HəZİNİ “HƏDİSİ-ƏRBƏİN” TƏRCÜMƏSİ


ƏL-HƏDİSÜS-SALİS VƏS-SƏLASUN



Yüklə 3,06 Mb.
səhifə81/170
tarix07.01.2022
ölçüsü3,06 Mb.
#82669
1   ...   77   78   79   80   81   82   83   84   ...   170
ƏL-HƏDİSÜS-SALİS VƏS-SƏLASUN
من اغتسل یوم الجمعة بنیة خالصة لم یمرالمسا علی شعره من جسده الاتلا لا ت نورا فتصیر کلها نورایوم القیمة فی الملوقف یتلا لاجسده نورا بین الخلایق ثم یاتیه الجمعة فی صورة رجل علی رآسه تاج من تیجان الجنة فیقول السلام علیک ویقول السلام علیک من انت فیقول انا الجمعة التی اغتسلت فی وصلیت فی واحسنت الصلوة الله تعالی 33
Ərbəindən otuz üçinci budur,

Pəs qulağə almamaludur uşbu dürr.

Əbdürrəhmən ravisidir bu sözün,

Yaxşı diŋlə, açıla köŋlüŋ gözüŋ.

Qıldı Məkhuldən rəvayət ol yenə,

Rəhmət irur sidq ilə diŋləyənə.

Dedi Məkhul kim, rəsulüllah dedi,

Ol qamu əshabə muni söylədi.

Cumə güni qüsl qılsa hər kişi,

Ol kişi gər ər olsa, gər dişi.

Cismin tökəndə su kim, tökülür,

Ruzi-məhşər nur oluban bərq urur.

Cismi nurdən ruzi-məhşər bəlq urə,

Ola heyran məhşər əhli çün görə.

Başi üzrə nurdən bir tac ola,

Hər kişi anı görə möhtac ola.

Pəs gəlüb qarşusinə verə səlam,

Ol əleyk alub rəvan edə qiyam.

Deyə sən kimsən, maŋa bir söyləgil,

Tanımazam mən səni, adıŋ degil.

Bu gözəl surət ki, şimdi səndə var,

Görməmişəm sən təki, ey şəhriyar.

Ayda mən ol cüməyəm ki, məndə sən,

Qüsl edüb qıldıŋ nəmaz, ey vəchül-həsən.

Gəlmişəm yoldaş olam saŋa bu hal,

Kim, səniŋlə olmağa fi külli-hal.

Həqq qatında şahid olam mən saŋa,

Rəhmət edə, ta Xuda bu dəm saŋa.

Pəs varub verə şəhadət ol zəman,

Rəhmət edə ol Xudayi-müstəan.

Vasil ola cənnətə ol qul, yəqin,

Dürlü rəhmət qıla Rəbbülaləmin.

Həm deyüpdür Mustəfavü Muctəba,

Ol cəhan fəxri bəni xeyrül-vəra.

Cümə güni bir kişi xeyr eyləsə,

Pak edə cümlə libasın geysə.

Çün çıxub əvdən yola düşüb gedə,

Cüməyə varmaqlıq içün sə’y edə,

Cümə içün bir adəm ki, gedə yol

Gör nə müzdə irişür üxradə ol.

Həqq yazar aŋa bir iliŋ taətin,

Zaye etməmiş ola bir saətin.

Gündüz oruc, gecəsi qıla nəmaz,

Eyləmiş ola Xudayə çox niyaz,

Verür ol qulə səvabını anıŋ,

Yaxşı diŋlə kim, səfa bula canıŋ.

Dedi yenə Əhmədi-fəxri-cəhan,

Şafei-məhşər, ümmidi-mücriman.

Cümə güni kim iki rik’ət nəmaz

Qılubən ol eyləsə Həqqə niyaz.

Ol iki rik’ət nəmaz içrə əgər,

“Surətül-Kəhf” oxıya, ey mötəbər,

Dikələ məscid içində bir dirək.

Nurdən ola ol dirək, dutma şəkk.

Varuban ol nur irişə Məkkəyə,

Ər gərək kim, muni candan diŋləyə.

Məkkədə həm beyti-mə’mur əyan,

Bir dirək tikələ nurdən ol zəman.

Ol dirəgiŋ üstə yenə, ey hümam,

Kim, neçə yüz miŋ mələk edə qiyam.

Oxıyalar cümlə təsbihü dua,

Dəxi təkbir ilə təhlili-səna.

Ta gələn cümə gününədən bular,

Dedügim növ ilə təsbih edələr.






Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   170




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin