HəZİNİ “HƏDİSİ-ƏRBƏİN” TƏRCÜMƏSİ


ƏL-HƏDİSÜL-RABE’ VƏS-SƏLASUN



Yüklə 3,06 Mb.
səhifə82/170
tarix07.01.2022
ölçüsü3,06 Mb.
#82669
1   ...   78   79   80   81   82   83   84   85   ...   170
ƏL-HƏDİSÜL-RABE’ VƏS-SƏLASUN
اربع خصال من کن فیه کمل اسلامه ولوکان من قرنه الی قدمه خطایا الصدق والشکر والحیاء وحسن الخلق 34
Ərbəindən bu, otuz dördüncidir,

Din əriniŋ bu, həqiqət, gəncidir.

Ravisidir ol Əli Zeynəlibad,

Guş qılgil, xatiriŋi eylə şad.

Atəsindən kim, Hüseyni-Kərbəla,

Ol vilayət eylədi əndər-məla.

Həm Hüseyn ayıtdı Əlidən bu sözi,

Ol Əliyyi-Murtəzadən kəndözi.

Mustəfadən həm Əli qıldı yenə,

Diŋləyübən ver səfa canü tənə.

Dedi kim, dedi rəsuli-zülcəlal,

Xansıŋızda kim, olursa dört xisal.

Dört xisali kim özinə iş edə,

Dildə anı dünü gün əndiş edə,

Kamil olur pəs ki islamı anıŋ,

Xeyrə olur sübh ilə şamı anıŋ.

Gər başından ayağına ol kişi,

Pürgünah olub xəta isə işi,

Çün bu dört xislət ki, anda bulunur,

Pəs ki, islamı anıŋ kamil olur.

Doğruluqdur biri ol dördüŋ yəqin,

Şükrdür ikincisi dəx həmçinin.

Həm yenə üçüncisi anıŋ həya,

Xülqi-xoş dördüncisi, ey məhliqa.

Hər kimiŋ ki, xülqi, xuyi xub ola,

Taŋrınıŋ qatında ol məhbub ola.

Uşbu dört xislət ki, şimdi kimdə var,

Pəs anıŋ islamı kamildir, ey yar.


HEKAYƏT
Munuŋ üstə bir hekayət bu zəman,

Guş qılgil, söyləyim mən, ya filan.

Bir qarındaşı Əliniŋ var idi,

Adı anıŋ Cə’fəri-Təyyar idi.

Vermiş idi Həqq aŋa iki qanat

Kim, görən heyran olub qalurdı mat.

Rəngi anıŋ yaşıl idi, ey ulu,

Dürrü yaqut ilə bəzənmiş qamu.

Ol zəman ki, köŋli eylərdi xüruş,

Uçar idi ol həvadə həmçu quş.

Uçar idi quş kimi pərvaz edüb,

Kim, mələklərlə özin dəmsaz edüb.

Sordı aŋa bir gün ol fəxri-cəhan,

Dedi: Ya Cə’fər, maŋa eylə əyan,

Taŋrıya layiq nə qılmışsan əməl,

Bu kəramətə yetübsən bu məhəl?

Dedi Cə’fər: Bilməzəm, ya Mustəfa,

Nə əməldən verilüpdür bu maŋa?

Leyk üç xislət özümdə bulmışam,

Mən səbəb bu işə anı bilmişəm.

Yığmış idim mən üç işdən özümi,

Ya rəsulüllah, eşitgil sözümi.

Qılmamışam dünyədə mən üç əməl,

Üç əməl kim, oldurur əsli-dəğəl.

Kafir ikən dəxi islam içrə həm,

Ol üç işi qılmadım, ey möhtərəm.

Pəs rəsulüllah yenə sordı aŋa,

Ol üç iş nədir, bəyan eylə maŋa.

Dedi: Əvvəl deməmişəm mən yalan,

Ömrümüŋ içində, ey fəxri-cəhan.

Həm ikinci qılmamışam mən zina,

Küfrü islam içrə bil, ya Mustəfa.

Həm üçünci mən şərabı içmədim,

Əsrük adəmiŋ yanından keçmədim.

Ya rəsullülah, muni bildim səbəb,

Kim, qanadlanub uçaram bitəəb.

Mustəfa dedi ki, bu işlər qamu

Dini-islamda həramdır, ey ulu.

Dini-islamda anıŋçün bütləri

İşləmədiŋ tərk edüb, ey din əri.

Kafir ikən nə səbəbdən söyləgil,

İşləmədin munləri şərh eyləgil.

Cə’fəri-Təyyar pəs verdi cəvab,

Dedi ki, diŋlə cəvabi-basəvab.

Bir kişi gördüm, yalan söz söylədi,

Xəlq içində özini xar eylədi.

Çün yalan çıxdı sözi oldı xəcil,

El içində oldı xarü münfəil.

Tövbə qıldım mən yalandan bəd əz-in,

Demədim dəxi yalan, ey pakdin.

Fikr qıldım həm zina halında mən,

Həm zinanıŋ cümlə əf’alında mən.

Böylə fikr etdim ki, bir kişi əgər

Əhlimə salsa mənim əgri nəzər,

Kim, maŋa ol işdə ar olur qati,

Pəs rəva olmaya munuŋ ülfəti.

Özgəniŋki çün maŋa xoş gəlməyə,

Kim, ola dünyadə ari olməyə?

Mən rəvan anı dəxi tərk eylədim,

Doğruluğa köŋlümi bərk eylədim.

Bir dəxi ki, içməmişəm badə mən,

Vermədim anıŋla ömri badə mən.

Anıŋ içün ki xəlayiq dəmbədəm,

Cümlə istər olmaya əqlində kəm.

Dəmbədəm istər ola əqli ziyad,

Əqli olanlar bular daim murad.

Çünki gördüm əqli nöqsan eylər ol,

Kim içərsə, əhli-xüsran eylər ol.

Güldürür xəlqi özinə ol zəman,

Sözləri hədyan olur, işi ziyan.

Andan ötrü anı dəxi içmədim,

Kim içərsə, çevrəsindən keçmədim.

Uşbu növ ilən keçər halim mənim,

Virdü kərdim cümlə əf’alim mənim.

Gəldi həzrətdən həm ol dəm Cəbrail,

Mustəfanıŋ yanına peyki-cəlil.

Dedi Cəbrail rəsulə ol zəman,

Doğru söylər dedi Cə’fər, bil əyan.

Ol üç işdən çünki yığdı nəfsini,

Bu kəraməti aŋa verdi qəni.

Hörmətinə anlarıŋ sən, ey Xuda,

Eyləgil sən bizə imanı əta.






Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   170




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin