ahü zar edə.

Hər kişidə kim, olursa bu xisal,

Yarlığar məhşərdə anı bizəval.

Lacərəm pəs kafir ilə bil yəqin,

Əhli-islam olmaya bir, ey əmin.

Anlarıŋ yeri olur idi damu,

Əhli-cənnət ola mö’minlər qamu.

Cümlə mö’min qullarıŋ sən, ya İlah,

Cənnət eylə məskənin, ey padşah.




Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   170




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin